Honkonqda pulsuz istirahət

Honkonq

Dünyanın ən populyar turizm istiqaməti olan Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi seçilir. Honkonqda pul xərcləmək üçün yüzlərlə yer mövcuddur. Lakin biz sizə bu şəhərdə pul xərcləmədən istirahət etmək haqqında danışacayıq.

Hər bir şəhərdə ödənişsiz və son dərəcə maraqlı nə isə tapmaq mümkündür, lakin bu o qədər də asan iş deyil. Honkonq da bu mənada istisna deyil.

Burada siz öz büdcənizin böyük hissəsi mehmanxana, yemək və içkilərə xərcləməli olacaqsınız, lakin görməli yerlərdə pulunuza bir qədər qənaət edə bilərsiniz.

Çərşənbə günündə mədəniyyət anları

İncəsənət və tarix ilə maraqlanırsız? Bu baxımdan Honkonqa səyahətə yollanmaq üçün ilk olaraq çərşənbə gününü seçin. Çərşənbə günləri şəhərin yeddi muzeyi öz qapılarını ziyarətçilərin üzünə pulsuz açır. Bunların arasında Honkonqun “Tarix muzeyi”, Honkonqun “Mədəni irs muzeyi” və “Kosmonavtika muzeyi” də var.

“Çay qab-qacağı muzeyi” və “Honkonq dəmir yolu muzeyi” isə ümumiyyətlə hər zaman ödənişsiz giriş təklif edirlər. Bundan başqa, siz Honkonq kino arxivində və Honkonq incəsənət muzeyində təqdim edilən sərgiyə də pulsuz qatıla bilərsiniz.

Çimərliklər

Ağ qum, kristal kimi təmiz su, palma ağacları, dalğaların səsi, yüngül tropik briz və s. Çox güman ki, Honkonqun gözəl çimərlikləri bu şəhərin əsas sirridir!

Cənub-şərqdə Honkonq adasının qurtaracağında Şek-O adlanan kənd ən gözəl sahilyanı yerlərdən biri hesab edilir. Macəra axtaranlar üçün daha bir alternativ – Say-Kunq-İst-Kantri parkının hissəsi Tay-Lonq-Van çimərliyidir.

Maklenxoz cığırıyla gəzinti

Honkonqun bir çox qayalı dağları, yaşayış olmayan kəndləri, çimərlikləri və unudulmuş vadiləri öz aralarında 100 kilometrlik piyada marşrutu olan Maklenxoz cığırı ilə birləşir. Bu cığır “piyada yürüşləri üçün 20 ideal marşrut”-ların siyahısına əlavə edilib. Yeni ərazilərin milli parklarından keçən cığır müxtəlif mərhələlərə bölünmüşdür ki, hər mərhələ özünə görə maraqlı məkanlarla seçilir.

Hollivud-Roud

Əgər siz mərkəzi eskalatordan qərb istiqamətinə Hollivud-Roada gedsəniz, bu zaman incəsənət və qədimiliyin heyranedici atmosferinə düşəcəksiniz. Burada onlarla antikvar dükanlar və rəsm qalereyaları öz gözəllikləri ilə sizi valeh edəcək.

Nan-Lian bağı

Dəlisov Honkonqun ritmindən istirahət etmək və bir az dincəlmək istəyən səyyahlara bir neçə saatlarını sakitlik hökm sürdüyü mənzərəli Nan-Lian bağında keçirməyi məsləhət görürük.

Qərb Koulunun mədəniyyət dairəsi

Maliyyə problemlərindən əziyyət çəkən dairə – Honkonqun gecə siluetinə tamaşa etmək üçün diqqətəlayiq meydançadır. Burada səyyahlar ən müxtəlif ağaclar yetişdirilən parka da baş çəkə bilərlər. Bundan əlavə dairədə mütəmadi olaraq müxtəlif pulsuz tədbirlər keçirilir: musiqi festivalları, teatr tamaşaları və s.

Tarixi görməli yerlər

Van-Çay adlı tarixi marşrut Honkonqun ən məşhur tarixi yerlərindən keçir. Burada bir neçə məbəd, moda mağazaları ilə məşhur olan Star-Strit küçəsini, öz dövrü üçün novator mənzil kommunal layihəsi olan “Göy evi” və s. obyektləri görmək olar.

Mon-Kokdakı çiçək bazarı

hong kong Mon KodakHətta əgər siz gül almağa ehtiyac duymursunuzsa, bu bazarı mütləq ziyarət edin. Buranın ab-havası və bitkilərin gözəlliyi sizi istər-istəməz heyran edəcək və bu yerə dəlicəsinə aşiq olmağa məcbur edəcək.

Mərkəzi Dəniz Kənarı parkda gəzinti

Mərkəzi Sahil Tamar parkının yaşıl massivindən Admiralty stansiyasına qədər uzanmışdır. Bu yerlərdə gəzinti sahildən Honkonqun siluetinə tamaşa etmək üçün ideal vasitədir, xüsusən də axşam vaxtı. Burada görə biləcəyiniz bir tərəfdə Bank of China-nın göydələnləri, digər tərəfdə isə Viktoriya Limanı sizin marağınıza səbəb olacaq.

Honkonqa ən sərfəli qiymətə aviabilet əldə etmək üçün klikləyin.

Sizə xoş istirahət arzu edirik!