Aybilet.az logo
Hava limanı

Hava limanında baqajınız itərsə nə etmək lazımdır?

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

2019-cu ilin  iyun ayın əvvəlində sərnişinlərin çoxu “Şermetyevo” hava limanında yüklərini itiriblər. İndiyə kimi itmiş çamadanları tapılmayan bəzi sərnişinlər isə avişirkətlərdən kompensasiya almağı planlayırlar.

Biz yükün itdiyi zaman lazım olan təlimatları tərtib etmək qərararına gəldik.

1-ci addım: Hava limanında Lost and Found məntəqəsini tapmaq.

Bəzən sərnişin hava limanına son anda gəldikdə yük sadəcə gec təhvil verilir. Onun çamadanı bir sonrakı reys ilə göndərilə bilər və bu halda itirilmiş yük bir neçə saat ərzində tapılır. Əgər çamadan başqa hava limanına göndərilibsə onun axtarışı 2-3 gün çəkə bilər. Hər bir halda yükün itməyi barəsində Lost and Found məntəqəsinə müraciət etmək lazımdır.  Adətən bu məntəqə buraxılış lentinin yaxınlığında yerləşir. “Şermetyevo” havalimanında Lost and Found uçuşdan gələnlərin qəbulu zalında yerləşir.

Kiçik havalimanlarında bu məntəqə olmaya bilər. Bu vəziyyətdə hava yolları nümayəndəsinə və ya hava limanının administrasiyasına müraciət edin.

2-ci addım: Xüsusi blankı doldurmaq

Xüsusi blankda  Property Irregularity Report (pir) aktını ingilis dilində çap hərflərlə doldurmaq lazımdır. Bu akt beynəlxalq yük axtarış sistemində istifadə olunur və bir neçə nüsxədən ibarət olur: 2-4. Adətən hava limanı işçiləri özləri bu aktı doldurular. Lazım olan məlumatlar aşağıdakılardır:

  • Yükün göndərilmə yerində ümumi miqdarı və çəkisi — Total Pieces/ Weight Checked Baggage in Ticket;
  • Yükün çəkisi və hissələri— Pieces/ Weight Missing Baggage;
  • aviabiletin nömrəsi— Ticket №;
  • soyadı— NM;
  • sərnişinin adı— IT;
  • itirilmiş baqajın etiket nömrəsi — TN;
  • yükün növü, rəngi, kilidlərin və təkərlərin mövcudluğu— TC;
  • sərnişinin uçuş yerindən təyin olmuş yerə kimi marşrutu— RT;
  • marşruta əsasən reys nömrələri— FD;
  • çamadanının və ya çantanın ticarət nişanı, fərqləndirici xüsusiyyətləri— BI;
  • yükün tərkibi, fərqləndirici əşyalar— CN;
  • yükün çatacağı şəhər— FI;
  • sərnişinin telefon nömrəsi və ünvanı.

Aktı doldurduqdan sonra havalimanı işçiləri surətini registrasiya nömrəsi ilə sizə verməlidilər.  Aviaşirkətlərə narazılığınızı bildirmək istəyəndə surəti lazım olacaqdır.

3-cü addım: axtarış nəticələrini gözləmək

Nəticələr aşağıdakı kimi ola bilər:

  • yük 2 gün ərzində tapılır, salamatdı.
  • yük 21 gün ərzində tapılır, zədələnib.
  • yük tapılmır, itib.

21 gün ərzində yük tapılarsa aviaşirkət onu sahibinin ünvanına çatdırmalıdır. Bəzən yük tapıldıqda sərnişin özü yükün dalınca hava limanına getməli olur. 3 həftə keçdikdə isə itirilmiş sayılır.

Hər bir halda sizin aviaşirkətdən kompensasiya almaq hüququnuz var. Əgər siz tətilə gəlmisinizsə və sizin yükünüz itibsə, aviaşirkət  mövsümə uyğun tələb olunan əşyaların dəyərini ödəməlidir. Belə hallarda kompensasiya şərtlərini aviaşirkətin rəsmi saytında oxumalı və ya aeroportdakı nümayəndənizlə əlaqə saxlamalısınız.

Məsələn, Türk Hava Yolları saytında deyilir ki, baqaj gecikdirildiyi təqdirdə, aviaşirkət ilk zəruri əşyaları təqdim etməyə və gözlənilməz xərcləri kompensasiya etməyə hazırdı.  Kompensasiya almaq üçün mağazalardan qəbzləri saxlamağı unutmayın.

Beynəlxalq nəqliyyat zamanı Rusiya Federasiyası Hava Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq yükün alındığı andan sərnişin 21 gün ərzində kompensasiya tələbi təqdim etməlidir.

Yük 21 gün ərzində tapılarsa, lakin zədələnibsə, həmçinin şikayətizi bildirə bilərsiniz. Şikayət Beynəlxalq daşımalar zamanı yükün alındığı gündən 7 gün müddətində edilməlidir.

Yük 21 gün ərzində tapılmasa, itmiş hesab olunur və aviaşirkət sərnişinə konpensasiya ödəməyə borcludur. Bundan əlavə sərnişin maddi ziyana görə kompensasiya tələb etmək hüququna malikdir. Beynəlxalq nəqliyyat zamanı belə bir şikayət təyinat yerinə gəldiyi gündən 18 ay ərzində verilə bilər.

Şikayət ərizəsi yazılı şəkildə olmalıdır və bütün müvafiq sənədlər təqdim edilməlidir. Sizə lazım olan sənədlər:

  • təyyarə talonu və ya çap olunmuş aviabilet
  • yükün qəbzi, əgər daşıma haqqı bilet qiymətinə daxil deyilsə
  • yük etiketinin talonu;
  • alış müddəti qeyd olunmaq şərti ilə yükün tərkibi haqqında məlumat
  • xüsusi səyahət üçün aldığınız yeni əşyaların qəbzləri
  • doldurulmuş Property Irregularity Report (pir) aktı
  • pasportun sürəti
  • bank rekvizitləri.

Etiraz məktubu sərbəst formada yazmaq olar, lakin mütləq qeyd olunmalı məlumat bunlardır: ad, soyad, ata adı, ərizəçinin ünvanı, aviaşirkətin adı, hadisənin şərtləri, aviaşirkətə qarşı tələblər, etirazın məbləği, ərizəçinin bank rekvizitləri.

Etiraz məktubu hazır olduqdan sonra aviaşirkətin ofisinə aparın və ya göndərin. Etiraz 30 gün ərzində baxılmalıdır. Əks halda məhkəməyə vermək hüququnua maliksiniz.

Rusiyada 2017-ci ilin Avqustunda qüvvəyə minən Monreal Konvensiyasına görə, zədələnmiş və ya itirilmiş baqaj üçün ödənilən maksimum məbləğ 78 000 təşkil edir. Amma praktikada aviaşirkətlər hər kiloqram yük üçün orta hesabla 20 dollar kompensasiya edirlər. Məlum olub ki, standart 23 kq baqaj üçün cari qiymətlə təxminən 29 000 ₽ əldə edə bilərsiniz.

Yükün itməməsi üçün hansı tədbirləri görmək olar?  

  1. Yükünüzün sizinlə eyni reys ilə göndərilməsi üçün, hava limanına əvvəlcədən gəlin.
  2. Çamadan üzərindəki köhnə etiketləri saxlamayın, onlar hava limanı əməkdaşlarını çaşdıra bilərlər.
  3. Çamadan üçün fərqləndirici işarə qoyun: məsələn adınız və familiyanız qeyd olunmuş etiket, və yaxud xüsusi tikilmiş bir parça
  4. Keçid etdiyiniz reyslərdə xüsusi diqqətli olun: bəzən yükü yolun yarısında yenidən alıb və təhvil vermək lazım gələ bilər. Bu haqda qeydiyyat məntəqələrində dəqiqləşdirə bilərsiniz.
  5. Yükün saxlanması və ya itirilməsi zaman konpensasiyaya zəmanət verən sığorta alın.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT