Fərqli-fərqli ölkələrdə Yeni ili necə qeyd edirlər?

Yeni il

Finlandiya

Finlərin əsas qış bayramı 25 dekabrda qeyd etdikləri Milad hesab olunur. Yeni il gecəsi Şaxta Babanın vətənində fala baxırlar. Mistik güclərə müraciət bayramdan sonra həyata keçirilir. Gələcəyə mumun köməkliyi ilə baxılır. Sual verilir, sonra ərimiş şam suya damızdırılır və sonra əmələ gəlmiş şəkil təhlil edilir. Hər fin üçün çoxlu yemək və qızışdırıcı içkilərlə təşkil olunmuş kef məclisi də müqəddəs işdir. İçkilərin arasında gavalı və şirin çəltik xəşili mütləq olmalıdır. Fin Şaxta Babası Youlupukki adlanır, tərcümədə “Milad keçisi” deməkdir. Ad təhqiredici olsa da Şaxta Babanın keçiyə qoşulan kiçik arabasında hədiyyələrlə hərəkət etdiyini bildirir. Youlupukki xeyirxahdır, bütün arzuları yerinə yetirir, əsas odur ki, yüksək səslə tələb etməyəsən. Fin Şaxta Babasının çox yaxşı eşitmə qabiliyyəti var, o, pıçıltını da eşidə bilir. Qışqırsanız arzunuzu pis ruhlar eşidə bilər və onun yerinə yetirməsinə heç kim zəmanət verməz.

Şotlandiya

Yeni il bayramı Şotlandiyada Xoqmani adlanır və bu əsl atəşli karnavaldır. Adətə görə gecə 1 yanvara keçən ərəfədə dinc əhali çəlləkləri qatranla yandırıb küçələrdə diyirlədirlər. Belə etməklə Köhnə ili yandırıb Yeni ili qarşılayırlar. Yanan çəlləyin mənasını açıqlayan 2 əfsanə var. Birinci bütpərəst inanclara əsaslanır, yanar çəlləklər günəşi bildirir. Şotlandlar onları dənizə atmaqla dəniz canlılarına işıq və istiliyin bir hissəsini verirlər ki, su aləminin xeyirxahlığından pay alsınlar. Digər inanca görə isə alov pis ruhlardan və demonlardan təmizləyir. Aktiv vaxt keçirmə kef məclisi tələb edir. Şotlandların mətbəxində qədim dövrlərdən ənənəvi yeməklər var: yeni ildə səhər yeməyinə yulaf kökələri, pudinq və xüsusi pendir növü kebben, nahara və axşam yeməyinə suda bişmiş qaz və ya bifşteks, piroq verirlər.

İspaniya

Qədim ispan adətinə görə yeni il gecəsi hər kəs uğur üçün yerli saatın hər zərbəsi ilə 12 ədəd üzüm giləsi yeməlidir. 12 ədədi ilin 12 ayını bildirir, üzüm isə yerli fermerlərin hiyləgər marketinq gedişidir. Onlar 1908-ci ildən bu adətə görə pul qazanırlar. Yerli mağazalarda bayram ərəfəsində içərisində dərisiz və tumsuz 12 ədəd üzüm giləsi olan hazır bankalar satılır. Beləliklə, ispanlar yeni ilə dolu ağızla girirlər. Bu adətlə yeni tanış olanlara məsləhət: kiçik üzüm gilələrini seçin ki, qəflətən boğulmayasınız. Digər yerli adət bayramda qırmızı alt paltarı geyməkdir. Özü də bu, həm qadınlara, həm də kişilərə aiddir. Qırmızı rəngin maliyyə cəhətdən uğur gətirməyi hesab edilir. Sevgililər bayram ərəfəsində bu detallarla intim qarderoblarını dəyişirlər.

Vyetnam

Cənub-Şərqi Asiya ölkələrində, xüsusilə Vyetnamda yeni ili 21 yanvar və 19 fevral arasında qarşılayırlar. Vyetnamda bayramın əsas atributu yaxşıca bəzədilmiş dırmıqlardır. Belə hesab edilir ki, onlar nə qədər enli və zəngin olsalar o qədər xoşbəxtlik və bərəkət yığmaq olar. Vyetnam Şaxta Babası Tao Kuen personajıdır. Onu ailə ocağının ruhu adlandırırlar. Dilək tutmaq çox asandır. Yeni il gecəsi sazan balığına öz arzunuzu pıçıldayıb yaxınlıqdakı su hövzəsinə buraxmaq kifayətdir. Sonra isə azad sazan balığı səyahətə çıxır və həqq-təalaya arzunu çatdırır. Yeni ilin qarşılanması üçün daha bir ənənə qırmızı kağızda qara mürəkkəblə yazılmış xoşbəxtlik, çiçəklənmə və uzun ömürlük arzularıdır. Kağızlar növbəti il gələnədək 12 ay evin divarında qalır.

İtaliya

Bəzi digər ölkələrdə olduğu kimi İtaliyada da hesab edirlər ki, Yeni ili köhnə şeyləri atmaqla qeyd etmək lazımdır. Ona görə də italyanlar 31 dekabrda əvəzini yeni və lazımlı əşyaların tutacağı ümidi ilə pəncərədən lazımsız, köhnə və bezdirici əşyaları atmaqla hələ də orta əsrlər ənənəsini davam etdirirlər. İtalyanların yeni il qayğıları 1 yanvarda da davam edir. İlk növbədə evə birinci mənbəyindən su gətirmək lazımdır. Təmiz axarlı suyun xoşbəxtlik gətirəcəyi hesab olunur. İkincisi, səhər küçəyə çıxarkən ətrafa diqqətlə baxmaq lazımdır. Təkcə kiminsə pəncərəsindən atılmış zir-zibilə basmamaq üçün yox, həm də ilk gördüyünüz insanın yaxşı adam olsun. Monax və ya uşaq görmək o qədər də yaxşı əlamət deyil, qozbel qoca isə uğur gətirir. Uşaqlara və böyüklərə hədiyyəni Şaxta Baba deyil yaşlı qadın Feya Befana gətirir. O, sehrli süpürgəyə uçub gəlir, qapıları qızıl açarla açır və məxsusi olaraq kaminin yanında asılmış uşaq corablarını hədiyyələrlə doldurur.

Peru və Ekvador

And dağları ölkələrinin sakinləri Yeni ili mistik ruhla qarşılayırlar. Köhnə ilin son həftəsində iri şəhərlərdə yarmarkalar keçirilir. Yarmarkaların məqsədi alış-veriş deyil, müxtəlif mərasimlərin keçirilməsi, şamanlarla görüş və arzu tutmaqdır. Pivə və yumurta sarıları ilə dilək tutmaq ən geniş yayılmış təcrübədir. Yumurta sındırılıb köpüklü içki ilə birlikdə stəkana tökülür və falçı əmələ gəlmiş şəkilə görə gələcəyi oxuyur. Həmçinin Peru və Ekvadorda yeni il ərəfəsində uğur cəlb etmək üçün müxtəlif mərasimlər də keçirilir. Bu məqsədlə adətən gənc cazibədar qadın seçilir, bəzədilir və meyvələrlə bəzədilir. Məhz o, bərəkət və maliyyə cəhətdən əmin-amalığı xarakterizə edir. Mərasimin qəhrəmanı olmaq istəməyənlər yenə də var-dövlət arzulayırsa sadəcə üzərində sarı rəngin bütün çalarları olan paltar geyə bilər. Bu rəng müxtəlif xoşbəxtliklərin cəlb edilməsi üçün əsl maqnit hesab edilir.

Yaponiya

Yaponiyada bəzi Yeni il ənənələri digər ölkələrdəkinə oxşayır. Məsələn, Gundoğan ölkədə də bayramı yeni paltarda qeyd edirlər, bu, sağlamlıq və uğur vəd edir. Onların öz müqəddəs ağacları da var. Yolka rolunu Yaponiyada motiban ağacı oynayır. Şam ağacının budaqları ilə isə giriş qapısını bəzəyirlər. Ciddi insanlar əsas ənənəyə də riayət edirlər. Ailəyə xoşbəxtlik gətirən allahın rəğbətini qazanmaq üçün evlərinin önündə 3 bambuk budağının solo oxuduğu dekorativ kompozisiya – kadomatsu düzəldirlər. Daha varlı yaponlar cırtdan şam ağacı, bambuk qələmi və kiçik gavalı və ya şaftalı ağacı alırlar. Yeni il yeməkləri isə bizim yeməklərdən çox fərqlənir. Yaponiyada yeni il masasına “Paytaxt salatı”nın əvəzinə ilk növbədə əriştə, çəltik, sazan balığı və lobya qoyulur. Bunlar uzun ömürlülüyün, bərəkətin, gücün və sağlamlığın simvollarıdır. Yaponların öz saatları da var. Yeni ilin gəlişi 108 zəng zərbəsi ilə bildirilir. İnanclara görə zəng səsi insanın qüsurlarını aradan qaldırır, deməli onu eşidənlər yeni ildə bir az da yaxşı olacaqlar.