Ucuz aviabilet almaq üçün qaydalar

aviabilet

Belə bir deyim var, pulu əşyalara yox təəsürratlara xərcləmək lazımdır. Əgər sən ayaqqabılarını geyinib Parisdə gəzirsənsə, onların neçə yaşı olmasının nə fərqi var.

Ucuz aviabilet almaq üçün tarixi seçin

Artıq böyük məbləğdə pul xərcləmədən də səyahət etmək olar. Lakin bu istəyi gerçəkləşdirmək üçün bəzi sirrləri bilmək lazımdır. Bunlar sizə daha ucuz aviabiletlər tapmaqda kömək edə bilər. Beləliklə ucuz aviabilet almağın qaydalarını təqdim edirik.

Ucuz aviabileti hardan alaq? 

Ucuz aviabilet tapmaq üçün Aybilet.az, Aviabilet.im, Limandra.ru kimi proqramlardan istifadə edin. Bu zaman bir neçə avişirkətin səmərəli qiymətə olan biletləri haqqında məlumat əldə edə bilərsiz. Həmçinin, qiymətlərlə yanaşı sizə uyğun olan vaxtı da seçə biləcəksiz.

Səyahət etmək üçün ən vacib məsələlərdən biri də tarixin seçilməsidir. Məlumat üçün bildirək ki, ən ucuz biletlər, əsasən, həftənin ikinci gününə olan biletlərdə olur. Lakin həftə sonuna yaxın bu qiymətlər sürətlə artmağa başlayır. Burada bir balaca hiylə var. Belə ki, həftə sonu geri uçuşu, aviaşirkətlər biznes uçuşu kimi  qəbul edir. Ona görə də bu biletlərin qiymətləri adətən baha olur. Uçuşunuzu bir gün təxirə salmaqla nəzərə çarpacaq dərəcədə qənaət etmiş olacaqsız.

Aviaşirkətlər haqqında xəbərlərə abunə olmaqla da daim endirimlər və biletlərə olan endirim kampaniyalarından yararlana bilərsiz. Bundan başqa kampaniyada olan biletlər də tez bir zamanda alına bilər. Odur ki, bunun üçün  vaxtında hərəkətə keçmək lazımdır.

Loukesterlər

Daha məqsədə uyğun olardı ki, loukesterlərlə uçuşlar edəsiz. Çünki loukestərlərdə xidmətlər az olduğundan qiymətlər də ucuz olur.

Ucuz başa gələn uçuşlar əsasən ya səhər tezdən, ya da gecə saatlarında həyata keçirilir. Odur ki, səyahətə hazırlaşmamışdan öncə bütün bunları nəzərə alsaz, əlavə xərclərin qarşısını almış olarsız.