Aybilet.az logo

COVID-19 dövründə qaydalar

Azərbaycanda koronavirus infeksiyası COVID-19 pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanmışdır.

Bu qaydalara əsasən Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün aşağıdakı tədbirlər tətbiq edilir:

  • yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;
  • terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq – dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər;
  • aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;
  • girişdə bütün sərnişinlərin bədən hərarəti ölçüləcək, 37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq;
  • aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;
  • qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;
  • uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;
  • sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.

Hava gəmisi salonunda aşağıdakı tədbirlər görüləcək:

  • sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcəklər, həmçinin dezinfeksiyaedici heldən (sanitayzer) ibarət fərdi qoruyucu vasitələr dəsti təqdim edəcək;
  • tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilmir;
  • ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablaşdırmada qida və birdəfəlik istifadə üçün yemək ləvazimatları təqdim ediləcək. Biznes və VIP sinif sərnişinlərinə hermetik bağlamada yerləşdirilən 4 növ qidanın təsvir olunduğu menyu kartı təqdim ediləcək. Pandemiya dövründə sərnişinlərə, birdəfəlik istifadə olunan qulaqcıqlar istisna olmaqla, yastıq, ədyal, planşet və digər ləvazimatlar təqdim olunmayacaq;

Uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportuna uçub gələn sərnişinlərə münasibətdə aşağıdakı tədbirlər görüləcək:

  • uçuşdan sonra bütün sərnişinlər hava limanı əməkdaşlarının təlimatlarına əməl etməlidirlər, onlar növbəli qaydada bədən hərarətinin ölçülməsi və xüsusi testlərdən keçmək üçün yönləndiriləcəklər;
  • xəstəlik əlamətləri olan sərnişin aşkar edildiyi halda həmin sərnişin tibbi heyət tərəfindən xüsusi avtomaşın vasitəsilə müvafiq tibb müəssisəsinə çatdırılacaqdır. Bu halda sərhəd xidmətinin əməkdaşı çağırılaraq mobil avadanlıq vasitəsilə sərhəd nəzarəti həyata keçiriləcək;
  • test nəticələri mənfi olan sərnişinlər sosial məsafəni təmin etmək üçün xüsusi döşəmə işarələrinə riayət etməklə sərhəd nəzarətinə yaxınlaşacaqlar;
  • uçuşdan sonra sərnişinlərin baqajı dezinfeksiya olunacaq və üzərinə bunu təsdiq edən xüsusi stiker vurulacaq;
  • qarşılayan şəxslər sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksindən kənarda gözləyə bilərlər.

Qeyd etməliyik ki, profilaktik işlər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün terminallarında və hava gəmilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Hava limanı ərazisində istifadə edilmiş maskaların və digər fərdi qoruyucu vasitələrin atılması üçün kifayət qədər qapalı tullantı qutusu mövcuddur.

Reyslərdə qida təminatı əməkdaşlar tərəfindən bütün sanitar normalara riayət etməklə həyata keçirilir, bütün birdəfəlik istifadə qabları utilizasiya olunur.

“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin hava gəmiləri salonlarında hava HEPA-filtrləri mütəmadi surətdə dəyişdirilir.

“Azərbaycan Hava Yolları” Operativ Qərargahın, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət olunmasına məsuliyyətlə yanaşmağı sərnişinlərə tövsiyə edir.

Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbəsində, uçuşun maksimal dərəcədə rahat və təhlükəsiz keçməsi üçün bütün səylərini səfərbər edəcəklər.

“Azərbaycan Hava Yolları”nın xüsusi reysləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşmək üçün sərnişinlər Azərbaycanda yerləşən, adları aşağıda qeyd olunmuş klinika və laboratoriyalarda koronavirus (COVID-19) testindən keçə bilərlər. Qeyd edək ki, aviaşirkətimiz yalnız PCR testi əsaslı arayışları qəbul edir.

Referans Laboratoriyası

Ünvan: Bakı ş., Mirzəbala Məmmədzadə küç. 8A

“Leyla Medical Center” Klinkası

Ünvan: Bakı ş., Yusif Səfərov küç. 19

Memorial Klinikası

Ünvan: Bakı ş., Qara Qarayev pr. 38А

“Bona Dea” Xəstəxanası

Ünvan: Bakı ş., Mehdi Abbasov küç. 2

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi

Ünvan: Bakı ş., Məmmədəli Şərifli küç. 159

1 nömrəli Şəhər Poliklinikası

Ünvan: Bakı ş., Bül-bül pr. 8

10 nömrəli Şəhər Poliklinikası

Ünvan: Bakı ş., Azadlıq pr. 176

18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

Ünvan: Bakı ş., Nəsimi küç. 11

Caspian International Hospital

Ünvan: Bakı ş., Badamdar qəs., 1-ci yaşayış massivi 31

Sağlam Ailə” Ultralab Mərkəzi

Ünvan: Bakı ş., Asif Məhərrəmov küç. 156C

Gəncə şəhərində: Azərbaycan bayrağı küçəsi

İNCİ Laboratoriyası

Ünvan: Bakı ş., Bül-Bül pr. 40

İNCİ Laboratoriyaları Gəncə filialı (Yeni Gəncə Tibb Mərkəzi)

Ünvan: Gəncə şəhəri, 28 May küç., 23

Baku Clinic (Bakı filialı)

Ünvan: Bakı ş., Akademik Həsən Əliyev küç. 493

Baku Clinic (Sumqayıt filialı):

Ünvan: Sumqayıt ş., N. Nərimanov küç.

Bakı Sağlamlıq Mərkəzi

Ünvan: Bakı ş., Azadlıq pr. 112, Nəsib bəy Yusifbəyli küç.

Mərkəzi Neftçilər Xəstəxanası

Ünvan: Bakı ş., Yusif Səfərov küç. 21

Mərkəzi Gömrük Hospitalı

Ünvan: Bakı ş., K.Kazımzadə küç., 118

Oksigen Klinik Хəstəxanası

Ünvan: Bakı ş., N.Nərimanov rayonu, 1959-cu məhəllə

“Mediluks-1” MMC

Unvan: Nerimanov ray. Kral Huseyn, 66B

EGE HOSPITAL MMC

Unvan: Bakı ş., Akademik Həsən Əliyev küç. 38

“Medikus” klinikası

Ünvan: Bakı ş., A. M. Şərifzadə küç. 55

“Diaqnoz” Tibb Mərkəzi

Ünvan: Bakı ş., Xətai rayonu, Sarayevo küç. 38C

Nəsrəddin Tusi adına klinika

Ünvan: Bakı ş., Həsənbəy Zərdabi küç. 53

“Modern Hospital” MMC

Ünvan: Bakı ş., Babək pr. 85k

Respublika Diaqnostika Mərkəzi

Ünvan: Bakı ş., Tbilisi pr. 147

Bioloji Təbabət Klinikası

Ünvan: Bakı ş., Nəsimi ray., S. C. Pişəvəri küç., 110

“Horev” MMC , Buta Clinic

Ünvan: Bakı şəhəri,Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi;.,48

COVID-19 pandemiyasının yayılması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin reyslərinə aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydaları

COVID-19 pandemiyasının yayılması ilə əlaqədar hansı aviabiletlər qaytarılmalı və dəyişdirilməlidir?
2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən “AZAL” və “Buta Airways” aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.

Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi üçün hara müraciət etmək lazımdır?
callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Aviabiletlər hansı tarixə dəyişdirilə bilər?
Yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 24 aydan gec olmamalıdır.

Yalnız uçuş tarixi dəyişdirilə bilər? Yoxsa uçuş istiqamətinin də dəyişdirilməsinə icazə verilir?
Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.

Mən aviabileti dəyişmək istəmirəm, ödədiyim pulu geri almaq istəyirəm. Bu mümkündürmü?
Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer “AZAL” və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

Sərnişin yuxarıda qeyd edilən şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır. Bunun üçün çağrı mərkəzinə yazılı şəkildə elektron poçt (callcenter@azal.az) və yaxud saytımızdakı əlaqə forması vasitəsilə müraciət etmək lazımdır.

Yerli və beynəlxalq istiqamətlər üzrə reyslərin yerinə yetirilməsinə nə zaman başlanacaq?
Daxili və beynəlxalq aviareyslərin bərpa edilməsi barədə qərar ölkələrin hökumətləri tərəfindən qəbul olunur, həmçinin aviaşirkətimizin uçuşlar yerinə yetirdiyi dövlətlərin sərhədlərinin açılma müddətindən birbaşa asılıdır. Sosial şəbəkələrdəki rəsmi səhifələrimizdə yerləşdirilən məlumatları, həmçinin müvafiq dövlət qurumlarının kütləvi informasiya vasitələrində xəbərlərini izləməyinizi tövsiyə edirik.

“COVID-19” pandemiyası dövründə Türkiyəyə giriş qaydaları

Aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə Türkiyə vətəndaşları ilə yanaşı, bütün sərnişinlər reyslərə buraxılır:

Son 14 gün ərzində Əfqanıstan, Banqladeş, Braziliya, Hindistan, Nepal, Pakistan, Cənubi Afrika və ya Şri-Lankaya səfər edən sərnişinlər gəlişdən 72 saat əvvəl keçirilən PCR testin neqativ nəticəsini təqdim etməlidirlər. Bu tələb 6 yaşından kiçik sərnişinlərə şamil edilmir.

Əfqanıstan, Banqladeş, Braziliya, Misir, Hindistan, İran, Nepal, Pakistan, Sinqapur, Cənubi Afrika, Şri Lanka və ya Birləşmiş Krallıq istisna olmaqla, digər ölkələrdən gələn sərnişinlər gəlişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testin neqativ nəticəsini və ya gəlişdən ən çox 48 saat əvvəl keçirilən COVID-19 anticismlərinin ekspress-testinin neqativ nəticəsini təqdim etməlidirlər. Bu tələb aşağıdakı şəxslərə şamil edilmir:

  • 6 yaşdan kiçik sərnişinlərə;
  • gəlişdən ən azı 14 gün əvvəl peyvənd olunduqlarını təsdiqləyən COVID-19-a qarşı peyvənd sertifikatı olan sərnişinlər;
  • gəlişdən ən gec 6 ay əvvəl təqdim edilmiş, COVID-19-dan sağaldıqlarını təsdiq edən sertifikatı olan sərnişinlər;
    ticarət donanmasının dənizçilərinə.
  • Misir, İran, Sinqapur və ya Birləşmiş Krallıqdan gələn sərnişinlər gəlişdən ən gec 72 saat əvvəl keçirilmiş PCR testin neqativ nəticəsini təqdim etməlidirlər. Misir, İran, Sinqapur və ya Birləşmiş Krallıq istisna olmaqla, digər ölkələrdən gələn sərnişinlər, Türkiyədə son təyinat məntəqəsində PCR testdən keçə bilərlər. Bu qayda 6 yaşından kiçik sərnişinlərə şamil edilmir.

Türkiyəyə səyahət edən bütün sərnişinlər (https://register.health.gov.tr ​saytında) xüsusi Giriş Anketini doldurmalıdırlar və qeydiyyat və ya gəliş zamanı təqdim etməlidirlər. Anket doldurmaq tələbi Türkiyədən tranzit keçən və bu ölkənin sərhədini keçməyən sərnişinlər üçün məcburi deyildir. Bütün sərnişinlər 14 gün müddətinə karantinə yerləşdirilə bilərlər.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və gəldiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.

  • COVID-19 pandemiyası dövründə Dubaya səyahət qaydaları

Dubaya (DXB hava limanına) gələn bütün sərnişinlər koronavirus (COVID-19) infeksiyasına dair PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər (elektron surətlər qəbul edilmir). PCR testi Dubaya (DXB hava limanına) uçuşdan ən çox 72 saat əvvəl verilməlidir. Arayış ərəb və ya ingilis dilində çap olunmalıdır (əl ilə yazılmış hesabatlar olmamalıdır) və uçuşun başlandığı ölkənin təsdiq etdiyi laboratoriya tərəfindən təqdim edilməlidir. Arayışda onun etibarlılığını təsdiq edən QR kodun olması tövsiyə olunur.

Bu tələb aşağıdakılara şamil olunmur:

  • Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına;
  • 12 yaşından kiçik sərnişinlərə.

Dubaya gələn BƏƏ rezidentləri
Dubayda verilmiş yaşayış vizası və ya rezidentin “qızıl kartı” olan, Dubaya (DXB) qayıdan Birləşmiş Ərəb Əmirliklərinin rezidentləri uçuşdan əvvəl aşağıda qeyd olunmuş ünvan: https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx vasitəsilə GDRFA icazəsini əldə etməlidirlər.

Sərnişin vizanın etibarlılıq müddətini bu saytda yoxlaya bilər.

Sərnişində istənilən digər əmirlik tərəfindən verilmiş qüvvədə olan yaşayış icazəsi mövcud olduğu təqdirdə, reysi təxsis etməzdən əvvəl BƏƏ-yə gəlişini / təkrar gəlişini uaeentry.ica.gov.ae portalında təsdiq etməlidir. BƏƏ-yə giriş / təkrar giriş icazəsi olmadan sərnişin reysə buraxılmayacaq. Vizanın etibarlılıq müddətini bu saytda yoxlamaq mümkündür. Həmçinin sərnişinlər Dubaya gəlməzdən əvvəl “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər.

Dubaya (DXB hava limanına) və ya Al Maktoum (DWC) hava limanına gələn Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları, gəlişdən sonra COVID-19 PCR testindən keçməlidilər.

DXB hava limanına gələn turistlər:
Dubaya səyahət edən sərnişinlərin tibbi sığortası olmalıdır, həmçinin Dubaya gəlməzdən əvvəl və ya sonra “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeyd etmək lazımdır ki, Dubaya gəldikdən sonra təkrar testdən keçmək üçün siz təsadüfi seçilə bilərsiniz və test nəticələrini əldə edənə qədər karantinə yerləşdirilə bilərsiniz.

Əfqanıstan, Angola, Argentina, Bəhreyn, Braziliya, Kamboca, Çili, Kot-d’İvuar, Xorvatiya, Kipr, Çexiya, Cibuti, Misir, Eritreya, Efiopiya, Gürcüstan, Qana, Yunanıstan, Qvineya, Macarıstan, İndoneziya, İran, İraq, İsrail, İordaniya, Keniya, Küveyt, Livan, Malta, Moldova, Çernoqoriya, Mərakeş, Myanma, Nigeriya, Oman, Filippin, Polşa, Qətər, Rumıniya, Rusiya Federasiyası, Ruanda, Senegal, Slovakiya, Somali, Cənubi Afrika, Cənubi Sudan, Sudan Respublikası, Suriya, Tacikistan, Tanzaniya, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Ukrayna, Özbəkistan, Zambiya və ya Zimbabvedən səyahət edən və Dubay (DXB) və ya Al Maktoum (DWC) hava limanından tranzitlə keçən sərnişinlər Birləşmiş Ərəb Əmirliklərinə birbaşa reyslə son məntəqədən yola düşməzdən ən gec 72 saat əvvəl çap olunmuş COVID-19-da dair PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidilər. Arayış ərəb və ya ingilis dilində olmalıdır və https://screening.purehealth.ae saytında təsdiq edilmiş laboratoriya və ya uçuşun başlandığı ölkənin akkreditə olunmuş laboratoriyası tərəfindən təqdim edilməlidir. 

Bu qaydalar aşağıdakılara şamil edilmir:

  • Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına;
  • 12 yaşından kiçik sərnişinlərə.

Dubaydan (DXB hava limanından) yola düşən bütün sərnişinlər qeydiyyat masasında koronavirus (COVID-19) infeksiyasına dair PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər. Alternativ olaraq, sərnişinlər test nəticələri haqqında məlumatı əks etdirən ALHOSN mobil tətbiqini yükləyə bilərlər (tətbiqi buradan yükləyə bilərsiniz). Bu tətbiqi smartfonunuza əvvəlcədən yükləməli və test nəticələrinin alındığından və tətbiqdə mövcud olduğundan əmin olmalısınız. Mümkün texniki problemləri nəzərə alaraq, sərnişinlərə üzərində QR kodu olan arayışlar almaları tövsiyə olunur. Səhifənin sonunda QR kod ilə arayışları verən laboratoriyaların siyahısı verilmişdir. PCR-test Dubaydan (DXB) uçuş icra olunmazdan ən gec 48 saat əvvəl verilməlidir.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl yola düşdüyünüz və ya gəldiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.

“COVID-19” pandemiyası dövründə Rusiyaya giriş qaydaları

Rusiya Federasiyasına gələn və \ və ya tranzitlə keçən sərnişinlər üçün giriş qaydaları.

Rusiya Federasiyası vətəndaşları, onların ailə üzvləri və Rusiyada daimi yaşayan vətəndaşlar üçün tələblər:
Rusiya Federasiyası vətəndaşları Rusiya Federasiyasına yola düşməzdən əvvəl Dövlət və bələdiyyə xidmətlərinin vahid portalında “Rusiya Federasiyasına gələn reyslərin qeydiyyatı” bölməsindəelektron formada “Rusiya Federasiyasına gələn şəxslərin qeydiyyatı” anketini doldurmalıdırlar (aviabilet əldə edərkən, lakin reysə qeydiyyatdan gec olmayaraq). Anketə bütün lazımi məlumatlar daxil edildikdən sonra sərnişinin elektron poçtuna xüsusi QR-kod göndərilir. Həmin kod gəliş hava limanında sanitar-karantin nəzarətindən keçərkən “Rospotrebnadzor” orqanının əməkdaşına təqdim edilməlidir.

Əcnəbilər üçün tələblər.

  • əcnəbilər qeydiyyatdan keçmək və reysə minik üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 72 saat əvvəl COVID-19 testinin (yalnız PCR metodu ilə həyata keçirilən testlər qəbul edilir) neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim etməlidirlər. Rus və ya ingilis dilində tibbi sənədi təqdim etmək mümkün olmadığı təqdirdə sənədin yola düşmə ölkəsinin rəsmi dövlət dilində və notarial qaydada təsdiq olunmuş rus dilinə tərcüməsinin təqdim edilməsinə icazə verilir.
  • Əcnəbilər Rusiya Federasiyası ərazisinə gəlməzdən əvvəl, Rusiya Federasiyası ərazisinə gələn şəxsin anketini (buradan yükləmək mümkündür) ingilis və ya rus dilində doldurmalıdırlar (hava gəmisində təqdim ediləcək, həmçinin əvvəlcədən çap edərək doldurmaq mümkündür). Anketdə Rusiya Federasiyası ərazisində qaldığı yerin ünvanının göstərildiyi xanalar mütləq qaydada doldurulmalıdır.
  • Əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına gələn əcnəbilər Rusiya Federasiyası ərazisinə gəldikləri tarixdən 14 təqvim günü müddətinə özünütəcrid tələblərinə riayət etməlidilər.
  • tələbələr təhsil aldıqları universitet tərəfindən verilmiş yazılı təsdiqi təqdim etməlidilər. Təsdiq universitet tərəfindən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə təqdim edilməlidir.
  • Başqa ölkədən tranzit keçməklə Birləşmiş Krallıqdan Rusiya Federasiyasına gələn sərnişinlər Rusiya Federasiyası ərazisinə gəldikləri tarixdən 14 təqvim günü müddətinə özünütəcrid tələblərinə riayət etməlidilər.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və ya gəldiyiniz ölkənin aktual tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.

  • COVID-19 pandemiyası dövründə Ukraynaya səyahət qaydaları

Ukrayna vətəndaşları və Ukrayna ərazisinə giriş etmək və tranzitlə keçmək üçün daimi yaşayış icazəsi olan şəxslərdə aşağıdakı sənədlərdən biri olmalıdır:

  • ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş siyahıya daxil edilmiş peyvəndlərlə tam peyvəndləmə kursunun tamamlandığını təsdiqləyən sənəd; və ya
  • girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticismləri (RAT) üçün sürətli test; və ya
  • girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış.
    Testin keçirilməsi barədə arayış və ya peyvəndləmə barədə sertifikat olmadığı təqdirdə, Ukrayna vətəndaşı və daimi yaşayış icazəsi olan şəxs 

“Vdoma” tətbiqini yükləyə və 14 günlük özünütəcrid şəraitində qala bilər. PCR testinin neqativ nəticəsi olduğu təqdirdə özünütəcrid vaxtından əvvəl dayandırıla bilər.

12 yaşına çatmamış şəxslərdən testin keçirilməsi barədə arayışın, peyvəndləmə haqqında sertifikatın təqdim edilməsi və özünütəcrid tələb olunmur.

COVID-19 ilə bağlı anticisimlər üçün testing keçirilməsi barədə arayış qəbul edilməyəcəkdir.

Hansı ölkədən gəldiklərindən asılı olmayaraq, istisnasız bütün əcnəbilərdə Ukraynada qeydiyyatdan keçmiş sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 əleyhinə müalicə, müşahidə ilə əlaqədar xərcləri qarşılayan və Ukraynada qaldığı müddətdə etibarlı sayılan sığorta polisi (sertifikatı) olmalıdır.

Həmçinin aşağıda qeyd edilən sənədlərdən biri olmalıdır:

  • ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş siyahıya daxil edilmiş peyvəndlərlə – Pfizer / BioNTech, Johnson & Johnson’s Janssen, AstraZeneca / Covishield (Hindistan), AstraZeneca / SKBio (Cənubi Koreya), Moderna, Sinopharm, CoronaVac (Sinovac) – tam peyvəndləmə kursunun keçirildiyini təsdiqləyən sənəd; və ya
  • girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticisimləri (RAT) üçün sürətli test; və ya
  • girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış.

12 yaşına çatmamış şəxslər üçün test və ya peyvənd sertifikatı tələb edilmir.

Əcnəbilər Ukraynada PCR testindən keçə bilməz və ya özünütəcrid şəraitində qala bilməzlər. Test/ peyvəndləmə haqqında arayış və / və ya sığorta polisi olmadığı təqdirdə əcnəbilərin Ukrayna ərazisinə giriş və ya tranzitlə keçmək üçün Ukraynanın dövlət sərhədindən keçməsinə icazə verilməyəcəkdir.

Hava limanının tranzit zonasını tərk etməyən və Ukrayna sərhədini keçməyən (marşrutlarının son təyinat məntəqəsi olan ölkənin tələbləri ilə başqa bir qayda nəzərdə tutulmayıbsa) transfer sərnişinlərindən COVID-19 üçün PCR testinin neqativ nəticələri barədə arayışın və sığorta polisinin təqdim edilməsi tələb olunmur.

COVID-19 ilə bağlı anticisimlər barədə arayış qəbul edilməyəcəkdir.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə uçuşunuzdan əvvəl ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytınahttps://www.visitukraine.today saytına diqqət yetirməniz xahiş edilir.

COVID-19 pandemiyası ilə əlaqədar Gürcüstan sərhədini keçmə qaydaları

COVID-19 əleyhinə peyvənd olunmuş sərnişinlər üçün giriş qaydaları:

İstənilən ölkədən hava nəqliyyatı ilə səyahət edən bütün ölkələrin vətəndaşları, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə, Gürcüstana daxil ola bilərlər. Koronavirus əleyhinə peyvənd sertifikatı ingilis dilində olmalıdır.

COVID-19 əleyhinə peyvənd olunmamış sərnişinlər üçün giriş qaydaları:

Gürcüstan vətəndaşları:

  • Səyahətdən 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim edən Gürcüstan vətəndaşı 8 günlük özünütəcrid şəraitində qalmalı və ya Gürcüstanda olduğu 3-cü gün ərzində öz hesabına əlavə PCR müayinəsindən keçməlidir. Əgər özünütəcrid mümkün deyilsə, vətəndaş məcburi karantinə yerləşdiriləcək;
  • Gürcüstan vətəndaşı sərhəddə PCR testini təsdiqləyən sənədi təqdim etmədiyi təqdirdə 8 gün özünütəcridə alınacaq, və ya təcrid olunması mümkün deyilsə, məcburi karantinə yerləşdiriləcək.
    Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər 12 gün müddətində məcburi karantinə yerləşdiriləcəklər.

Əcnəbilər:

Aşağıdakı dövlətlərin vətəndaşları və orada yaşayış icazəsi olanlar aşağıda göstərilən şərtlərlə Gürcüstana hava nəqliyyatı ilə daxil ola bilərlər:

Azərbaycan Respublikası, Avstriya, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Özbəkistan, əgər Ermənistan, Avstriya, Azərbaycan, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Russiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, San-Marino, Monako, Serbiya, İslandiya, Lixtenşteyn, Monteneqro, Andorra, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina və Özbəkistandan səyahət edirlərsə.

Sərnişinlər 14 günədək karantinə yerləşdirilə bilərlər. Daha ətraflı məlumat üçün https://mfa.gov.ge/MainNav/CoVID-19-sakitkhebi/sazgvris-kvetis-regulaciebi.aspx?lang=az-US saytına daxil olun.

Gürcüstana daxil olmaq üçün əcnəbilər aşağıdakı şərtlərə riayət etməlidilər:

  • Gürcüstana gələn əcnəbilər məcburi onlayn formanı doldurmalıdılar https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/. Qeydiyyatdan keçdikdən sonra gediş məntəqəsində uçuşa qeydiyyatdan keçərkən göstərilməli olan təsdiqləmə nömrəsi veriləcək. Vaksinasiyadan tam keçmiş sərnişinlər üçün bu formanın doldurulması vacib deyil.
  • Üçüncü ölkələrdən tranzit səyahət daxil olmaqla, yuxarıda göstərilən ölkələrdən birbaşa hava nəqliyyatı ilə səyahət etməlidirlər (Quru və dəniz sərhədləri bağlı qalır);
  • Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışını Gürcüstanın sərhəd buraxılış məntəqəsində təqdim etməlidirlər;
  • PCR testinin arayışını ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər;
  • Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər;
  • Dövlət sərhədini keçməzdən əvvəl son 14 gün ərzində səyahət tarixçəsini, əlaqə məlumatlarını (ünvan, telefon nömrəsi, elektron poçt və s.) göstərməklə xüsusi anket formasını doldurmalıdırlar.
  • Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər əraziyə girişdən sonra 12 gün müddətinə məcburi karantinə yerləşdiriləcəklər. Bu halda sərhəddə PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR müayinəsindən keçməkdən azad olunacaqlar. Buna baxmayaraq, Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq, Bakıdan yola düşərkən COVID-19-a dair PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz.

Gürcüstandan Azərbaycana “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reysləri ilə uçarkən Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz (QR-kodun etibarlılığı qeydiyyat masalarında yoxlanılacaq).

Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisindən çıxdığınız və səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları əldə etmək üçün uçuşunuzdan əvvəl IATA-nın Səyahət Mərkəzinin saytını, Gürcüstan Xarici İşlər Nazirliyinin veb-saytını – https://mfa.gov.ge/https://stopcov.ge/en saytlını nəzərdən keçirməniz xahiş olunur.

Böyük Britaniyaya səyahətlər

1. Birləşmiş Krallığa daxil olan və ya tranzitlə səyahət edən bütün sərnişinlər COVID-19 testin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər. PSR-test Birləşmiş Krallığa uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. Arayış uçuş ölkəsi tərəfindən təsdiqlənmiş laboratoriyaların birində verilməlidir.

Arayış üzərindəki sərnişin məlumatları (ad, doğum tarixi və ya yaş) pasportda və ya digər səyahət sənədində göstərilənlərlə uyğun olmalıdır. Arayış, onu verən laboratoriyanın əlaqə məlumatlarını da əhatə etməlidir. Arayışda onun düzgünlüyünü təsdiqləyən QR-kodun olması tövsiyə olunur.

2. Sərnişinlər Birləşmiş Krallıqda olduqları 2-ci və 8-ci gün ərzində öz hesabına COVID-19 testindən keçməlidirlər. Onlar aşağıdakı ünvanlarda əldə etdikləri ödəmə təsdiqinə sahib olmalıdırlar: https://quarantinehotelbookings.ctmportal.co.uk/ və ya https://www.gov.uk/guidance/providers-of-day-2-and-day-8-coronavirus-testing-for-international-arrivals

3. İngiltərəyə daxil olan və ya tranzitlə səyahət edən sərnişinlər “Xalq Sağlamlığı Sərnişinlərini müəyyənləşdirmə forması” nı doldurmalıdırlar. Formaya iki COVID-19 testi üçün sifariş istinad nömrəsi və ya karantin otelinin bronlaşdırılması üçün istinad sifariş nömrəsi daxil olunmalıdır. Forma uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk ünvanından əldə etmək olar və gəliş məntəqəsində qeydiyyat masasında və immiqrasiya xidmətinə təqdim edilməlidir.

4. Sərnişinlər 10 gün ərzində ev şəraitində özünütəcrid və ya oteldə karantində qalmalıdırlar. Təfərrüatlar: https://www.gov.uk/guidance/booking-and-staying-in-a-quarantine-hotel-when-you-arrive-in-england;

5. Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Daha ətraflı məlumatı https://www.gov.uk/travel-abroad saytında əldə etmək olar.

6. Birləşmiş Krallıqdan qayıtdığınız zaman PCR-test haqqında arayış təqdim etməlisiniz. ХЫЕ-testlərini təqdim edən Birləşmiş Krallıq laboratoriyaların siyahısı aşağıda qeyd olunan saytda təqdim olunub: https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/978322/covid-private-testing-providers-general-testing-160421.csv/preview

Sərnişinlərin girişinə və tranzitlə keçmələrinə icazə verilmir. Bu qayda aşağıdakı şəxslərə şamil edilmir:

  • İsrail vətəndaşlarına;
  • İsraildə yaşayan vətəndaşlara;
  • Əhali və Miqrasiya İdarəsi tərəfindən verilmiş icazə məktubu olan sərnişinlərə;
  • Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtalya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Birləşmiş Krallıq ya da ABŞ-dan gələn, A1, A2, A3, A4, A5, B1 və ya B4 viza sahibləri olan sərnişinlərə. Son 14 gün ərzində Argentina, Braziliya, Efiopiya, Hindistan, Meksika, Rusiya Federasiyası, Cənubi Afrika, Türkiyə və ya Ukraynaya səyahət etməməlidlər və ya tranzitlə keçməməlidirlər.

2. Sərnişinlər İsrailə son birbaşa reysdən ən gec 24 saat əvvəl https://www.gov.il/en/service/request-entry-to-israel-covid19 saytında “Giriş Bəyannaməsini” doldurmalı və Səhiyyə Nazirliyindən elektron icazə almalıdırlar.

3. Ölkəyə gəldikdə sərnişinlər öz hesablarına COVID-19 üçün PCR testindən keçməlidilər.

https://www.gov.il/en/service/request-entry-to-israel-covid19 saytı vasitəsilə əvvəlcədən ödəniş edildikdə testin qiyməti 80 şekel təşkil edir. Ödəniş hava limanında həyata keçirildikdə isə testin qiyməti 100 şekel təşkil edəcək.

4. İsrailin hüdudlarından kənarda 72 saatdan artıq olan, o cümlədən tranzitlə keçən sərnişinlər COVID-19 üçün PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidirlər. Marşrutun ilk məntəqəsindən yola düşməzdən əvvəl götürülən testin müddəti 72 saatdan artıq olmamalıdır.

5. Sərnişinlərin COVID-19 infeksiyasının müalicə xərclərini ödəmək üçün tibbi sığortası olmalıdır. Bu, İsrail vətəndaşlarına və orada yaşayan şəxslərə şamil edilmir.

6. Sərnişinlər 14 gün müddətinədək karantinə yerləşdirilə bilərlər. Ətraflı məlumatı https://tinyurl.com/ypvvex9p saytında əldə etmək mümkündür.

7. COVID-19 infeksiyası dövründə ölkəyə daxil olma qaydaları ilə bağlı əlavə məlumatı https://www.gov.il/en/departments/air-travel-covid19-israel ünvanında nəzərdən keçirə bilərsiz.

COVID-19 pandemiyası dövründə AZAL-ın xüsusi reysləri ilə Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə.

Azərbaycan vətəndaşları ilə yanaşı həmin reyslərə aşağıdakı şəxslər buraxılır:

  • Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
  • Valideynlərdən biri, qardaşı, bacısı, həyat yoldaşı və ya övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
  • Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
  • Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Həmçinin, yuxarıda qeyd olunan sərnişin kateqoriyalarına əlavə olaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının, həmçinin 21 iyun tarixindən etibarən ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşları aşağıda müəyyən edilmiş şərtlərlə aviaşirkətin xüsusi reyslərinə buraxılır:

  • Yaşı 18-dən yuxarı olan sərnişinlərin COVID-pasportu (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədin və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmaqla. COVID-pasportu və ya immun sertifikatı elektron yoxlama xüsusiyyətlərinə sahib olmalıdır. Bu sənədlər hava limanında qeydiyyat masasında yoxlanılacaq.
  • 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycana daxil olmaq hüququ olanlar kateqoriyasına daxil olan digər ölkələrin vətəndaşları da uçuşdan əvvəl 72 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı təqdim etməlidirlər. 1 yaşdan aşağı olan uşaqlar üçün PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Uşağın yaşı gediş tarixində müəyyən edilir.

Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir. Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir. COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.