Ekzotik ölkələrə viza almağın hiylələri

Təəccüblüdür ki, ABŞ və Böyük Britaniya heç də ən çətin viza verən ölkələr deyil. Ekspertlərin fikrincə Butana getmək daha çətindir. Oraya Butan turoperatorunun və aviaşirkətlərinin xidmətlərindən istifadə edərək düşmək olar.

Pakistanda da oxşar sxemdir. Orada da sizdən yerli turfirmanın dəvəti tələb olunacaq. Səudiyyə Ərəbistanına getmək üçün vizanın qiymətini də yerli turoperatorlar vasitəsilə ödəmək lazımdır.

Bütün ölkələrə viza almaq üçün ümumi məsləhətlər

  1. Vizanı səfirlikdə almaq ucuz başa gəlir.

Vizanı səfirlikdən alsanız, məsələn, Almaniyada sizə 35 avroya, viza mərkəzində isə 55 avroya başa gələcək. Agentliklərə müraciət etsəniz onda vizanın qiyməti 65 avrodan 115 avroya kimi və daha çox olacaq.

Ekspertlər vizanı özünüz müstəqil şəkildə almağı məsləhət görür. Agentlər də insandır və anketin doldurulması və lazımi sənədlərin yığılması zamanı səhv buraxırlar. Özü də lap yaxınlardan etibarən Şengen vizası üçün barmaq izi vermək lazımdır. Yəni istənilən halda viza mərkəzinə getmək lazım gələcək.

  1. Saxta sənədlərdən istifadə etməyin.

Viza alan zaman əsl sənədləri toplayın. Əks halda Böyük Britaniya kimi ölkələrdə bu, acınacaqlı vəziyyətlə nəticələnəcək.

Öz sənədlərinizə səhlənkar yanaşsanız 10 ilə qədər karantin alacaqsınız və vizanız rədd ediləcək. Saxta bank hesabı misal ola bilər.

  1. Alçaq vasitəçilərdən ehtiyatlı olun.

Bazarda korrupsiya sxemindən istifadə edərək 5 il və daha çox müddətdə viza almağa kömək edən vasitəçilər var.

Belə xidmətlərin qiyməti çox vaxt bir neçə min dollar olur. Bu, ətrafında çoxlu fırıldaqçılıq olan sistemdir. Ona görə də burada diqqətli olmaq lazımdır və kimə müraciət etdiyinizi anlamalısınız.