Florensiyada büdcəyə necə qənaət etmək olar?

Florensiyada büdcəyə necə qənaət etmək olar

Həm şəhərin gəzib-görməli yerlərinin zəruri planını qurmaq və zövq almaq,  həm də necə qənaət edə biləcəyimizi aydınlaşdıraq.

 Qış dövrünü seçin

Noyabr ayında orta temperatur +10 dərəcə olur, dekabrdan fevrala kimi +6-7 dərəcəyə düşür. Külək demək olar ki, olmur, bəzən yağış yağır.

Turistlərin sayı  az, yaşayış yerlərinin və aviabiletlərin qiymətləri isə ucuz olur. Bundan əlavə əsas muzeylərə giriş biletlərinə xüsusi endirimlər də tətbiq olunur. Noyabrın 1-dən 28 fevrala  kimi Uffizi, Palazzo Pitti və ya Boboli Gardens səfərləri  1 martdan 31 oktyabra kimi olan müddətlə müqayisədə 30-40% daha ucuz olur.

Aviabiletləri Pisaya qədər alın

Pisa aeroportu “Qalileo Qaliley”-dən  Florensiyaya qədər yol təxmini 70 dəqiqədir.

Bu məsafəni qət etmək üçün ən ucuz aviabiletləri saytımızda axtarın. Əgər bileti onlayn şəkildə alsanız, təkcə gediş üçün cəmi 4.99 avro ödəməli olacaqsınız. Biletləri çap etmək lazımdır.

Yerlilər üçün qida

  • Girişdə hostes olmur
  • giriş tərəfdə yalnız günün yeməkləri və içkilər yox,  tam menyu qeyd olunur
  • yerli restoranlar nahar üçün 12:00-dan 14:30-a kimi, şam yeməyi üçün isə 19:00-dan 22:00-a açıq olurlar, digər vaxtlarda isə fəaliyyət göstərmirlər.
  • nahar və şam yeməyi zamanı restoranlarda boş yerlər az olur və yaxud da heç olmur.

Bu xirdalıqlara vaxt ayırmağa vaxtınız yoxdursa, aşağıda qeyd olan bir neçə yerə nəzər yetirə bilərsiz.

  • Trattoria La Casalinga
    Via dei Michelozzi, 9/R
    Orta hesab — 40 avro
  • Trattoria Lo Stracotto
    Piazza di Madonna degli Aldobrandini, 17
    Orta hesab — 50 avro
  • Trattoria Za Za
    Piazza del Mercato Centrale, 26r
    Orta hesab — 45 avro

Əvvəlcədən rezervasiya etməyi unutmayın

Şəhərin mərkəzində yerləşən Mercato Centrale-da qidalana bilərsiz. Bura onlarla qastronomik mağazalar, kafelər, restoranlar, pizza və fastfood məkanları daxildir. İkinci mərtəbə böyük bir yeməkxana kimi görünür. Florensiya steykin dadına mütləq baxın. Orta qiyməti – 1 kq-40 avrodur.

Məhsulları supermarketlərdən alın

Əgər qida üçün büdcəyə məhdudiyyət qoymusunuzsa, çıxış yolu mətbəxi olan mənzillər seçməkdir. Belə ki, 1 nəfərlik qidalanmaya 10-13 avro sərf edə bilərsiz.

Məsələn:

  • təzə reyhan(1 dəstə) — 1 avro
  • xırtıldayan baget (200 qr) — 1 avro
  • müxtəlif italyan kolbasaları və əti (150 qr) — 3,89 avro
  • «Pesto» sousu — 1,70 avro
  • albalı pomidorları (500 qr) — 2,79 avro
  • mozarella pendiri (200 qr) — 2,25 avro

Yekun: 12,63 €.

Florensiyadakı tövsiyyə olunan  supermarketlərin siyahısını Airbnb-dan əldə edə bilərsiz, yaxınlıqda olan mağazaları isə paginegialle.it xidmətinin köməyi ilə tapa bilərsiz.

Firenze Card -ı əldə edin

Florensiyaya ziyarətinizin əsas məqsədi muzeylərdirsə, Florensiya kartını- Firenze Card- almağı tövsiyyə edirik. Qiyməti 85 avrodur və 72 saat etibarlıdır.  Kart  gün ərzində ən azı 2 muzey ziyarət olunarsa alınır, lakin siz öz gücünüzü real olaraq qiymətləndirin. Məsələn, Uffizi və ya Akademiya Qalereyasına hətta bir gün belə kifayət eləmir.

Firenze Card 76 muzey üçün keçərlidir, tam siyahını və adresləri rəsmi saytdan əldə etmək mümkündür. Bu kart ilə nəqliyyat vasitələrindən ödənişsiz istifadə etmək olmur. Bunun üçün əlavə 7 avro ödəniş etmək lazımdı.