Artıq bir müddət bundan əvvəl fəaliyyətə başlayan “Buta Airways”in xidmətinə maraq artıb. Bunu nəzərə alaraq Turizm.fins.az bu aviaşirkətin xidmətlərindən istifadə edərkən baqaja nə qədər pul ödənilməli olduğunu araşdırıb.
Şirkətdən verilən məlumata görə, əl yükünün qiyməti 25 avrodur. Bundan başqa əl yükü ilə bağlı məhdudiyyət tətbiq olunmur.
Baqaj üçün tələb olunan ödəniş də 25 avrodur. Lakin yük yerində daşınacaq baqajlar üçün çəki və ölçü məhdudiyyəti qoyulub. Belə ki, çəkisi 23 kq-a qədər olan və ölçüsü 158 sm olan yüklər üçün 25 avro ödənməlidir.
Əgər yükün çəkisi 23 kq-dan artıq olarsa, onda bu çəki ikinci yük kimi hesablanacaq. Hətta 1 kiloqram artıq olarsa belə . Bu zaman əlavə 25 avro ödəmək lazım olacaq.
Lakin baqaja görə ödəniş az da ola bilər. Bunun üçün uçuşdan ən azı 3 saat əvvəl “Buta Airways”-in saytında, satış kassalarında və ya akkreditə edilmiş agentliklərdə ödəniş etdikdə məbləğ 20 avro təşkil edəcək. Lakin bu əl yükünə aid deyil.
Aviabiletlərin qiyməti üçün gedəcəyiniz şəhəri seçin