Aybilet.az logo
Search
Close this search box.

Təzminat

250€-600€ ya qədər təzminat

261/2004 Nömrəli Avropa Parlamenti və Şurasının qərarına görə səyahətiniz gecikdiyi təqdirdə, biletin qiymətindən asılı olmayaraq təzminat almaq hüququnuz var.

Təyyarə ilə səyahətiniz zamanı əgər aviaşirkətin təqsirindən uçuşun gecikməsi, ləğv edilməsi və ya overbooking halları baş verərsə, 250€-600€-ya qədər təzminat almaq mümkündür…

TƏZMİNAT HESABLAMA FORMU

Ödəniləcək məbləğ uçuş məsafəsi və gecikmə müddətindən asılı olaraq dəyişir. 

Təzminat üçün aşağıdakı şərtlər uyğun olmalıdır.

  • Uçuşunuz 3 saatdan artıq gecikərsə;
  • Uçuşunuz ləğv edilərsə;
  • Uçuşunuz 3 saatdan az gecikdi lakin, dayanma ilə gedəcəyiniz uçuşa çata bilmədiniz və ya son nöqtəyə çatma saatınızdan 3 saatdan artıq gecikmə;
  • Overbooking;
  • Uçuş istiqamətinin və aviaşirkətin Avropa Birliyi 261/2004 nömrəli qərarını qəbul etmiş olması vacibdir.


Aşağıdakı bəndlər təzminat müraciəti üçün istisnadır:

  • Uçuşunuz hava və ya digər təbii fəlakətlərə görə təxirə salınmışsa
  • Gecikmiş uçuşunuz üçün müraciətiniz 6 aydan artıqdırsa.


Sərnişin haqları

Təzminat, gecikmə yaşamış sərnişinlərə şirkət tərəfindən təmin edilən əlavə xidmətdir. Əgər gecikmə yaşamısınızsa, hava yolu şirkəti sizi aşağıdakılarla təmin etməlidir:

  • İçkilər
  • Yemək
  • Pulsuz otel (əgər səfəriniz növbəti günə keçirilərsə)
  • Pulsuz telefon, faks və ya email


Aşağıdakı vəziyyətlərdə təzminat ala bilməzsiniz

  • Uçuşunuzun ləğvindən ən az 14 gün öncə xəbərdar edilmisinizsə;
  • Aviaşirkət sizə eyni istiqamətdə və eyni saatda başqa reys təklif edibsə;


Uçuş aviaşirkətdən asılı olmayan səbəblərdən baş tutmuşsa, aviaşirkət sərnişinlərə aşağıdakıları təklif etməlidir:

  • Aviabilet üçün ödənilmiş məbləğ geri ödənilir;
  • Gedəcəyiniz son nöqtəyə qədər ən sürətli alternativ nəqliyyat vasitəsi;
  • Sərnişinin arzuladığı tarixdə aviabiletin dəyişdirilməsi;


Overbooking

Heç kəsə sirr deyil ki, aviaşirkətlər, hər uçuşda gecikən, gəlməyən sərnişinlər səbəbindən təyyarədəki yerlərdən daha çox aviabilet satışı gerçəkləşdirirlər. Overbooking zamanı ilkin olaraq mənfəətləri qarşılığında brondan imtina edəcək könüllü sərnişinlərlə danışıqlar aparılır. Aviaşirkətlər aşağıdakı şərtlərdən birini təklif etməlidir:

  • Aviabiletin tam qiymətinin geri ödənilməsi;
  • Reys dəyişikliyi;


Reysin dəyişilməsinə razı olan sərnişinlər üçün aviaşirkətlər növbəti uçuşa qədər aşağıdakı xidmətləri öz üzərinə götürür:

  • Qidalanma;
  • Telefon rabitəsi;
  • Otel xərcləri (bir gecə və ya daha çox);
  • Hava limanından otelə qədər transfer xidməti;


Overbooking səbəbindən brondan imtina etdiyiniz təqdirdə, əlavə olaraq hər sərnişin üçün 250-600€ təzminat və biletin tam qiymətini geri ala bilərsiniz.

Qeyd: Xidmət pulsuzdur. Təzminat müraciəti uğurlu olarsa şirkət qazanılmış məbləğin 25%-ni hüquqi xidmət haqqı olaraq əldə edəcəkdir.