Türkiyənin kurortları haqqında

Türkiyə artıq uzun illərdir ki, bütün dünya üzrə bir çox turistlərin istirahəti üçün ən populyar yerlərdən biri hesab edilir. Görünür ki, buranın kurortları hələ bir neçə il belə, bu məşhurluğu qoruyub saxlaya biləcək.

Alanya

Alanya – nisbətən ucuz kurort hesab edilir. Uşaqlarla istirahət edən ailələr əsasən dörd və beş ulduzlu otelləri olan Avsalar rayonuna üstünlük verir. Buranın daha bir üstün cəhəti – çimərliklərin narın qumudur. Sakit istirahət üçün ideal variant – banan ağacları ilə əhatə edilmiş Mahmutlar rayonudur. Fasiləsiz əyləncə və aşağı qiymətlər axtaranlar üçün ən yaxşı variant isə – Alanyanın və ya Obagelyanın mehmanxanalarıdır.

Antaliyanın hava limanından Alanyanın istənilən mehmanxanasına olan məsafə 1,5-2 saat vaxt aparır.

Belek

Belekdə istirahət qiymətləri Antaliya və Kəmərə nisbətən daha yüksəkdir. Lakin buna baxmayaraq, burada olan istirahət mərkəzinə tələbat hər zaman yüksək olur. Kurortun əsas üstünlüyü – təmiz çimərlikləri, klub otelləri və sakit atmosferidir. Buranı çılğın cavanlar sevməsələrdə, uşaqlı ailələr, spa-prosedurları, qolf və at gəzintilərini sevənlər qiymətləndirəcək. Sahilyani çimərliklərin əksər hissəsi daha çox qumsal olduğu üçün, burada istirahət insana ayrı bir zövq verir.

Antaliyanın hava limanından Bələkə yarım saata çatmaq olar.

Antalya

Burada müxtəlif qiymət və ulduz sayına görə olan mehmanxana seçimi geniş olduğu üçün, “all inclusive” xidmətə yönlənməsəzdə olar. Lakin bu populyar kurortun öz mənfi cəhətləri də var ki, bu – səs-küylü yerlərin olmasıdır. Düz şəhərin mərkəzində olan telləri, əsasən xüsusi iddiaları olmayan gənclər seçə bilər. Daha çox sakitiyə və təmiz çimərliklərə üstünlük verənlər isə – Antaliyanın ətrafına diqqət etməlidir (məsələn: Lara adlı şəhərətrafı qəsəbə).

Hava limanından bu kurortun istənilən otelinə 1 saatdan az vaxta çatmaq mümkündür.

Kəmər

Bu kurort uşaqlarla səyahət edən ailələrin istirahəti üçün əla seçimdir. Bütün sahil boyu çimərliklərin çınqıllı olmasına baxmayaraq, bəzi otelər öz ərazilərinə xüsusi olaraq qum gətizdiriblər. Çılğın gənclər daha çox Kəmərin özündə olan otellərə üstünlük verir.

Antalya hava limanından Kəmərə 1 saata çatmaq olur.

Marmaris

Marmaris – əyləncəli klub həyatı ilə məşhur, gənclər kurortu kimi tanınır. Bura həmçinin dayverlərin sevimli məkanıdır. Bundan əlavə, Marmarisdə gözəl mənzərə, zəngin təbiət, körfəzdəki gəmilər göz oxşayır. Bir az yaşlı nəsil daha çox müalicəvi havası və mənbələri olan İçmələr qəsəbəsinə üstünlük verir. Sakit romantika sevənlər isə Turunca üz tuta bilər.

Ən yaxın hava limanından Marmarisa olan məsafə 1,5-2 saat vaxt aparır.

Bodrum

Gənclər üçün burada istirahət həm baha həm də keyfiyyətlidir. Bodrum həmçinin yaşlı nəsildən olan turistləri və tələbələri də razı sala biləcək kurortdur. Bura istirahət üçün bir çox türk musiqiçiləri və ulduzları və rəssamlar gəlir. Bodrumda həmçinin əla dayvinq və vindserfinq olduğu üçün – bura fəal istirahət üçün gözəl yerdir.

Hava limanından Bodruma 1saatdan az vaxta çatmaq olar.