İkilikdə romantik məzuniyyət üçün maraqlı ideyalar

Yol əhvalatı

Birlikdə məzuniyyət keçirməyin ən romantik üsulu – avtomobil səyahətidir. Bu zaman siz heç kəsdən asılı olmayaraq yalnız ikilikdə olursunuz, yer kürəsi isə sizin avtomobilinizin təkərləri altında lazım olan istiqamətdə fırlanmağa hazır olur.

Bu növ səyahətlərdə sizin söhbət eləməyə, partnyorunuzu daha yaxından tanımağa, dalaşmağa, barışmağa, yenidən aşiq olmağa kifayət qədər vaxtınız olur. Bir sözlə qısa bir müddətə ərzində bir həyat yaşamağa imkan yaranır.

Səyahətinizi elə planlaşdırın ki, dayanacaqlar arasında keçid 2-3 saatdan çox olmasın. Beləliklə əgər siz Avropa üzrə səyahət edirsinizsə, bu zamanı kiçik qəsəbələr sizi nə yoldan yorulmağa nə də sükan arxasında darıxmağa imkan verməyəcək.

Belə səyahət zamanı maraqlı yerlər haqqında məlumatlar əldə etmək üçün özünüzlə yola internetə çıxışı olan planşet götürməyi unutmayın. Bundan başqa GPS-naviqator da sizin köməyinə çatacaq. Avtomobilinizin bir kənarında gizlətdiyiniz şokolad batonu və ya çipsi paketi isə yolda maraqlı sürprizə səbəb olacaq. J

Tet-a-tet

Şəhər səs-küyündən uzaq, dağlarda, sərin çaylara yaxın bir yerdə ev kirayələyin və ya açıq havada çadır quraşdırın. İri supermarketlər, televizor, internet, mikrodalğalı sobada qızdırılmış yemək və hündür daban ayaqqabıların olmadığı yerdə rahat istirahət etməyə çalışın. Xüsusi ekstremal şəxslər hətta bu şəraitdə duş qəbulundan da imtina edə bilərlər. Bir sözlə “vəhşicəsinə istirahət etmək” söz birləşməsinə tamamilə yeni məna verin.

Bu növ istirahət zamanı sizin yaxın bir həftə ərzinə olan tapşırığınız – özünüzü və bir-birinizi sevmək, bir birinizdən zövq almaq olacaq. Təmiz havada nəfəs alın, birlikdə sadə və sağlam yemək hazırlayın, açıq səma altında sevgi ilə məşğul olun və sərin çaylarda çimin. Ümumiyyətlə öz instinktlərinizə diqqət edin.

Səyahətə özünüzlə istənilən havaya uyğun ola biləcək geyimlər və bir az lazım ola biləcək dərmanlar götürün. Bu istirahət zamanı noutbuk və sivilizasiyaya aid digər əşyalar qadağan olmasına baxmayaraq, özünüzlə hər ehtimala mobil telefonunuzu götürə bilərsiniz. Lakin ondan yalnız ən ekstremal hallarda istifadə edə biləcəksiniz.

Sualtı dünya

Münasibətləri dərinləşdirmək üçün ən yaxşı üsul – birlikdə nə isə öyrənmək və ya birgə maraqları paylaşmaqdır. Birgə hobbi üçün maraqlı variant kimi dayvinq çıxış edə bilər. Bu, təkcə məzuniyyət boyu sizi darıxmağa imkan verməyən maraqlı əyləncə deyil, həm də çox romantik məşğuliyyətdir ki, hətta suyun dərinliklərində sizdən başqa səyyahlarda olsa belə, siz yenə də özünüzü ikilikdə hiss edəcəksiniz.

Dayvinq bütün əzələ qrupunu çalışdırır, düzgün nəfəs almağı öyrədir, ciyərləri təmizləyir. Suyun bütün ağırlığı isə, sizə ətrafın möhtəşəm gözəlliyinə seyr etməyə qətiyyən mane olmayacaq. Əgər siz bu məşğuliyyətdən yorulsanız, bu zaman qızmar günəş altında çimərlikdə istirahət edə və ya spa prosedurlardan yararlana bilərsiniz.

Səyahətə özünüzlə sualtı fotoçəkiliş üçün xüsusi örtük alın, bədən üçün sakitləşdirici krem götürün, üzgüçülük üçün nəzərdə tutulmuş və duzlu suda uzun müddət qalmaq üçün xüsusi geyimlərdən istifadə edin.

Planetimizin ən romantik şəhərlərinə ən sərfəli qiymətə aviabiletlər əldə etmək üçün saytımızdan istifadə edə bilərsiniz.

Sizə gözəl və romantik istirahətlər arzu edirik!

Xızı

Xızıya gedən yolda, Bakı – Rostov şose yolundan 10 km aralıda çox maraqlı bir təbiət hadisəsi müşahidə etmək olar: müxtəlif geoloji süxurlar

Ətraflı »