Hava limanında etiket qaydaları

Təyyarələr dünyanın bir hissəsindən digərinə səyahət vaxtını xeyli azaldır. Təyyarə ilə uçaraq biz istər-istəməz hava limanlarında kifayət qədər uzun müddət keçirmək məcburiyyətində oluruq. Bu zaman da hava limanında davranış qaydaları diqqət etmək lazım gəlir.

Hava limanına uçuşdan 2-3 saat əvvəl gəlmək lazımdır. Bu, baqajın və əl yüklərinin baxışı, uzun qeydiyyat və gömrük nəzarəti proseduru ilə bağlıdır.

Əgər sərhəd xidmətinin əməkdaşları sizin baqajınızı həddən artıq detallı yoxlasalar belə, onlarla kobud rəftar etməyin. Unutmayın ki, bu onların işi və sayıqlığıdır ki, terror təhlükəsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin edirlər. Yoxlamalara hörmətlə və səbirli yanaşın.

Bilmək vacibdir ki, əl yükündə maye və metal əşyalar daşımaq qadağandır. Bunun üçün duru təmizlik vasitələrini, dəmir əşyaları və duru dərmanları əvvəlcədən baqaja verin ki, nəzarət xidməti ilə anlaşılmazlıq yaşamayasınız.

Hava limanında minişi gözləyərkən bir neçə telefon zəngi edə bilərsiniz, çünki uçuş zamanı mobil telefonunuzu söndürmək məcburiyyətində olacaqsınız. Lakin nəzərə alın ki, sərhəd nəzarətindən keçərkən mobil telefonla danışmaq olmaz.

Təyyarəyə yerləşmə uçuşa təxminən yarım saat qalmış başlayır, buna görə Duty-Free mağazalarda gəzərkən bu vaxtı qaçırmayın.

Yerləşmə zamanı tələsməyin və digər sərnişinləri itələyərək təyyarəyə birinci daxil olmağa çalışmayın, çünki sizin yeriniz artıq talonda göstərildiyi üçün təyyarə sizsiz uçuş etməyəcək.

Əgər siz tranzit yolu ilə səyahət edirsinizsə, bu zaman tranzit hava limanına çatdıqdan sonra ilk növbədə bu yol ilə səyahət edən sərnişinlərin harada qeydiyyatdan keçdiklərini öyrənin və növbəti reys üçün qeydiyyatdan keçin. Əgər sizin təyyarəniz gecikibsə bu zaman hava limanının əməkdaşlarına məsələni sakit şəkildə izah edərək sizi növbədən kənar qeydiyyatdan keçməyinizə icazə verməsini xahiş edin.

Sizinlə birgə öz reysini gözləyən insanları baxışınızla incələməyin. Ola bilsin ki, belə hərəkət bir çoxunun (xüsusilə də müsəlman ölkələrindən olan əcnəbilərin) xoşuna gəlməsin.

Hamı ilə nəzakətli olun. Özünüzü elə aparın ki, hava limanının personalına və digər sərnişinlərə narahatçılıq yaratmayasınız.

Çox gəzən çox bilər

Sloveniya

Çox Gəzən Bilər #8 – Sloveniya (30.10.2016) Mirsəməd və Fəridin təqdimatında “Çox Gəzən Bilər” televiziya proqramı Aparıcılar: Fərid Rəsul, Mirsəməd Cəfərli İdeya

Ətraflı »