Otel və ya mehmanxana nömrələri seçərkən hərə öz şəxsi istəyinə, arzu və imkanlarına əsaslanmalıdır. Məsələn, kimin üçünsə otelin çimərliyə yaxın olması prinsipial əhəmiyyət daşıyır, kimsə ətrafda daha çox klub və restoranın olmasını istəyir, kimsə istirahətinin bir çox hissəsini oteldə keçirməyə üstünlük verir və s.
Turistin tələblərinə cavab verən otel və nömrə – əla istirahətin təminatıdır ki, bunun üçün tələblərinizə uyğun oteli səfərin planlaşdırılması mərhələsində seçməlisiniz.
Ulduz sayına görə otellərin kateqoriyası
- 1* – Bir “ulduz” kateqoriyasına aid otellər. Bu oteldən yalnız gecələmək və duş qəbul etmək üçün yararlanan və aza qane olan kütlə üçün nəzərdə tutulan otel növüdür. Bu tip otellər yalnız ən zəruri avadanlıq və xidmətlə təchiz edilir.
- 2* – İki “ulduzlu” mehmanxanalar. Bu növ otellərdə 5 otaq üçün ən azı bir sanitar qovşaq (ayaqyolu və duş) və ayrıca nahar zalı/yeməkxana olmalıdır. Əlavə xidmətlərdən isə otellər müştərilərə ümumi camaşırxana və kimyəvi təmizləmə xidmətindən istifadə etmək imkanı təqdim etməlidir.
- 3* – Üç “ulduz” kateqoriyalı otellər – qiymət-keyfiyyət nisbəti baxımından turistlərin əksəriyyəti üçün ən rahat yerləşdirilmə variant hesab edilir. Qaydalara görə “üç ulduzlu” mehmanxananın hər nömrəsində ayrıca sanitariya qovşaq, soyuducu, televizor və kondisioner olmalıdır. Bir qayda olaraq, bu növ otellərin şəxsi barı və ya restoranı da olur.
- 4-5* – Dörd/Beş “ulduzlu” otellər – maksimum səviyyədə rahatlıq və yüksək xidmət təklif edir. Dörd və beş “ulduzlu” kateqoriya arasındakı fərq çox azdır. Hər iki halda otaqlar duş, tualet, televizor, soyuducu, kondisioner, gündəlik təmizləmə xidməti və s. təchiz edilir. Belə otellərdə idman zalı, üzgüçülük hovuzu, gözəllik salonu, mübadilə məntəqələri və oteldə istirahəti rahat edən digər məqamlar mövcuddur.
Gedəcəyiniz şəhəri və tarixi seçib, otel qiymətlərini öyrənin
Bundan əlavə bəzən kateqoriyası olmayan mehmanxanalara da rast gəlmək mümkündür. Bu növ otellərə ola bilər ki, hələ kateqoriya verilməyib, və ya otelin rəhbərliyi öz qarşısında belə məqsəd qoymayıb.