İnternetdən aviabilet almaq qaydası

Səyahət etmək istədiyiniz şəhəri seçin.
Uçuş və dönüş tarixini seçin. Əgər bir tərəfli uçuş istəyirsinizsə, Geri dönüş bölümündə X işarəsini seçməyiniz kifayətdir.
Böyüklər, kiçiklər (2 yaşdan 12 yaşa qədər) və uşaqlar (2 yaşa qədər) üçün bilet sayını seçin. Biznes klas istəyirsinizsə axtarış formundan aşağıda işarəni qeyd edin.
Seçimləriniz bitdikdən sonra Axtar düyməsini sıxın.

Axtarışın nəticələri

  • Formu doldurduqdan sonra axtarış etdikdə qarşınıza çıxan pəncərədə biletin qiyməti, aviaşirkət, uçuş və eniş saatları, dayanma nöqtlərinin sayı və uçuş davamiyyəti qeyd olunur.
  • Sistem sizə ən ucuzdan bahalıya doğru müxtəlif turizim agentliklərinin təklif etdiyi qiymətləri sıralayacaqdır.
  • “Купить” düyməsini sıxraq, bileti bronlamaq üçün təklif olunan agentliyin səhifəsinə yönələcəksiniz.
  • Pasport məlumatlarınızı qeyd edib, bileti ala bilərsiniz. 15-20 dəq. email ünvanınıza təsdiq emaili göndərilərək, bilet haqqında ətraflı məlumat veriləcəkdir.

Faydalı məsləhətlər

  • Gediş dönüş bileti, tək tərəfli bilet almaqdan daha sərfəlidir.
  • Səyahət edəcəyiniz şəhərin adını qeyd edərkən, siyahıdan mövcud aeraportların siyahısı təqdim ediləcəkdir.
  • Biznes klass biletləri, məhdud sayda olduğundan həm qiymət, həm də komfort baxımından daha yüksəkdir.