aviabilet

Təyyarənin eyni sinif salonunda səyahət edən sərnişinləri təsəvvür edin. Onların hamısının eyni səviyyədə xidmət olunmasına baxmayaraq, bəzi sərnişinlər biletlərini bir neçə qat baha alırlar. Digərləri isə, demək olar ki, biletləri havayı əldə edirlər.

Aviabiletlərin alışı zamanı qənaət etmək üçün aşağıdakı tövsiyələrdən yararlana bilərsiniz:

Gediş-dönüş biletlərini eyni aviaşirkətdən alın.

Çox vaxt gediş-dönüş biletini bir yerdə almaq daha sərfəli olur. Aviaşirkətlər bu endirim sayəsində öz rəqibləri ilə mübarizə aparır və təyyarələrinin tam dolmasına zəmanət alır.

Uzaq yerlərə səyahət edərkən tranzit reyslərdən istifadə edin.

Bu yoldan istifadə edərkən artıq vaxt itirsəniz belə, pulunuza qənaət etmiş olacaqsınız. Bəzən uzaq məsafəyə səyahət edərkən tranzit reyslərdən istifadə, birbaşa uçuşlardan daha ucuz olur.

Aldığınız biletlərdə göstərilən tarixi və vaxtı dəyişməyin.

Əgər siz qənaət etmək istəyirsinizsə, bu zaman səyahət edəcəyiniz günü və saatı maksimum dəqiqliklə planlaşdırın. Bir qayda olaraq, biletlərin geri qaytarılması və ya dəyişdirilməsinin komissiyası adətən onların qiymətinə daxil edilir. Bu səbəbdən geri qaytarılmayan tarif ilə alınan biletlər daha ucuz olur.

“Sunday rule” və ya “bazar günü qaydası”.

Getdiyiniz yerdən daha ucuz yol ilə geri qayıtmaq üçün “sunday rule”-dan istifadə edə bilərsiniz. Bu qaydaya əsasən, şənbə günündən bazar gününə keçən gecəni təyinat yerində keçirsəniz, geri alacağınız bilet daha ucuz olacaq.

Uyğun aviabiletləri fərqli vaxtlarda axtarın.

Tariflərdən asılı olaraq, bəzən ucuz aviabiletləri uçuşa bir həftə qalmış da almaq mümkündür. Digər hallarda isə, ən sərfəli aviabiletlər uçuşlara bir neçə ay qalmış olur.

Uyğun aviabilet tapdığınız zaman onu əldə etməyə tələsin.

Adətən ucuz aviabiletlər daha tez bitdiyi üçün, onları vaxtında əldə etmək lazımdır.

Aybilet.az saytının köməkliyi ilə siz bütün bu tövsiyələrdən eyni zamanda yararlana biləsiniz. Saytdan istifadə edərək siz nəinki pulunuza, həm də vaxtınıza qənaət etmiş olacaqsınız.