Gürcüstanın paytaxtı qədim Tbilisi şəhəri

Sülh körpüsü

Son zamanlar azərbaycanlıların üz tutduğu şəhərlərindən biri də, Tbilisidir. Gürcüstanın paytaxtı olan bu şəhər sevinc dolu və qonaqpərvərdir. Tbilisi Kür çayının sahilində, Avropa və Asiya arasında olan əsas ticarət yollarının kəsişməsində yerləşir. Şəhər öz adını “tbili” (gürcü dilində “isti”) adlanan isti kükürd mənbələri sayəsində alıb.

Bura gələn hər kəs istər-istəməz qədim tarixin ruhunu hiss edə bilir. Hələ 5-ci əsrdən etibarən Tbilisi dəfələrlə basqınlara, yanğınlara və dağınıqlara məruz qalsa da, hər dəfə yenidən həyata qayıdıb. Bu gün şəhər öz unikal mədəniyyətini qoruyub saxlamaqla sürətlə inkişaf etməkdə davam edir.

Bakı – Tbilisi ən ucuz aviabiletlər

UÇUŞ TARİXİDayanmaQİYMƏTİ
16 Aralık 2025Doğrudan96
17 Aralık 2025Doğrudan97
18 Aralık 2025Doğrudan106
24 Aralık 2025Doğrudan113
14 Aralık 2025Doğrudan114
13 Aralık 2025Doğrudan114
10 Aralık 2025Doğrudan115
8 Aralık 2025Doğrudan116
11 Aralık 2025Doğrudan117
21 Aralık 2025Doğrudan117
22 Aralık 2025Doğrudan117
12 Aralık 2025Doğrudan117
9 Aralık 2025Doğrudan117
15 Aralık 2025Doğrudan117
23 Aralık 2025Doğrudan118
20 Aralık 2025Doğrudan118
19 Aralık 2025Doğrudan118
7 Aralık 2025Doğrudan136
6 Aralık 2025Doğrudan137
26 Aralık 2025Doğrudan179
25 Aralık 2025Doğrudan180
27 Aralık 2025Doğrudan197
31 Aralık 2025Doğrudan220
28 Aralık 2025Doğrudan220
29 Aralık 2025Doğrudan242
30 Aralık 2025Doğrudan303

Müasir Tbilisi Gürcüstanın iqtisadi, siyasi və sənaye mərkəzidir. Şəhərin siması əzəmətli qədim məscidlərdən və yarımdağılmış qalalardan, zərif eyvanları ilə kolorit və köhnə məhlələrdən, sovet tikililərdən və son dərəcə müasir biznes mərkəzlərindən ibarətdir. Səyyahlar bura gözəl təbiətdən zövq almaq , qədim şəhərdə gəzmək, yerli sakinlər ilə tanış olmaq, dadlı mətbəx nümunələrini dadmaq, bir sözlə, istirahətdən unudulmaz emosiyalar almaq üçün gəlirlər.

Şəhərin ən maraqlı yerlərindən bir neçəsi barədə məlumat aşağıda təqdim edilir:

  1. Köhnə şəhər

Tbilisini ilk olaraq Köhnə şəhərdən kəşf etməyə başlamaq lazımdır. Burada piyada gəzintilər üçün bütün imkanlar mövcuddur. Köhnə şəhərdə hələ də unikal Tiflis tikililərinin nümunələrini tapmaq olar. Şəhərin bu hissəsində olan hər bir bina tarixi və mədəni abidə hesab edilir və burada olan bütün binaların öz tarixi var.

  1. Kükürdlü hamamlar

Narınqalanın ətəyində Abanotubani rayonu yerləşir ki, bura məşhur Tiflis hamamları kompleksidir. Qədim hamamlar çox böyük ərazini əhatə edir. Hamamlar hidrogen sulfidli olduğu üçün, adətən bu ərazidə özünəməxsus qoxu olur. Burada istirahət və müalicə üçün bütün mümkün variantlar var: ümumi yuyunma zalları, sauna, hovuz, masaj və həkim xidmətləri.

  1. Kanat yolu

Şəhərə açılan gözəl mənzərə seyr etmək üçün kanat yolu ilə Mtatsminda adlanan dağın başına qalxmaq lazımdır. Kanat yolu vasitəsi ilə siz iki dəqiqə ərzində köhnə şəhərin üzərindən keçərək yaddaşınızda uzun müddət qalacaq çox gözəl mənzərəyə şahid olacaqsınız. Burada siz yerli musiqiçilərin ifasını dinləyə, müxtəlif kafelərdə istirahət edə, yaxınlarınıza hədiyyələr ala və ya sadəcə gəzişərək anı yaşaya bilərsiniz.

  1. Sülh körpüsü
Sülh körpüsü

Sülh körpüsü – 2010-ci ildə inşa edilən Tbilisinin müasir memarlıq abidələrindən biri hesab edilir. Müasir üslubda tikilmiş körpünün üzərindən nəinki köhnə şəhər, həm də müasir arxitekturaya gözəl mənzərə açılır. Körpü həm də Tbilisinin yeni rayonları ilə şəhərin köhnə hissəsini birləşdirir.

  1. Rustaveli prospekti

Şəhərin əsas müasir arteriyası – hər iki tərəfindən çinarlar düzülən Rustaveli prospektidir. Turistlər ən yaxşı restoranlar, maraqlı muzeylər, teatrlar, dəbdəbəli butiklər və suvenir mağazalarının axtarışı üçün məhz bura gəlirlər. Burada həmçinin Parlament binası, Milli muzey və Şota Rustaveli adına Dövlət akademik teatrı yerləşir. Rustaveli prospekti eyniadlı abidədən başlayır və Azadlıq Meydanında başa çatır. Ağaclarla haşiyələnmiş propekt avropa prospektlərindən heç nəylə geri qalmır və burada gəzmək sizə böyük zövq verəcək.

Tbilisidə ən ucuz otellər