1. Qırmızı buxta (Cala Rossa), Favinyana, Siciliya
Səs-küydən uzaq sakit çimərlik axtarırsınızsa Siciliya sahilində kiçik ada olan Favinyana gedin. Burada bir neçə min insan yaşayır və yalnız Siciliyadan bərə ilə getmək mümkündür.
2. Mariolu buxtası (Cala Mariolu), Baunei, Orozei, Sardiniya
Mariolu buxtası Tirren dənizi sahilində əsl cənnət parçasıdır. Kiçik çimərlik mənzərəli qayalarla əhatələnib. Bu qayalardan şəffaf suya baş vurmaq olar. Turist sezonu dövründə burada adam çox olsa da, İtaliyanın kontinental çimərliklərindəki qədər olmur.
3. Marina Pikola (Marina Piccola), Kapri, Kampaniya
Kapri adası çoxdanın elit kurortudur. Hətta Roma imperiyası dövründə də mövcud olan kurorta həmişə məşhurlar can atıb. Çimərlik Kapri adasının digər məşhur çimərlikləri və görməli yerlərinin kölgəsində qalsa da bu, onun xeyrinədir.
4. Dovşanlar çimərliyi (Spiaggia dei Conigli), Lempeduza, Pelaq adaları, Siciliya
“Dovşanlar çimərliyi” bir neçə dəfə dünyanın ən yaxşı çimərliyi seçilib. Çimərlik qoruq zonasında yerləşir və ora getmək çox çətindir. Bir neçə nəqliyyat növü və sonda 20 dəq. piyada getmək lazımdır. 20 dəq.-lik yürüş sizdə çimərlikdən daha çox təəssürat yaradacaq. Dağ cığırından möhtəşəm mənzərə açılır.
5. Fetovayya çimərliyi (Fetovaia), Elba, Toskana arxipelaqının milli parkı
Fetovayya İtaliyanın ən gözəl və toxunulmamış çimərliklərindən biridir: yaşıl təpələrin əhatəsində sakit buxta, dar ağ qum zolağı və kristal kimi təmiz firuzəyi su. Bura sakit şəkildə qaralaraq məzuniyyəti keçirmək üçün ideal yerdir.
6. Marina del İsola çimərliyi (Marina dell’Isola), Tropea, Kalabriya
Bərə ilə tənha adaya getməkdə tənbəllik edirsinizsə Marina del İsola sizin üçün ideal variantdır. Çimərlik Tirren dənizinin sahilində yerləşir və arendaya götürdüyünüz maşınla da gedə bilərsiniz. Ona görə də orada çox adam olur.
7. Spinoza buxtası (Cala Spinosa), Santa-Tereza-Qallura, Sardiniya
Spinoza buxtası qayalarla əhatələnib və dənizə girmək üçün təkcə kiçik qum zolağı var. Burada dəniz o qədər şəffafdır ki, lövbər salmış yaxtlar sanki havadan asılıblar. Turistlər Sardiniyanın şimalına nadir hallarda gedirlər, italyanlar isə istirahət günləri burada çox olurlar.
8. “Türk pilləkəni” çimərliyi (Scala dei Turchi), Aqricento, Siciliya
Çimərlik Siciliyanın ən çox məşhur çimərliklərindən biridir. Bu mənzərəli yer rəng palitrası ilə türklərin Pamukkalesindəki termal vannalarını xatırladır, ona görə belə ad qoyublar. Çimərlik çox da böyük deyil. Qabarma zamanı yox ola bilir, çəkilmə zamanı isə qum par-par parıldayır.
9. Çiayya di Luna (Chiaia di Luna), Ponza, Lazio
Ponza adası Romaya yaxın yerləşdiyindən çox adam olur. Əsas nəqliyyat vasitəsi bərədir, sezonun qızğın çağında isə burada adam əlindən tərpənmək olmur. Ona görə də gözəl mənzərələrdən həzz almaq üçün may-iyun və ya sentyabr aylarında getmək məsləhət görülür.
10. Zagare körfəzi (Baia delle Zagare), Monte-Qarqano, Apuliya
Çimərlik və aktiv istirahəti birləşdirən ideal yerdir. Zagare körfəzi Qarqano Milli parkında yerləşir. Qeyri-standart marşrut sevənlər buradan bərə ilə 8-9 saata Çernoqoriyaya çata və səyahəti Adriatik dənizinin digər sahilində davam edə bilər.