Hansı mövsümdə hansı ölkə?

Rahatlıqla səyahət etməyi sevirsinizsə, ən başlıcası uyğun mövsüm seçməkdir. Bu isə havanın planlarınızı həyata keçirməyə imkan verəcəyi deməkdir.

Yay aylarında Skandinaviya, Baltikyanı ölkələr və Böyük Britaniyaya səyahət etmək daha məqsədəuyğundur. Amsterdam, Lüksemburq,Brüssel, London kimi şəhərlər aydın səması ilə və qızmar günəşin olmaması ilə tətilinizi unudulmaz edəcək. Tallin, Belçika, Hollandiya, Fransanın şimalı yay aylarında havanın təmiz, bir qədər tutqun, bir qədər də günəşli olması ilə göz oxşayır. Yay, küləyin isti ilə barışdığı Atlantik sahilləri istisna olmaqla, Avropanın cənub ölkələrinə gəzinti üçün ən yaxşı seçim deyil.

Payız ayları gəzmək, üzüm bağlarına getmək, məhsul yığımına baxmaq, qırmızı yarpaqlara heyran olmaq üçün ən yaxşı vaxtdır. Həm dənizdə, həm də meqapolislərdə tətil üçün idealdır. Payız aylarında əla seçim tətil edənlərin izdihamının azaldığı və tətil qiymətlərinin düşdüyü Cənubi Avropadır. Florensiya, Neapol, Barselona, Madrid, Valensiya – payızda onlar hələ çox rütubətli deyil, amma istidir. Bu şəhərlərdə olan xeyli sayda dükan və restoran, həmçinin muzey və teatrlara ekskursiya seçimi pis hava şəraitində belə darıxmağınıza imkan verməyəcək.

Qış Avropaya səfərlərdən imtina etmək üçün bir səbəb deyildir. Yalnız düzgün istiqaməti seçmək lazımdır. Qışın əvvəlində havanın qaralacağını unutmaq olmaz. Məsələn, dekabr ayında Kopenhagendə günortadan dərhal sonra alatoran başlayır. Qışda Milad əhval-ruhiyyəsi üçün Avropaya səyahət etmək üçün ən uyğun zamandır. Möhtəşəm Milad bazarları o dövrdə Vyana və Münhen, Stokholm və Riqada, Nürnberq və Budapeştdə və bir çox başqa şəhərlərdə işləyir. Cənubi İtaliya, İspaniyanın Aralıq dənizi sahilləri, Portuqaliya qışda inanılmaz dərəcədə gözəldir: turistlər azdır, günəş isidir, dəniz pıçıldayır. Vyana, Paris, Brüssel, Berlin, Amsterdam şəhərlərdə qeyri-sabit hava şəraiti olmasına baxmayaraq, qış ən yaxşı şəkildə qarşılanır.

Yaz ayları Avropada olan hava şəraiti rahat şəkildə küçələrdə və görməli yerlərdə gəzmək üçün ən uyğun vaxtdır. Avropada musiqi festivalları, Pasxa bayramı məhz bu mövsümə təsadüf edir. Bu zaman Avropada teatr mövsümü, muzeylər, sərgilərdən zövq almaq imkanı var. Təbiət qışdan oyanmağa başlayır. Yaz aylarında demək olar ki, istənilən istiqamətdə səyahət etmək uğurlu olar. Mayorka və Siciliyada istirahət etməklə səhər saatlarınızı hovuzda, günortadan sonra isə görməli yerləri gəzərək istirahətinizi birləşdirə bilərsiniz.