Yanvar ayında hara səyahət etmək olar? Dünyanın ən yaxşı festivalları

Yanvar ayı Yeni il ilə yanaşı həmçinin rəngarəng bayramlarla da zəngindir. Sizə bəzi festivallar haqqında məlumat verəcəyik.

4. Hava şarları festivalı. Avstriya

  • Məkan: Zalsburq federal əyalətində yerləşən Filtsmos şəhəri.
  • Keçirilmə vaxtı: Yanvar ayının 20-dən Fevralın 13-dək.

Onlarla komanda hava şarlarının idarə edilməsində mübarizə aparır ki, bütün arzu edənlər komandaların birinə qoşularaq hava şarında uça bilər.

Bu festival artıq bir neçə ildir ki, dünyanın bütün guşələrindən tamaşaçı toplayır. Bundan başqa turistləri həmçinin mahnı və rəqslər, rəngarəng atəşfəşanlıq, dadlı şirniyyat və isti içkilər gözləyir.

3. “Kelt rabitə” Festivalı. Böyük Britaniya

  • Məkan: mötəbər şotlandiya şəhəri Qlazqo.
  • Keçirilmə vaxtı: 18 yanvar – 4 fevral.

1993-ci ildə Böyük Britaniyanın Qlazqo şəhərində ilk folklor festivalı keçirilib. Zamanla bu tədbir kelt sənətinin dünyada ən böyük bayramına çevrilib.

Festival şəhərin mərkəzində keçiriləcək əsl məşəl yürüşü və canlı konsert proqramı ilə açılır. Festivalın proqramında təxminən 300 konsert təşkil olunur ki, siz istənilən zövqə uyğun musiqi tapacaqsınız. Festival zamanı əl işlərindən ibarət tematik sərgi və yarmarkalar da fəaliyyət göstərir.

2. Tamborrada Festivalı. İspaniya

  • Məkan: San-Sebastyan şəhəri
  • Keçirilmə vaxtı: 20 yanvar.

Tamborrada İspaniyanın ən qədim bayramlarından biridir. Tədbir XVIII əsrin birinci yarısında şəhərin himayədarı olan müqəddəs Sebastyanın şərəfinə keçirilir. Bayramın adı başqa sözlə, zərbəçilərin bayramı (istənilən zərb alətlərində ifa edənlərin) kimi tərcümə edilir.

Tamborrada yanvarın 19-da Konstitusiya meydanında şəhər bayrağının qaldırılması ilə başlayır. Musiqiçilər San-Sebastyan marşını çalmağa başlayır sonra digər kompozisiyalara keçirlər. Yanvarın 20-də San-Sebastyan şəhərinin meri bayrağı aşağı endirir – və bununla bayram bitir.

1. Argetntina karnavalı

  • Məkan: Qualequayçu şəhəri
  • Keçirilmə vaxtı: 6 yanvar – 24 fevral.

Argentina karnavalı – dünyada keçirilən ən uzunmüddətli karnavalların arasında 1-ci yerdədir. 2 ay boyunca hər şənbə günü şəhər latın amerika rəqsləri, mahnıları və bir çox parlaq rənglərlə canlanır. Hər tərəfdən baraban və oynaq ritmlər səslənir. Rəngbərəng lələklər, zərlər isə undulmaz bayram mühiti yaradır.

Ucuz aviabilet almaq üçün tarixi seçin