Ukraynanın 10 ən maraqlı turistik şəhəri

kiyev

Ukrayna – kifayət qədər iri və son zamanlar böyük marağa səbəb olmağa başlayan ölkələrdən biridir.

Sizə Ukraynanın turistlər üçün ən maraqlı və gəzilməsi rahat olan şəhərləri barədə məlumat verəcəyik.

Kiyev

Ukraynanın paytaxtı Kiyev – ən maraqlı şəhərlərdən biri və ölkənin mədəni və mənəvi paytaxtı hesab edilir. Təpəli ərazisi sayəsində, şəhər çox gözəldir və bu səbəbdən 20-dən çox baxış meydançasına sahibdir. Kiyevin böyük və maraqlı şəhər olduğunu nəzərə alaraq, şəhəri gəzmək üçün ən azı 2 gün vaxtınızı ayırmalı olacaqsınız.

Lvov

Köhnə Lvov şəhəri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilib. Bu şəhər həm ukraynalıların özləri, həm də digər şəhər sakinləri üçün maraq sahəsinə daxildir ki, bura digər şəhərlərdən tez-tez həftə sonlarını keçirməyə gəlirlər.

Odessa

Odessa – Ukrayna yumorunun paytaxtı, bir çox tanınmış mühacirlərin vətəni və gözəl dənizkənarı şəhərdir. Aprel ayının əvvəllərində Odessada yumor festivalı keçirilir. Buranın xüsusi insanları və elə ab-havası var ki, bunu yalnız hiss etmək mümkündür.

Kamenets-Podolskiy

Ukraynanın ən maraqlı kiçik şəhəridir. Baxmayaraq ki, qayalı şəhərlər daha çox İspaniya və İtaliya üçün xarakterli məqamdır və Ukraynada bu çox nadir hadisədir, bu şəhərin çox gözəl qayalı mənzərələri və nağıllara bənzər qəsrləri var.

Çernovtsı

Qərbi Ukraynanın mədəniyyət mərkəzi hesab edilən Çernovtsı şəhəri 2012-ci ildə ölkənin ən rahat şəhəri seçilib. Şəhər ilk növbədə, YUNESKO-nun obyekti və Mitropolitlərin keçmiş iqamətgahı olan universitetin korpusu ilə tanınır.

Ujqorod

Ujqorod şərab festivalları, may ayında gül açmağa başlayan sakura ağacı və qədim qəsrləri ilə məlumdur. Ujqorodun həmçinin maraqlı köhnə şəhər ərazisi də var.

Xarkov

Xarkov -böyüklüyünə görə ölkənin ikinci şəhəri və keçmiş paytaxtıdır. Mərkəzi Azadlıq meydanı – Avropada ən böyük meydanlardan biri hesab edilir. Xarkov monumental stalin memarlığı və “konstruktivizm” üslübunun simvolu ilə məşhurdur.

Yaremçe

Ölkənin əsas qış kurortuna ən yaxın ərazidə yerləşən turistik şəhərcikdir. Bura öz ənənəvi memarlığı və Karpatıda olan ən iri suvenir bazarı ilə məşhurdur.

Kolomıya

Kolomıya – yaxşı qalmış kiçik və qədim şəhərcikdir. Burada dünyada yeganə olan “Pisanka” muzeyi (dekorativ pasxa yumurtaları muzeyi) yerləşir.

İvano-Frankovsk

İvano-Frankovsk – Ukraynanın qərbində vilayət mərkəzi olan şəhərdir. Şəhər turistlər arasında məşhur olmadığı üçün daha da diqqətə layiq hesab edilir.