Təyyarələr və aviasiya sənayesi haqqında maraqlı faktlar

Təyyarə

1903-ci ildə ilk təyyarəni icad etdikləri zaman Rayt qardaşları, aviasiya sənayesinin 100 ildən sonra olduqca gəlirli biznesə çevriləcəyini heç təsəvvür belə etmirdilər. Üstəlik aviasiya bu sahədə irəliyə doğru iri sıçrayış edib.

Belə ki, Rayt qardaşlarının icad etdiyi təyyarə cəmi 35 metrə qədər uça bildiyi halda, müasir Boeing 787 birdəfəyə 16 min kilometr məsafəni fəth edə bilir.

Sizə aviasiya sahəsi üzə bəzi maraqlı faktları təqdim edirik:

  • Əgər yüksəklikdə təyyarənin salonuna olan qapı qəfildən açılarsa, bu salondakı və bayırdakı təzyiq fərqi nəticəsində insanların bayıra “sovrulmasına” gətirib çıxara bilər. Lakin uçuş zamanı təyyarənin qapısının məhz həmin təzyiq fərqinə görə açılması demək olar ki, real deyil.
  • Təyyarələr öz arxalarıyca qoyduğu iz, su buxarından ibarətdir. Nazik iz – aşağı rütubət və təmiz hava barədə məlumat verir, qalın iz isə qasırğa əlaməti hesab edilir.
  • Aparılmış araşdırmanın nəticələrinə görə, müəyyən edilib ki, təyyarənin “quyruq” hissəsində əyləşən sərnişinlərin qəza zamanı sağ qalmaq şansı 40 faiz daha çoxdur.
  • Təyyarədə olan hava xəstəxanalarda olan hava filtrləri ilə eyni texnologiya üzrə yoxlanır və buna görə də havada demək olar ki, mikroblar olmur.
  • Təyyarələrdə uçuş zamanı bir çox hallarda avtopilot qoşulu olur, çünki kompüter daha dəqiq tənzimləmə edə bilər ki, bu da yanacaq sərfinin azalmasına gətirib çıxarır. Bir qayda olaraq, avtopilot uçuşa hazırlaşma və eniş zamanı istifadə olunmur.
  • Yük reaktiv təyyarəsi An-225 dünyada ən iri təyyarələrdən biridir. O demək olar ki, futbol meydançası qədər böyükdür.
  • İngilis dili beynəlxalq uçuş dili hesab edilir. Beynəlxalq reyslərdə bütün dispetçerlər və pilotlar ingiliscə danışırlar.
  • Boeing 747-400-ün kabinəsinin pəncərə çərçivəsi və ya qabaq şüşəsi BMW markalı avtomobil qiymətinədir.
  • Böyük Britaniyanın bir çox hava limanlarında kiçik təyyarəni park etmək avtomobil park etməkdən daha ucuzdur.
  • Təyyarənin salonunda olan təzyiq bizim dad qavrayışımıza da təsir edir.
  • Səudiyyə Ərəbistanda qadınlara avtomobil idarə etməyə icazə verilməsə də, təyyarə idarə etməyə icazə verilir.
  • Qəribə səslənsədə araşdırmalar göstərir ki, kişilər ilk baxışdan daha çox stüardessalara vurulurlar.
  • Aviaşirkətlər artan rəqabət şəraitində vəsaitlərin qənaət yollarını axtarmağa başlayır. Belə ki, XX əsrin 80-ci illərində “American Airlines” adlı aviaşirkət xərclərin azaldılması üçün təyyarədə verilən salatlara bir zeytun az əlavə etməyə qərar verərək il ərzində təxminən $ 40,000 vəsait qənaət edib.