Hindistan – dünyada ən maraqlı ölkələrdən biridir ki, onun haqqında bir çoxlarının bilmədiyi xeyli maraqlı faktlar var.
Bu ölkə, öz qeyri-adi ənənələri, mədəniyyəti və görmələri yerlərin müxtəlifliyi ilə seçilir. Sizə Hindinstan haqqında bir neçə maraqlı fakt təqdim edirik.
- YUNESKO-nun 32-dən çox Ümumdünya irs obyekti Hindistanda yerləşir.
Tac-mahal dünyanın ən məşhur yerlərindən biri olsada, Hindistanda YUNESKO-nun Dünya irsinə aid daha 31 obyekt var. Bura Racastan fortları, Şimladakı dağ dəmir yolları, Darcilinq və Nilqiri, ölkənin cənub-qərbindəki dağ zənciri, Benqaladakı Sundarban milli parkı və bir çox digər milli parklar və qoruqlar daxildir. - Hindistanda dünyanın bütün iri dinləri mövcuddur.
Baxmayaraq ki, ölkənin 80 %-i induizmə itaət edir, ölkədə xeyli sayda iri birliklərin və bütün dünya dinlərinin nümayəndələri yaşayır. Burada xristian icmasına və kilsəsinə, caynizm, buddizm və digər dinlərin nümayəndələrinə rast gəlmək olar. - Dünyada ən çox sayda vegetarian – Hindistanda yaşayır.
Bütün hindlilərin vegetarian olmamasına baxmayaraq, vegetarianlıq induizm ənənələrin və baxışlarının mühüm hissəsi sayılır. Hindlilərin təxminən 20 – 40 %-i vegetariandır ki, bunun sayəsində Hindistan dünyada ən iri vegetarian ölkə hesab edilir. - Burada qəribə və qeyri-adi poçt şöbələrinə rast gəlmək mümkündür.
Hindistanda dünyada ən iri poçt sistemi qurulub və burada poçt şöbələrini siz ən gözlənilməz və qeyri-adi yerlərdə tapa bilərsiniz. Məsələn, Kəşmirdə Dal gölündə su üzərində yerləşən poçt şöbəsinə rast gəlmək mümkündür. - Varanasi – dünyanın ən qədim yaşayış məskənlərindən biridir.
Müqəddəs Varanasi şəhəri ilk olaraq 3000 il bundan əvvəl Qanq çayının sahillərində yaranmışdır. - Hindistan – dünyanın ikinci ən böyük ingilis dilli ölkəsidir.
Burada ingilis dilində danışanların sayı ABŞ-dan bir az daha azdır. İngilis dili Hindistanın 22 rəsmi dilindən biri və hind dili ilə birlikdə hökumətin köməkçi rəsmi dili hesab edilir. - Kumbh-Mela – hindlilərin ziyarət yeri və dünyada ən çox sayda insanların toplandığı yerdir.
- Hindistanda səhra boyunca pilləkanlı quyulara rast gəlmək mümkündür.
Hindistanın şimali və qərbi hissəsinin quru iqliminə görə içməli suyu çox vaxt yerin altından çıxarmaq lazım gəlir. - Burada siz ağaclardan olan körpülərə rast gələ bilərsiniz.
Ağacların köklərindən və gövdəsindən olan bu körpülər təbiət tərəfindən 500 ildən artıq müddətə yaradılmışdır. - Hindistanın 140-dan artıq ənənəvi desert növü var.
Hind şirniyyatı çox şirin olur və adətən əridilmiş yağ, hil, darçın, zəfəran, kokos, gülab və qozdan hazırlanır. - Dehlidəki Khari Baoli bazarı – dünyada ən böyük ədviyyat bazarı kimi tanınır.
Bazar dörd əsrə yaxındır ki, mövcuddur və burada bütün məlum çərəzlərin, ədviyyatların, otların, quru meyvələrin, çay və digər inqrediyentlərin müxtəlif növləri satırlar. - Hindistanda 6 fəsil mövcuddur.
Hind təqviminə əsasən Hindistanda 6 mövsüm mövcuddur: yay, payız, qış, yaz, mussonların mövsümü və qışın başlanğıc mövsümü.