Elektron aviabilet nədir?

Saytımızda axtarış edib, aldığınız aviabiletlər, elektron aviabilet və ya digər adı ilə e-ticket adlanırlar. Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yükün daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir.

Bundan başqa bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqviminizə əlavə edir və uçuşa bir neçə müddət qalmış sizi xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.

Aybilet.az, dünyanın 728 avia şirkət, 5 bronlama sistemi və 40 agentlikdən ən ucuz aviabiletləri axtararaq, sizə təklif edir. Bileti isə hansı şirkətdən alacağınıza özünüz qərar verirsiniz.