Uçuş zamanı baqajı necə qorumaq olar?

Aviasiya sahəsinin ekspertləri müəyyənləşdirib ki, hava limanında baqajı itirməmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.

  • Çamadanların üzərində sahibinin adını qeyd etmək üçün xüsusi yer nəzərdə tutulur. Bura həmçinin elektron poçt ünvanınızı, əlaqə telefonunuzu və yaşadığınız ünvanı qeyd edə bilərsiniz.
  • Səfər ərəfəsində çamadanınızın üzərində əvvəlki uçuşlardan qalan qeydləri təmizləmək lazımdır ki, hava limanında yükün emalı sistemi aktual olmayan ştrix-kodları skan etməsin.
  • Ekspertlər həmçinin yumru formalı baqajdan istifadə etməməyi məsləhət görür, çünki bu tip baqajlar çeşidləyici-xətlərdən yuvarlanaraq düşüb itə bilər.
  • Öz çantanızın fərqli cəhətlərini və istehsalçı firmasını yadınızda saxlayın.
  • Həmçinin çamadanınızın üzərinə fərqləndirici element (məsələn yapışqan) vura bilərsiniz.