Yayda hara getmək olar?

yay

Yay orqanizmdə günəşin çatışmazlığını aradan qaldırmaq və ofis həyatından azad olaraq dincəlmək üçün əla vaxtdır. 2017-ci il yay aylarında ucuz aviabilet alaraq yadda qalan istirahət etmək üçün sizə ən maraqlı yerləri təqdim edirik.

Gürcüstan

Yay aylarında Gürcüstana bircə dəfə səyahət etmək kifayət edir ki, bu ölkəni ürəkdən sevəsiniz. Çimərliklərdə qaralmaq üçün romantik Batumiyə, ruhən dincəlmək üçün şam ağacları ilə zəngin meşələri olan Kobulettiyə və ya maska ilə üzmək üçün əla variant olan Mtsvane-Kontsxinin sahillərinə üz tuta bilərsiniz. Qara dəniz kurortlarından başqa Gürcüstanın Uplistsixe və Vardziya kimi mağaralarla zəngin şəhərləri, qədim kilsə ilə məşhur Mtsxeti şəhəri, kükürd hamamlar ilə tanınan paytaxt Tbilisi kimi şəhərləri də var. Bundan əlavə Gürcüstan öz mətbəxi ilə də çox məşhurdur ki, siz buranın yerli çaxırından və xəngəldən doya bilməyəcəksiniz.

Kipr

Bir məzuniyyət vaxtı antik dövrlərə səyahət etmək, bronz rəngə qədər qaralmaq, batmış gəmiyə doğru ekskursiyada iştirak etmək və bir-iki il cavanlaşmaq istəyirsinizsə, Kiprə səyahət edin! Burada siz portağalları düz ağacdan dərib yeyə, kral şərabı içə və yeni tanışlıqlar qura biləcəksiniz. Bunun üçün xüsusilə Ayə-Napda yerləşən Nissi Çimərliyi ideal variantdır. Sahildəki əncir ağaclarının kölgəsində uşaqlarınızla dincələ, Konnos Bəy Çimərliyində isə ikilikdə romantik anlar yaşaya bilərsiniz. Sevginizin əbədi olması üçün isə Limasol və Pafosun arasındadı Afrodita qayalarının yanındakı buxtada birlikdə vaxt keçirə bilərsiniz.

İsrail

Həyatın mənasını anlamaq üçün qədim Yaffo ilə Təl-Əvivə səyyahət edə bilərsiniz. Burada Ölü Dənizin kurortları sizi valeh edəcək. Qırmızı Dənizin koral çimərliklərini serferlər və dayverlər zəbt etdiyi üçün, aktiv su əyləncələri üçün bura gələ bilərsiniz. Baxmayaraq ki, İsraildə çimərlik istirahəti olduqca təqdirəlayiqdir, lakin heç olmasa bir-iki günlük də olsa Yerusəlimdən çıxaraq digər şəhərləri də gəzmək lazımdır. Əgər vaxtınız olarsa, bu zaman Xayfda yerləşən Baxay bağlarını seyr edin, yerli bazara baş çəkin və yerli mətbəxin dadına baxın.

Yunanıstan

Özünüzə ideal istirahət təsəvvür edərkən nələr haqqında düşünürsünüz? Dəniz mənzərəsi olan eyvanda səhər yeməyi, dağların başında yerləşən qədim məbədlər, qızıl qumlu sərin çimərlik? Bu zaman Yunanıstan sizin bütün bu təsəvvürlərinizi reallaşdıra biləcək. Eramızdan əvvəl olan vaxtları belə özündə cəmləşdirən Afinanın Akropolunu ziyarət edin, problemlərinizdən qaçmaq üçün Santoriniyə üz tutun. Kamillik qazanmaq üçün Saloniklərdə Aristotelin barmağına toxunun və Zakinf adasındakı mənzərədən valeh olun. Əgər Meteoranın mənzərəli dağlarını da fəth eləməyi bacarsanız, bu zaman yerli rahiblər sizi özlərinin hazırladığı lukuma qonaq edəcəklər.

Şri-Lanka

Şri-Lankada ilin istənilən fəslində günəşli çimərlik tapmaq mümkündür. Siz hətta zümrüd rəngli tarlalarda gəzərkən və Siqiriyanı seyr edərkən də qarala biləcəksiniz. Dərinizin gözəl rəngindən başqa siz özünüzlə meymun, fil, bəbir, iri kəpənəklərlə çəkilmiş 100-lərlə şəkil və əsl seylon çayının kolleksiyasını gətirəcəksiniz.

Mərakeş

Mərakeş Krallığında bir məzuniyyət zamanı siz həm Aralıq dənizində, həm də Atlantik okeanda çimə biləcəksiniz. Okeanın sahilində ən məşhur kurortlar – Əqadir və Es-Suveyradır: burada hər zaman əla xidmət göstərilir. Siz həmçinin ölkənin cənub-qərbində yerləşən Daxla buxtasının sahillərinə üz tuta bilərsiniz. Yerli serf düşərqələrdən Böyük Səhraya turlar təşkil edilir. Əgər uşaqlarla səyahət edirsinizsə, bu zaman aralıq dənizinin sahilində yerləşən qızıl qumlu çimərlikləri seçə bilərsiniz ki, burada dalğalar okeanın suyundan da istidir.

Sizə xoş istirahətlər arzu edirik!