İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq. Sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək.
Səyahət sığortası almaq üçün klikləyin:
Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq.
Gürcüstana səfər edəcək Azərbaycan vətəndaşları da sığorta şirkətlərindən səfər sığortası almalıdırlar. Qiymət səfərin müddətindən asılıdır. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.
@aybilet.az Gürcüstana səyahət sığortası #aviabilet #bilet #aybilet #sığorta #insu#georgia
♬ original sound – Aviabiletlər üçün AyBilet.az
Əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən də əlavə səfər sığortası ala bilər.