Duty Free – təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir. “Rüsumsuz satış” – yəni malların dəyərini artıran ƏDV-lər olmadan satış deməkdir. Bu səbəbdən Duty Free məhsulları adi mağazalardakı məhsullardan daha ucuz olur.
Duty Free mağazalarının xüsusiyyətləri
Deyildiyi kimi, bu mağazalarda satılan mallar ƏDV-yə cəlb olunmadığı üçün onları daha sərfəli qiymətlərlə əldə etmək olar. Duty Free-dən səyyahlar adətən texnika, zərgərlik məmulatları, saatlar və qənnadı məhsulları, spirtli içkilər, tütün məmulatlar və parfümeriya alırlar.
Birinci Duty Free 1947-ci ildə İrlandiyada yaranıb. Brendan Oreqan Şannon hava limanında bir dükan açmışdı ki, o bu gün də işləyir. Hal-hazırda bu mağaza Şimali Amerika və Avropa arasında səyahət edən sərnişinlərin xidmətindədir və inanılmaz populyarlıq qazandığı üçün digər hava limanlarında da təşkil edilib.
Duty Free mağazaları pasport nəzarəti xidmətindən sonra yerləşir. Adətən belə mağazalarda ancaq pasport və ya aviabiletləri olanlar alış-veriş edə bilir. Bəzi ölkələrdə rüsumsuz zonada ancaq uçuşdan əvvəl alış-veriş etmək olar, ancaq Avstraliya və Yeni Zelandiya sərnişinlərə sərhədi keçməmiş mallar almağa imkan verir.
Duty Free-də qiymətlər və mal çeşidi
Bəzən Duty Free-də satılan bəzi malların dəyəri şəhər mərkəzindəki mağazalarla müqayisədə daha yüksək ola bilir. Həmçinin müxtəlif ölkələrin Duty Free-də olan malların dəyəri də fərqlənir. Bu birbaşa valyuta məzənnəsinin yuxarı olmasından, malın istehsalçısından və hansı ölkənin Duty Free-də satılmağından asılıdır.
Duty Free mağazalarından nə almaq olar?
- Spirtli içkilər və tütün məmulatları – Heç kimə sirr deyil ki, spirtli içkilər və tütün məmulatları ən yüksək vergilərə cəlb olunur. Belə ki, bunları Duty Free-dən əldə edərək 2-3 dəfə qənaət etmək olar. Eyni zamanda qiymətlər istehsalçı ölkəyə aid mağazalarda bir neçə dəfə aşağı olur. Duty Free-dən tütün məmulatları alarkən siz onların yüksək keyfiyyətində əmin ola bilərsiniz.
- Kosmetik vasitələr və ətriyyat – Duty Free-dən ətriyyat almaq xüsusilə əlverişlidir. Üstəlik burada siz, səyahət üçün nəzərdə tutulan ətriyyat və kosmetik vasitələrindən yığılmış xüsusi dəstlər də əldə edə bilərsiniz.
- Zərgərlik məmulatları – Duty Free-dən zinət əşyaları alarkən təxminən 15% qənaət etmək mümkündür. Bu birbaşa olaraq istehsalçı ölkədən, dizayn və istehsalçının özündən asılıdır. Təcrübə göstərir ki, zərgərlik əşyalarını daha çox Yaxın Şərq ölkələrinin Duty Free-dən almaq sərfəlidir.
- Hədiyyələr – Əksər turistlər Duty Free-dən suvenirlərin alınmasını – mənasız xərc hesab edir, çünki burada onlar çox baha başa gəlir.
Duty Free mağazalarında olan məhdudiyyətlər
Rüsumsuz ticarət mağazasına düşdükdə, buranın öz məhdudiyyətləri və qaydalarının olmasını unutmayın. Bundan başqa Duty Free-dən mal alarkən müəyyən ölkənin gömrük qaydalarını da nəzərə almaq lazımdır.
Alış-veriş məbləği
Alış-veriş məbləğinə olan məhdudiyyət heç də bütün Duty Free-də yoxdur, amma yüksək məbləğ xərcləməmişdən əvvəl yaxşı olar ki, mağazanın əməkdaşları ilə məsləhətləşəsiniz. Məsələn, ABŞ-da bir nəfərə yalnız 400 ABŞ dolları xərcləməyə icazə verilir. Əgər aldığınız malların dəyəri çox olarsa, bu zaman ödənişi vergilər nəzərə alınmaqla etməli olacaqsınız.
Alınmış malların sayı
Bir çox Duty Free-də bir alıcı eyni maldan 10 ədəddən çox ala bilməz. Məsələn, Türkiyədə olan Duty Free-də yalnız səkkiz litrə qədər viski çıxarılmasına icazə verilib.