ucuz səyahət

56 gün qaydası

Təyyarə biletini uçmazdan 56 gün əvvəl alın. Ekspertlər hesab edir ki, vaxtından əvvəl aviabilet alsanız biletin qiymətinin 1/3-i qədər qənaət etmiş olacaqsınız.

Gəmi ilə səyahəti 12 həftə əvvəl bron edin

Sahildən ayrılmazdan məhz 12 həftə əvvəl operatorlar hələ satılmamış kayutlara “problemli” statusunu təyin edir, agentlər isə endirimlər təklif edir. Əgər artıq səyahəti bron etmisinizsə, sonra o ucuzlaşıbsa operatordan sizə fərqi ödəməyi xahiş edə bilərsiniz. İri şirkətlər çox vaxt müştərilərinin xeyrinə hərəkət edir. Gəmi ilə səyahətə aid olan daha bir qayda qidalanmanın əvvəlcədən, biletlərin alınması zaman bron edilməsidir. Gəmidə nahar və axşam yeməyi daha baha ola bilər.

Qısa səyahətlərə bazar günü başlayın

Bazar günləri otellərin çoxu qiymətləri aşağı salır və bu zaman 50%-ə qədər qənaət edə bilərsiniz. Adi iş günlərində otel otaqları boş olur. Bundan əlavə, bazar ertəsi və çərşənbə günlərində turist axını da aşağı düşür. Ona görə də görməli yerləri və muzeyləri rahat gəzə bilərsiniz.

Getdiyiniz vaxtda evinizi kirayəyə verin

Bu məsləhət hamıya aid deyil, amma siz evinizi yad adamlara kirayə verməyə hazırsınızsa qənaət mütləq olacaq. Bu barədə elanınızı xüsusi saytlarda yerləşdirin. Əsas odur ki, qonağınız olmaq istəyənlərin profillərini diqqətlə öyrənin, üstünlüyü digər kirayə verənlərin müsbət rəylərini almış və profillərini tamam doldurmuş səyahətçilərə verin. İnsan saytda təzəlikcə qeydiyyatdan keçibsə ona etibar etmək məsləhət deyil.

Transfer reyslərlə uçun

Transfer reyslər demək olar ki, həmişə ucuz başa gəlir. Lakin çoxları nədənsə bir neçə reyslə uçmağı əlavə səyahətlər kimi qəbul etmirlər. Özünüz üçün stopover düzəldin, 2 reys arasında vaxtı 1 və ya 2 sutka uzadın. Əksər aviaşirkətlər bunu pulsuz edir. Bundan əlavə aralıq məntəqədə uzun müddət qaldıqda pulsuz və ya endirimlə şəhərə ekskursiyaya çıxmaq olar.

Turoperatorların xidmətlərindən istifadə

Kütləvi istiqamətlərin əksəriyyəti üçün hazır turpaketlər adicə uçuşdan ucuz ola bilər. Bu qayda daha çox Cənub-Şərqi Asiya ölkələri (Vyetnam, Tailand, İndoneziya) üçün keçərlidir. Bununla belə, turoperatorun təklif etdiyi oteldə qalmaq və bütün sutkanı yoldaşınızla otel otağının divarları arasında keçirmək mütləq deyil. Siz turpaketin təkcə çarter reysindən istifadə edə, sonra isə zövqünüzə görə oteli, arendaya bayk götürə və doyunca səyahət edə bilərsiniz.