Türkiyənin 10 ən gözəl çimərliyi

çimərlik

Türkiyə eyni zamanda dörd dəniz ilə əhatə olunan ölkədir ki, burada siz həm Egey Dənizini, həm Qara Dənizi, həm Mərmərə Dənizini, həm də Aralıq dənizini görə bilərsiniz. Məhz bu səbəbdən Türkiyədə çimərliklərin sayı göydəki ulduzlar qədərdir. Burada siz sakit və canlandırılmış, şəhər və əyalət tipli, populyar və hər kəsin tanımadığı, çınqıllı, qumlu və qarışıq çimərliklərə rast gələ bilərsiniz. Biz sizə Türkiyədə istirahəti üçün ən gözəl çimərliklər haqqında məlumat verəcəyik.

Meqapolisin qonaqları üçün: İstanbul şəhər çimərlikləri. Qara Dəniz və Mərmərə Dənizi.

Əgər yayın istisi sizi İstanbulda yaxalarsa, bu zaman Türkiyənin ən böyük meqapolisinin çimərliklərinə üz tuta bilərsiniz. Burada siz iki dənizin sahili arasında bir seçim etmək imkanı alacaqsınız.

Özəl çimərliklər təmiz və eyni zamanda çox rahatdırlar. Məsələn, Bosfor universitetinin 2 kilometrlik qumlu çimərliyindən istifadə edə bilərsiniz ki, bura giriş üçün 30 lirə ödəməli olacaqsınız. Əgər qənaət etmək istəsəniz ictimai pulsuz çimərlikləri seçə bilərsiniz, məsələn: Mərmərə dənizinin sahilində Floriya rayonunda yerləşən Menekşe. İstanbul çimərliklərində isti havada çox adam olmasına baxmayaraq, bu sizə şəhər sakinləri ilə yaxından tanış olmağa əla şansdır.

Maarifləndirici istirahət həvəskarları üçün: Prens adaları çimərlikləri. Mərmərə Dənizi.

Prens Adaları və ya sadəcə Adalar – İstanbul sahilindən 20 km aralıqda yerləşməsinə baxmayaraq, rəsmən şəhərin ərazisinə daxildir. Bu adaların hər birində səs-küydən uzaq bir yerdə istirahət etmək üçün kiçik çimərliklər tapmaq mümkündür. Adalarda zavodlar yoxdur, avtomobil ilə gəzmək qadağandır və havası İstanbuldakından daha təmizdir.

Prens Adalarına cəmi 9 ada daxil olmasına baxmayaraq, onlardan yalnız dördünü ziyarət etmək olar: Büyükada, Kınılıada, Burqazada və Heybeliada. Büyükadada osman şahzadələrinin dəbdəbəli evlərini və Trotskinin atılmış evini görə bilərsiniz. Burqazadada IX əsrin Ayə Yani kilsəsi sizin marağınıza səbəb olacaq. Kınalıadaya isə bizans imperatorlarını sürgün edirdilər ki, burada hələ də onların izlərini tapmaq olar. Heybeliadada isə siz Aleksey Tolstoyun təsvir etdiyi rus mühacirlərin həyatı haqqında məlumatlar ala biləcəksiniz.

Təklik axtaranlar üçün: Kaputaş Çimərliyi. Aralıq Dənizi.

Bu yaxınlara qədər, qayaların arasında gizlənmiş mavi suyu ilə kiçik qumsal çimərlik haqqında yalnız yerli əhalinin məlumatı var idi. Çimərliyə sərbəst girişə baxmayaraq bura piyada çatmaq mümkün olmadığı üçün nadir hallarda sıxlıq müşahidə olunur. Bura getmək üçün Kaş şəhərciyindən reys avtobusu və ya marşrut ilə Kaputaşa qədər gedib pilləkənlərlə aşağı düşmək lazımdır. Zümrüd rəngli suda çimmək və ya çətir altında uzanıb dincəlmək  sizi bezdirəndən sonra yerli kafelərin birinə baş çəkib yüngül atışdırmalar və əsl türk çay ilə qəlyanaltı edə bilərsiniz.

Cavanlar və əylənmək istəyənlər üçün: Olimpos Gənclər çimərliyi. Aralıq Dənizi.

Əgər siz qızğın əyləncələri və səhərə qədər rəqsləri sevirsinizsə, bu zaman Olimpos adlı çınqıllı çimərlik əsl sizin yerinizdir. Antalyadan avtobusda cəmi yarım saata siz şən gənclərin məkanına düşəcəksiniz. Buranın kənd üslubunda olan mehmanxanaları və ağaclarda yerləşən evcikləri səyyahların marağına səbəb olur.

Təbiətə yaxın olmaq istəyənlər üçün: Tısbağalı İztuzu çimərliyi. Aralıq Dənizi.

İztuzu adlanan Dalyan çayının deltası və Aralıq dənizi arasında ensiz qumsal zolağı kürü tökmə üçün qırmızı kitaba düşən loqqerxed tısbağaları seçiblər. Bu qonşuluq istirahət edənlərin işini bir qədər mürəkkəbləşdirir, çünki onlarda bu mənzərəli çimərliyin qumunda dincəlmək istəyirlər. Amma türk hökuməti tısbağalar üçün xüsusi hasarlanmış yerlər ayırıblar ki, müəyyən vaxtlarda onları heç kim narahat etməsin. Turistləri isə çətirlər, soyunub-geyinmə otaqları, duş kabinləri və çarpayılarla təmin ediblər ki, rahat dincələ bilsinlər. Belə ki, əgər tısbağaların doğulması öz gözləriniz ilə görmək istəyirsinizsə, bu zaman Dalyanda katerə və ya marşruta bilet alıb İztuzuya yola düşə bilərsiniz.

Əyləncə həvəskarları üçün: Konyaltı Antalya şəhər çimərliyi. Aralıq Dənizi.

Əgər şən və rahat istirahət etməkdən xoşlanırsınızsa, bu zaman Konyaltı Antalya şəhərinin yeddi kilometrlik çimərliyində özünüzə bir yer seçə bilərsiniz. 2006-ci ildə bu çimərlik “Mavi bayraq” adlı nüfuzlu mükafat alıb. Buranın soyunub-geyinmə otaqları, ayaq yolu, kirayə çətirlər və şezlonqlarla dolu və ən əsası xırda çınqılı və şəffaf suyu olan enli sahili var.

Konyaltı çimərliyi boyunca Mayamidəki kimi palmalar, saysız-hesabsız barlar və restoranlar, uşaq meydançaları, parklar ilə zəngin gözəl gəzinti məkanı yer alır. Sahil yaxınlığında akvapark və delfinarium fəaliyyət göstərir. Burada günün necə keçdiyini görməyəcəksiniz!

Uşaqlı ailələr üçün: Kleopatra çimərliyi. Aralıq Dənizi

Yerli bələdçilər bildirir ki, Alanyadakı Kleopatra çimərliyi üçün qum vaxtilə Mark Antoniyin əmri ilə gəmilərlə Misirdən gətirilib. Beləliklə o öz sevgilisi – Misirin böyük hökmdarının ürəyini almaq istəyirdi. Bunun düz və ya mif olduğunu bilməsək də, Türkiyədə buranın qumundan heç bir çimərlikdə yoxdur. Üstəlik çimərlik uşaqlarla istirahət üçün idealdır. Balacalar sahildə uşaq meydançalarında əylənə, qumdan saraylar düzəldə bilərlər. Böyüklər isə orta əsrlərə aid qalaya qalxaraq şəhər mənzərəsinə seyr edə və ya Damlataş mağarasına ziyarət edə bilərlər.

Xəyalları sevənlər üçün: Ölüdəniz çimərlikləri. Aralıq Dənizi.

Ölüdəniz çimərliklərində həm ahıl yaşlı cütlüklər, həm uşaqlı ailələr, həm də səs-küylü gənclərin ürəyincə olacaq əyləncələr tapılacaq. Burada qum üzərində uzanıb dincəlmək, maska ilə suyun altında üzmək, balıq tutmaq və ya suyun üzərində paraplanda uçmaq mümkündür.

Dəbdəbə həvəskarları üçün: Qeltürkbükü çimərliyi. Egey Dənizi.

Bodrumun yaxınlığında əla yaxtalara, Qeltürbükü kurort qəsəbəsinin çimərliklərində isə asanlıqla məşhurlara rast gəlmək mümkündür. Bu səfalı yer Türkiyənin ən yaxşısını özündə birləşdirir: təmiz dəniz, zeytun bağları, şam meşələri və qumsal çimərlik boyunca kölgəli parklar. Əgər siz serfinqlə məşğul olursunuzsa, bu zaman buranın hündür dalğaları sizin xoşunuza gələcək. Lakin yerli mehmanxanalarda istirahət çox baha olduğu üçün, siz bura Bodrumun mərkəzindən marşrutda cəmi 20 dəqiqəyə gələ bilərsiniz.