Aybilet.az logo
Search
Close this search box.

Yay tətilində sizi əyləndirəcək 10 təklif

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Subay və ya evli olmanızın fərqi yoxdur. Hər kəsin tətilə ehtiyacı var. Hamımız yay tətilini səbrsizliklə gözləyirik. Bəzən tətil zamanını əyləncəli keçirmək üçün təkliflərimiz tükənmiş ola bilər. Aşağıda sıralayacaqlarımızla tətilinizi həm ailənizlə birlikdə olarkən, həm də tək olduğunuz zaman, əvəzedilməz və əyləncəli edəcəkdir.

  1. Ailəniz və dostlarınızla birlikdə kanyonlara səfər edə, xizək sürə, çaylarda raftinq, dağ velosipedi sürə bilərsiniz.
  2. Kolleqa və ya iş yoldaşlarınızdan sevdikləri oyunu soruşun. Onlar sizə izah etsin və siz də tətil zamanı bu oyunları dostlarınızla oynayın.
  3. Getdiyiniz şəhərdəki plyaj və parklarına mütləq baş çəkin. Əgər uşaqlarınızla gedirsinizsə burada onların darıxmamaları üçün bir neçə oyuncaq özünüzlə aparın. Uşaqlarınız plyajda yanınızda oynayarkən, siz də quma uzanıb dincələ bilərsiniz.
  4. Təbiət gəzintisinə çıxmaq, əyləncəli olduğu qədər, həm də sağlamlığınız üçün faydalı olacaqdır. Çadır qurmaq, odun toplamaq, sizi şəhər həyatından uzaqlaşdıracaq və əhvalınızı tamam başqa abu-havaya kökləyəcəkdir.
  5. Romantika və ya macəra. Hansı janrı sevirsinizsə gedəcəyiniz yerdə açıq hava teatrı tapıb, qədim zamanlardakı kimi ailəniz və ya dostlarınızla birlikdə izləyə bilərsiniz.
  6. Çoxdandır oxumaq istədiyiniz kitabları toplayıb, özünüzlə tətilə aparın. Dəniz kənarında kitab oxumağın necə zövqlü olduğunu izah etməyə yəqin gərək yoxdur.
  7. Meşə gəzintisinə çıxın. Getdiyiniz bölgənın meşə sahəsində mütləq ti edin. Bol oksigenli meşə havası sağlamlığınıza müsbət təsir edib, ruhunuzu dincəldəcəkdir.
  8. Hamamlar çox önəmlidir. Köpüklü hamam və ya müalicəvi massajla özünüzə yeni iş sezonuna hazırlaşın. Qoxulu şam və sakit musiqi sizi olduqca xoşbəxt hiss etdirəcəkdir.
  9. Getdiyiniz bölgədəki keçiriləcək konsertləri, sərgiləri, festivalları araşdırın. Heç gözləmədiyiniz anda ən sevdiyiniz sənətçi həmin bölgədə konsert verə bilər.
  10. Su oyuncaqlarına minin. Tətilinizi keçirdiyiniz yerin plyajında su oyuncaqlarını tapmaq çox çətin olmaz. Jet sky, banan, water coaster kimi bir çox əyləncəli su oyuncağını sınaya bilərsiniz.
Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT