Hacıqabul

Arayış

Bakıdan 115 km məsafədədir. 1939 – 59 – cu illərdə Qazıməmməd adı ilə mövcud olan rayon 1990-cı ildən Hacıqabul adlanır. Kür – Araz düzənliyinin bir hissəsini əhatə edir. İqlimi quru və istidir. Ərazidəki Hacıqabul gölü Kür çayının daşıb, Xəzərin də çəkilməsiylə meydana gəlib. Göl ətrafında qamışlıq bitkiləri müşahidə edilir. Ətrafı dayaz sulu çaylar və kiçik nohurlarla əhatələnib və buralar köçəri quşların məskənidir.

Haram dağı

Rayonun şimal – qərbində yerləşir. Dağda üzərində petroqliflər olan siklop tikililər aşkar edilib. İnsan və fantastik heyvan təsvirlərinin eneolit və tunc dövrünə aid olduğu ehtimal edilir.

Toponim

Yerlilər rayona “Ağcaqabul” da deyirlər. Hacılar və Şah Abbasla bağlı maraqlı hekayətləri var buranın. Toponimin mənası “Allah sənin həcc ziyarətini qəbul etsin” deməkdir. Sözün yaranması Məkkə və Mədinəyə gedənlərin burada dincəlmək üçün düşərgə salması ilə əlaqədardır.

Hacıqabulun tarixi

Rayonun tarixi IX əsrdən başlanır. XV əsrdə Şah Abbas indiki rayonun yerləşdiyi ərazidə eyni adlı gölün sahilində karvansaray tikdirib. Şirvanşahlar hakimiyyətində burada Mahmudabad şəhəri salınıb. Böyük İpək Yolu buradan keçib. Fars körfəzinə doğru yol alan karvanlar buradan gedib.

Sarı xalça

Şirvan xalça məktəbinin məşhur nümunəsidir. Hələ də Sarı xalçaları toxuya bilən nənələr yaşayır ki, onlar da bu sənəti yaşatmağa davam edirlər.

Turizm

Müxtəlif kəndlərdə, müxtəlif əsrlərə aid abidələrin oldugu tarixi yerlərə daxili turist marşrutları Hacıqabul – Qubalı Baloğlan, Hacıqabul – Udulu istiqamətlərində gerçəkləşdirilir.