Vizasız aviabilet almaq olarmı?

Heç kimə sirr deyil ki, qatar və ya təyyarəyə qabaqcadan alınan aviabilet daha ucuz başa gəlir. Ən ucuz aviabiletlər uçuşa 6-12 həftə qalmış satışa çıxardılır. Əgər səyahətiniz turizm mövsümünün ən qızğın çağına təsadüf edirsə, bu zaman biletləri daha da əvvəl əldə edə bilərsiniz.

Bəs bu halda, ərazisinə daxil olmaq üçün viza lazım olan ölkələrə səyahət etmək istəyən turistlər biletləri, viza hazır olmadan, necə əldə etməlidirlər? Viza olmadan aviabilet almaq olarmı? Bəs bilet alındıqdan sonra vizanın alınmasına imtina edilərsə nə etmək lazımdır? Bir sözlə, bu məqama aid bir çox sual yaranır ki, onları aydınlaşdırmağa çalışacayıq.

Viza almamışdan əvvəl aviabilet almaq olarmı?

Bütün xarici ölkələri 3 şərtlə ayırmaq mümkündür:

  • ərazisinə daxil olmaq üçün mütləq viza tələb edən ölkələr;
  • vizanı ölkəyə daxil olduqdan sonra yerində əldə etmək mümkün olduğu ölkələr;
  • viza tələb etməyən ölkələr.

İstənilən xarici ölkəyə təyyarə bileti almaq üçün ümum vətəndaş pasportu və xarici pasport kifayət edir. Biletin alınma və rezervasiya mərhələsində viza tələb olunmur. Bundan əlavə, bəzi hallarda hər iki tərəfə aviabiletin olması vizanın alınmasını sadələşdirə bilər.

Aviabiletin qaytarılmasının xüsusiyyətləri

Viza almamışdan əvvəl aviabilet alaraq, səyyah üzərinə müəyyən risklər götürür. Məsələ burasındadır ki, vizanın verilməsinə imtina edilə bilər. Bu səbəbdən biletlərin alınma mərhələsində aviabiletə dəyişikliklərin edilməsi və biletlərin qaytarılması şərtlərinə diqqət yetirmək lazımdır.

İstənilən halda bileti qaytarmaq üçün aldığınız aviaşirkətə müraciət etməyiniz məsləhətdir, çünki vizanın verilməsində çətinlik yarandıqda bəzən aviaşirkətlər öz müştərilərinə doğru addım ata bilir.

Vizanın verilməsinə nəyə görə imtina edilə bilər?

Vizanın verilməsinə imtina üçün bir neçə səbəb ola bilər ki, onlardan ən çox yayılan aşağıdakılardır:

  • anketə yalnış məlumatların daxil edilməsi. Əgər siz qeydiyyat zamanı hansısa məlumatı konsulluqdan gizlətmək istəyirsinizsə və bu zaman ifşa edilirsinizsə, bu zaman sizə birmənalı şəkildə vizanın verilməsində imtina olunacaq;
  • lazımi sənədlərin çatışmamazlığı, sənədlərdə qeyri-dəqiqlik və düzəlişlərin olunması;
  • səfər üçün lazım olan məbləğdə vəsaitin olmaması. Şengen sazişinin ölkələri bütün əcnəbilərdə ölkədə qaldıqları hər gün üçün ən azı 50 avronun olmasını diqqətlə izləyir;
  • kriminal və cinayət niyyətinə şübhə.