İran artıq turist pasportlarına möhür vurmayacaq

İran Höküməti turistlərin pasportlarına ölkəyə giriş-çıxışa dair möhürü ləğv edib. Bu barədə iyunun 26-da Rusiyanın Tur operatorları assosiasiyasının (ATOR) saytında məlumat verilib.

ATOR-un məlumatına görə – “Turist axınını stimullaşdırmaq məqsədi ilə İran Prezidenti Həsən Ruhani  visa möhürlərindən və turistlərin İranda olduqlarını təsdiqləyən digər pasport işarələmələrindən imtina edən sərəncam imzalayıb”

Əvəzində əcnəbilərə girişdə elektron viza veriləcək

Beləliklə, İran Höküməti İranın möhürü vurulduğu zaman  Birləşmiş Ştatlara və bir sıra digər ölkələrə viza almaqda çətinlik yaşayacaqlarını düşünən əcnəbilərin ölkəyə axınını artırmaq istəyir.

İranın nə zamandan möhür qoymayacağına dair məlumat verilməyib. ATOR yazır ki, “yaxın vaxtlarda bütün İran beynəlxalq hava limanlarında viza möhürü olmadan xaricilərə ölkəyə giriş-çıxış icazə veriləcəkdir“.