Aybilet.az logo

Bu dövlət 136 yeni aeroport inşa edir

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Çin hökuməti 2025-ci ilədək ölkədə 136 yeni mülki aeroport inşa etməyi planlaşdırır.

Sinxua agentliyi Çin Milli İnkişaf və İslahatlar Komissiyasına istinadla yazır ki, yeni aeroportların bəziləri beynəlxalq, digərləri isə yerli statuslu olacaqdır. Hazırda istifadədə olan 207 mülki aeroport artan sərnişin tələbatını ödəmir. Bundan başqa, mövcud aeroportlar ölkənin bütün ərazisini əhatə etmir.

Statistikaya görə, Çindəki aeroportlar ildə 900 milyondan çox sərnişinə xidmət göstərir. Bu rəqəmin 2020-ci ildə 1,5 milyarda, 2025-ci ildə isə 2,2 milyard nəfərə çatacağı gözlənilir.

© Azərtac

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Praqa

Praqada etməli olduğunuz 10 şey

Karlov körpüsündə qəşəng şəkillər çəkin Karlov körpüsü Praqada səyahətçi-fotoqraf və adi turistlərin ən çox sevdiyi görməli yerdir. Burada suvenirlər satırlar, musiqi alətlərində

Ətraflı »