Müasir dövrün ən sürətli nəqliyyat vasitələrindən biri heç şübhəsiz ki, təyyarədir. Lakin, aviasəyahətin elə xüsusiyyətləri var ki, bir çoxlarımızın xəbəri yoxdur. AyBilet.az Sizinlə bir neçə sirri bölüşür.
Pəncərənin önündəki yerlər daha soyuqdur
Təyyarədə bortdan kənarda temperatur mənfi 60-65 dərəcəyə qədər aşağı ola bilər, buda fuzulyajin soyumasina səbəb olur. Bunu en çox yay aylarında insanların nazik paltarlarda olduğu vaxt illuminatora yaxın oturacaqlarda hiss etmək olur. Ona görə səmanın gözəlliyini daha yaxından müşahidə etmək istəyirsinizsə, qalın geyinin.
Çaydan və ya qəhvədən imtina etsəniz yaxşıdır
Borta içki hazırlanması üçün istifadə edilən su, bağırsaq çöpü kimi bir çox xəstəlikləri özündə ehtiva edə bilər. Mütəxəssislər bu nəticəyə müxtəlif aviaşirkətlərin təyyarələrindən götürülmüş nümunələrin laboratoriya nəticələrindən sonra gəliblər. Bu səbəbdən yaxşı olar ki, özünüzlə hazır su götürəsiniz və ya tomat suyu seçimini edəsiniz.
Qatlanan masalar və kresloların cibləri — təyyarədə ən çirkli yerlərdən biridirlər
Hər uçuşda kreslo cibində yığılmış tullantılar, düşündüyünüz kimi tam dərinliyi ilə təmizlənmir. Təyyarə bələdçiləri etiraf edirlər ki, tez-tez uşaq əskisini dəyişmək üçün individual masalardan istifadə edirlər. Bu səbəbdən təyyarə bortuna özünüzlə mütləq yaş dəsmal aparın. Qidaları stola qoymamağa çalışın və şəxsi əşyalarınızı çantanızda saxlayın.
Uçuş üçün ən əlverişli vaxt — səhər
AyBilet.az saytında təyyarə bileti axtararkən, səhər uçuşlarına üstünlük verin. Səhər uçuşları hər zaman ucuz olmaya bilər. Lakin, səhər uçuşlarının da öz üstünlüyü var. Misal üçün səhər reyslərində daha az yuvanma baş verir. Bundan başqa səhər uçuşlarında daha az “burulğanlıq”-a rast gəlinir.
Arxa sıralarda xidmət daha yaxşıdır
Ön sırada əyləşməklə təyyarədən ilk enənlərdən ola bilərsiniz. Yemək seçimində isə balıq əvəzinə toyuq yeməli ola bilərsiniz. Arxa sırada isə, tayyarə bələdçilərinin xüsusi qayğısı ilə qarşılaşa bilərsiniz. Təyyarə bələdçiləri isə bunu belə izah edir: “Arxa sırada əyləşənlərə əlavə su, qulaqlıq və s. şeylər gətirmək asandır nəinki ön sıradakılara. Bundan başqa ön sırada birinə əlavə nə isə təqdim etdikdə bir öncəki oturacaqda oturan sərnişinin də həmin şeydən istəmə ehtimalı böyükdür.”
Boyun yastığını tam doldurmayın
Tayyarə bortuna özünüzlə boyun yastığı götürərkən, fizika qanunlarını unutmayın. Əgər onu tam doldursanız, atmosfer təzyiqi düşməsi səbəbi ilə partlaya bilər. Bu səbəbdən yastıq tam dolmasa yaxşıdır.
Xüsusi menyu seçmək hər zaman yaxşıdır
Əksər aviaşirkətlər bir neçə yemək seçimi təqdim edirlər. Yeməklər arasında vegetarian menyu, halal menyu, koşer menyu, dəniz məhsulları və s. təklif edilir. Əgər xüsusi istəyiniz yoxdursa belə tövsiyə olunur ki, fərqlilik üçün xüsusi menyudan istifadə edin. Onların adi yeməkdən daha dadlı olacağından əmin ola bilərsiniz.