Ukraynaya getmək üçün 10 Səbəb

Avropanın ən sevimli ölkələrindən biri olan Ukrayna, Mədəniyyəti, tarixi və yerli xalqının istiqanlılığı ilə bir çox adamın səyahət edilməli ölkələr siyahısında yer alır. Azərbaycan və Ukrayna arasında qarşılıqlı isti münasibəti saymaqla bitməz. Bütün bunları nəzərə alaraq, Ukraynaya səyahət etmək üçün çox əsas 10 səbəbi sizlər üçün sıraladıq.

  1. Vizasız səyahət – İki ölkə arasındakı razılaşmaya əsasən azərbaycanlıların Ukrayna ərazisinə daxil olması üçün viza tələb olunmur. İstənilən şəxs xarici pasportu ilə Ukraynaya ucuz aviabilet alıb, yola düşə bilər.
  2. Ucuzluq – Ölkə xaricinə səyahətə çıxanlar, hər qəpiyin dəyərini anlayaraq, ən xırda detalları hesablayır. Məhz bu səbəbdən bəzi məqamlarda qənaət etmək məqsədi ilə bir çox şeydən özlərini məhrum edirlər. Ukraynadakı qiymətlər ölkəmizin hər bir vətəndaşı üçün çox münasibdir. Ölkənin mədəni-tarixi abidələri turizm baxımından olduqca zəngindir.
  3. Mədəni-Tarixi zənginlik – Ukrayna şən, əyləncəli həyatından başqa Mədəni-Tarixi zənginliyi ilə də seçilən ölkədir. Kiyevdə “Qızıl qapı” UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınmışdır. Bundan başqa ölkə – miniatür, Çernobl, əczaçılıq, sənət və bir çox sahələri əhatə edən 150-ə qədər muzeyə sahibdir. Hər il milyonlarla turist mədəni-tarixi abidələrini görmək üçün bu ölkəyə səyahət edir.
  4. Təhlükəsizlik – Yaxın keçmişdə baş vermiş müharibəyə baxmayaraq, ölkə səyahət etmiş turistlərə olduqca təhlükəsizlik hissi aşılayır. Səhərin gözü açılandan, gecə yarısına qədər küçələrdə insanlar rahat və təhlükəsiz gəzir.
  5. Festivallar – Odessa, Lvov və Kiyev bir çox festivallara ev sahibliyi edir. Rəqs, musiqi, teatr, film, yemək-içmək kimi bir çox festivallar şəhər küçələrinin rəngli və canlı insanlarla dolub daşmasını təmin edir.
  6. Zaman – Ukrayna coğrafi baxımdan yaxın olması səbəbi ilə ölkəyə getmək istəyən azərbaycanlılar, Bakıdan təxminən 2 saat içində uça bilir. Ukrayna bir saat bizdən geri olmasını da nəzərə alsaq, səfərimiz olduqca cazibəli gəlir.
  7. İstiqanlılıq – Xalqı yardım sevər, turistlərə xoş davranışlı qonaqpərvər xalqdır. Hətta dil bilməyən turistlərə də kömək etməyə çalışan şəhər sakinləri, ünsiyyət problemini aradan qaldırır. Ukraynayada Otellər üçün klikləyin.
  8. Dil – 90-cı ilə qədər doğulan insanların böyük əksəriyyətinin rus dilini ən azı başa düşməsi, bu ölkədə onlara çətinlik yaşatmayacaqdır. Nəzərə alsaq ki, ölkəmizdə rus dilini yaxşı bilən insanlar çoxdur bu səbəbdən Ukraynanın istənilən şəhərinə səyahət etməkdə problemlə üzləşməyəcəklər.
  9. Yaşıllıq – Ukrayna həm də qəlbində təbiət sevgisi olan insanlar üçün də əla ölkədir. Sadəcə paytaxt Kiyev deyil, Lvov və Odessada parkları ilə olduqca məşhurdur. Ölkənin hər bir vətəndaşı yaşıllığı qorumaq üçün əllərindən gələni əsirgəmirlər.
  10. Mətbəxi – Ölkənin mətbəxi bizə yad mətbəx deyil desək yanılmarıq. Sadəcə borş yeməyinin adını çəksək bir çoxlarınız üçün çox şey ifadə edəcək. Bu ölkənin istənilən şəhərinə səyahət etsəniz yeməklə bağlı ciddi probleminizin olmayacağından əmin ola bilərsiniz. Paytaxt Kiyevdə və digər azərbaycanlıların çox olduğu şəhərlərdə türk və milli restoranlara da rast gəlmək mümkündür.

Biz Ukraynaya getmək üçün 10 səbəb sıraladıq. Şərhlərə bu ölkəyə baş çəkməyiniz üçün hansı səbəblərinizin olduğunu qeyd edin.

Şərh et