Musiqi festivalı biletinə otel qiymətini də əlavə etsək ümumi məbləğ büdcəni aşa bilər. Bu səbəbdən bir çoxları festival ərazisində, çadırda yaşamağa üstünlük verirlər.
Yaşamaq üçün yer
Festivala bilet almazdan öncə harada yaşamaq istədiyinizi ətraflı düşünün. Əsasən, xarici festivallar böyük şəhərlərin kənarında keçirilir – məsələn, Finlandiyada Flow, Macarıstanda Sziget, Portuqaliyada NOS Alive və digərləri. Şəhərin mərkəzində olan otelləri və hostelləri siyahınızdan dərhal çıxarın, çünki festivalın keçiriləcəyi yerə getmək üçün bir həftə ərzində hər gün bir və ya iki saat vaxt sərf etməli olacaqsınız. Festival ərazisinə yaxın hostellər çox tez bron edilir və baha olur. Geriyə qalır çadırlar. Çadırlar həm büdcəyə görə sərfəli, həm də vaxta qənaətdir və festival ərazisində istənilən yerdə yerləşdirilə bilər. Lakin öncədən saytlar vasitəsi ilə qaydalar ilə tanış olmaq məsləhətdir.
Beş gün ərzində çadırda qalmaq üçün zəruri əşyaların təxmini siyahısı belədir:
Çadır. Çadırı seçərkən daha böyük və əlavə qonaq ehtimalını düşünərək seçin.
Hava döşəyi. Xəstələnmə, soyuqdəymə riski olduğu üçün nazik xalılar əvəzinə çadıra ideal yerləşən hava döşəyini seçmək lazımdır.
Yataq dəsti və yastıq götürməyi ağlınızdan belə keçirməyin. Bir neçə gün onlarsız keçinə bilərsiniz.
Gecə zülmət ilə üzləşməmək üçün özünüzlə kamp fənəri də götürün.
Qiymətli əşyalarınızın qorunması üçün və ya “çağırılmamış qonaqlardan” özünüzü qorumaq üçün çadırınızın qapısına kilid ala bilərsiniz.
Çadırı necə yerləşdirmək olar
Festivalın ilk günündən etibarən səhər 6-dan gəlməyiniz məsləhətlidir. Qonaqların çoxu əraziyə earlypass aldıqları üçün festivaldan 1 gün öncə ən rahat yerləri seçmiş olurlar. Bu səbəbdən əgər siz festivala saat 10-da gəlsəniz günün altında və yaxud nəm torpaq üzərində yerləşmək məcburiyyətində qala bilərsiniz.
Çoxluq təşkil edən və səsli yerlərdən uzaq məsafədə, həmçinin ağacların altında və su anbarı yaxınlığında çadır qurmaq daha rahatdır. Bar, tualetlər və səhnəyə yaxın yerlərdə yerləşmək məsləhət görülmür.
Daha əvvəl çadırda yaşamadığınız təqdirdə, YouTube-dan təlimatlandırıcı videoları izləmək mütləqdir. – Çünki hər şey götündüyü kimi asan deyil.
Festivala nə götürək
İlk öncə rahat bel çantası və ayaqqabı. Pulunuzun və səndlərinizin oğurlanma riski çox yüksək olduğu üçün əlavə seyf ala bilərsiniz.
Tibbi maska götürməyi də unutmayın. Festivallar çox vaxt açıq havada keçirildiyi üçün tez-tez artan külək və toz ilə üzləşə bilərsiniz.
Festivallarda duş böyük və ümumi olduğu üçün daha bir vacib əşya kupalnik və üzgüçülük şortudur.
Günəşdən qorunmaq üçün papaq, həşaratlardan qorunmaq üçün sprey götürməyi unutmayın.
Turist oturacağı, festivalda yorğunluğunuzu çıxartmaq üçün ən yaxşı dostunuz ola bilər.
Qulaq fişləri sevmədiyiniz, hətta gecə də səslənən musiqidən sizi xilas edəcək.
Gözlənilməyən bir anda yağış yağacağı ehtimalı olduğu üçün buna hazır olmalısız.
Xəstələnmək riski çox yüksəkdir. Sizi bütün dünyadan 500 min insan əhatə edəcək. Buna görə antiviruslar qəbul etmək və əlbəttə ki, ilk yardım dəsti və tibbi sığorta haqqında unutmaq olmaz.
Festivaldan tam məmnun qalmağın yolları
Çadır qurulduqdan sonra adətən ödənişsiz əldə olunan xəritə və yaxud proqramın köməyi ilə festival konsertlərinin və digər tədbirlərin planını diqqətlə araşdırın. Ekologiya haqqında məlumatları festivalın veb saytından əldə etmək olar.
Əgər konsertlər sizin üçün çox da maraqlı deyilsə başqa məşğuliyyətlər tapa bilərsiz.
Məsələn, xarici vətəndaşlarla tanış olmaq, spirtli içkilər satılan siraları gəzmək ( baxmayaraq ki, bunun nəticəsi büdcənin azalmasına gətirə bilər), dənizdə çimmək ( dəniz kənarında keçirilən festivallarda), voleybol, futbol və ya basketbol oynamaq, sirkə və ya standup-a getmək.
Nələri etmək məsləhət görülmür
Narkotik qəbul etmək, həddindən artıq spirtli içki içib sərxoş olmaq, festival ərazisində qidalanmaq (çox baha olduğu üçün), bütün konsertlərdə iştirak etmək ( büdcənin aşmaması və haldan düməməyiniz üçün).