Yanvarın 15-dən etibarən AZAL öz uçuşlarına yeni qeydiyyat qaydaları tətbiq edəcək

“Azərbaycan Hava Yolları” (AZAL) QSC, reyslərin qeydiyyat prosesinə yeni qaydalar tətbiq edir.

AZAL mətbuat xidmətindən verilən məlumata əsasən, yeni qaydalar Yanvar ayının 15-dən qüvvəyə minəcək.

Ucuz aviabilet almaq üçün tarixi seçin

“Yeni qaydalara əsasən, ölkənin bütün hava limanlarında AZAL-ın bütün reyslərinə qeydiyyat, uçuşa 3 saat qalmış açılacaq və uçuşa 60 dəqiqə qalmış yəni əvvəlkindən 20 dəqiqə tez bağlanacaq”.

Hal-hazırda qeydiyyat, uçuşa 2 saat qalmış başlanır və 40 dəqiqə qalmış bağlanır.