Vyanada nağıllara bənzər Milad

Milad

Milad vaxtı Vyana dünyanın ən sehrli şəhərlərindən birinə çevrilir. Bir çoxları bura reklam bukletlərində yer alan milad nağılına baş vurmaq üçün yollanırlar. Unudulmaz bayram yaşamaq üçün sizin bir neçə məqama diqqət etməyiniz kifayətdir:

Milad himlərini dinləmək.

Şəhərin ən məşhur məbədi olan Müqəddəs Stefan kilsəsi, ətrafı zənglərin ahəngdar səsiylə oyadır. Burada siz milad himnlərini və Mosartın, Baxın, Şubertin əsərlərini dinləmək üçün axşam konsertlərinə biletlər də ala bilərsiz (35 avro).

İçkilər üçün bəzəkli qabların kolleksiyası.

Vyananın ən iri və təmtəraqlı milad yarmarkası şəhər şurasının binası qarşısındakı meydanda keçirilir. Noyabr ayından burada xüsusi seçilmiş Avstriya regionundan gətirilən böyük şam ağacı qurulur. Ətrafda suvenirlər, taxta evciklər, oyuncaqlar, gəlinciklər, dəridən olan əşyalar, yun papaqlar, kitablarla dolu yüzlərlə piştaxtalar yer alır. Meydanın yaxınlığında punş adlanan müxtəlif alkoqollu kokteyllər satılır ki, onların orijinal qabları da içkinin qiymətinə daxil olur. Belə ki, siz həmin qabları özünüzə suvenir olaraq saxlaya bilərsiniz.

Şüşə düzəldənlərin və zərgərlərin iş yerlərini görmək.

Artıq 20 ildir ki, hər il ardıcıl olaraq noyabr ayında Karlsplats meydanında şəhərin ən iri milad yarmarkalarından birini açırlar ki, burada uşaqlar üçün xeyli əyləncələr təşkil edilir. Burada uşaqlar at və poni gəzintilərində iştirak edə, sənətkarların emalatxanasında maye şüşənin maraqlı oyuncaqlara və ya bəzək əşyalarına necə çevrildiyinə baxa bilərlər.

Ağappaq atların rəqsini seyr etmək.

Miladdan əvvəl mütləq Hofburq imperator iqamətgahını ziyarət edin. İmperatriça Sisinin otaqlarından, muzeylərdən, qalereyalardan və imperatorun zallarından başqa, burada hər cümə günü nadir ağ atların rəqsini seyr edə biləcəksiniz.

Vyanada Otellər

Mələk ilə şəkil çəkdirmək.

Milad ərəfəsində Rathaus bayram əhval ruhiyyəli pavilyona çevrilir ki, burada siz “Milad mələyi” ilə şəkillər çəkdirə, əzizlərinizə bayram açıqçaları alıb göndərə bilərsiniz.

Xeyriyyə marafonunda iştirak etmək.

Mariya Tereza meydanında hər noyabr aylarında Milad yarmarkası açılır. Burada 70-ə yaxın müxtəlif suvenirlər, oyuncaqlar, açıqçalar, hətta içki və yeməklər satılan çadırlar qurulur. Bundan əlavə meydanda xeyriyyə marafonu da keçirilir ki, burada ziyarətçilər 1 avroya iki vyana ulduzu alıb xüsusi pavilyonda tavandan asırlar. Toplanmış vəsait isə xeyriyyə məqsədləri üçün istifadə edilir.

Bakı – Vyana aviabiletləri