Ucuz qiymətə aviabilet necə almaq olar?

Aviabiletləri online şəkildə almaq, aviakassa və turizm agentliklərindən çox sərfəlidir. Ən böyük üstünlüklərindən biri təbii ki, vaxta qənaətdir. Aviabiletləri əldə etmək olduqca sadədir. Bunun üçün saytın uyğun bölümünə daxil olub, gedəcəyiniz tarix və şəhəri seçib, plastik kartınızla ödəniş etməyiniz kifayətdir.

İnternetdən aviabilet almağın ikinci vacib məqamı isə qiymətinin ucuz olmasıdır. Belə ki, aviakassalardan və turizm agentliklərində biletin maya dəyərinin üzərinə satış komissiyası, obyektin arendası və s. məbləğlər əlavə olunur. Bu isə yekunda biletin qiymətinin yüksək olmasına gətirib çıxarır.

İnternetdən aviabilet almaq olduqca asandır! Bunun üçün xüsusi bilik və təcrübə tələb olunmur. Bəzən eyni tarixdə və eyni reysə, biletlərin qiyməti kəskin fərqlənir. Hətta ola bilər ki, sizinlə yan oturacaqda oturan sərnişin sizinlə müqayisədə bileti iki dəfə ucuz alıb. Bu cür hallar təbii ki, sizi məyus edə bilər. Ucuz qiymətə aviabilet almaq üçün bizim axtarış sistemindən istifadə etmənizi tövsiyə edirik.

Saytımız birbaşa satış etmir. AyBilet.az-ın, əsas iş prinsipi sizin üçün ən ucuz aviabiletləri taparaq, əməkdaşlıq etdiyimiz şirkətlərə istiqamətləndirməkdir. Təsəvvür edin. Siz AyBilet.az-dan axtarış edirsiniz. Saytımız isə əməkdaşlıq etdiyi Onetwotrip, OZON.travel, Amargo kimi yüzlərlə böyük şirkətlərdən saniyələr ərzində qiymət alaraq, sizə təklif edir. Təklif edilən biletlərdə baqaj şərtləri və uçuş haqqında ətraflı məlumat (hansı aeroporta enəcəyi, uçuşun birbaşa olub-olmamağı, əl yükü və ya əsas baqajın qiymətə daxil olub-olmadığı) qeyd edilir.

Partnyor şirkətlərimizin hamısı etibarlı və özünü təstiq etmiş şirkətlərdir. Sizə sadəcə səyahət edəcəyiniz şəhərin adını yazıb, uyğun tarixdə axtarış etməyiniz qalır. Axtarış və bronlama haqqında aşağıdakı videodan nəzərinizə çatdırırıq.