Hava limanında necə qeydiyyatdan keçmək olar?

Hava limanı

İstənilən hava limanında reyslərə qeydiyyat adətən uçuşa 2-3 saat qalmış başlayır və 1 saat – 40 dəqiqə qalmış sona çatır. Sizin reysə qeydiyyatın saat neçədə başlaması ilə bağlı aviaşirkətin nümayəndəliyində məlumat əldə bilərsiniz.

Hava limanında qeydiyyatdan keçmək üçün sizə lazım olacaq:

  1. bilet alarkən istifadə etdiyiniz şəxsiyyətinizi təsdiq edən sənəd (passport),
  2. uşaqlarla səyahət edərkən uşaqların doğum haqqında şəhadətnaməsi (uşaq valideynin biri ilə səyahət edərsə, bu zaman əlavə sənədlər tələb edilə bilər),
  3. çap edilmiş bilet.

Formal olaraq, reyslərə onlayn qeydiyyatdan keçərkən uçuş biletini çap etməyə ehtiyac yoxdur. Lakin buna baxmayaraq, qəbzi çap edərək özünüzlə aparmağı tövsiyə edirik. Çap edilmiş uçuş bileti, məsələn, hava limanının binasına daxil olmaq üçün lazım ola bilər. Bundan əlavə, xaricə səyahət edərkən çap edilmiş sənəd ilə geri dönüş biletinizin olduğunu təsdiq edə bilərsiniz.

Marşrut qəbzini və gediş biletini səyahətin sonuna qədər saxlamaq lazımdır.

Aviabiletləri onlayn qeydiyyata almaq üçün nə lazımdır?

Bir çox aviaşirkətlər və xüsusən də loukosterlər biletləri internet vasitəsilə qeydiyyata almağı təklif edirlər. Onlayn qeydiyyat adətən uçuşa 23 saat qalmış açılır. Təyyarənin səmayə qalxmasına 1 saat qalmışa qədər istədiyiniz vaxt qeydiyyatdan keçə bilərsiniz. Aviabiletin onlayn qeydiyyatı üçün lazım olan: internet bağlantı, aviaşirkətin veb saytının ünvanı və sifariş məlumatları (biletin nömrəsi və sərnişin haqqında məlumatlar).

Demək olar ki, hər bir aviaşirkət aviabiletlərin qeydiyyatı üçün saytda xüsusi xana ayırıb ki, bu xidmətdən siz rahatlıqla istifadə edə biləcəksiniz. Onlayn qeydiyyat proseduru cəmi bir neçə dəqiqə vaxtınızı alacaq.

Lakin aviabiletlərin onlayn qeydiyyatı bütün sərnişinlərə açıq deyil. Əgər siz, baqaj təhvil verməlisinizsə, özünüzlə heyvan aparırsınızsa və ya əlavə xidmətlərə ehtiyacınız varsa (uşağı müşayiət etmək, əlil arabası, beşik və s.), bu zaman uçuşa qeydiyyatdan keçmək üçün hava limanında növbə gözləməli olacaqsınız.

Bundan əlavə, bəzi aviaşirkətlər müştərək uçuşlar üçün bilet almış, həmçinin körpələri olan sərnişinlər üçün onlayn qeydiyyat xidmətini dəstəkləmir.