Rahat səyahət etmək üçün 14 tövsiyə

səyahət
  1. Təyyarə göyərtəsində barmen olmaq istəyirsinizsə onda buyurun reseptlər : “Sangria”: qırmızı şərab + giləmeyvə suyu + sizə gətirilən meyvələr. «Çornıy ruskiy»: araq + qəhvə + buz. İki paket krem əlavə etdikdə isə – «Belıy ruskiy» hazırdı. «Krovavaya Meri»: araq + pomidor suyu + limon suyu + istiot.
  2. Təyyarənin bütün ekonomklas yerləri rahatlıq baxımından eyni deyildir.  Təyyarədəki yerlər haqqında rəyləri TripAdvisor vasitəsi ilə tapa bilərsiniz.
  3. Hava limanına avtomobiliniz ilə gəlmisiniz və dayanacaqda saxlamağı düşünürsünüzsə, həmin yeri hərf və ya rəqəm işarəsi ilə birgə çəkin.
  4. Çamadanınızın da şəkilini çəkin. Yükünüz itdiyi zaman hava limanı işçilərinə şəkili göstərsəniz, onu axtarmaq onlar üçün daha asan olar.
  5. Həmçinin pasportunuzu da çəkin. Şəkili isə özünüzə və yol yoldaşlarınıza poçt ilə göndərin.
  6. Əl yükü yoxlanışı zaman hava limanı işçilərinə suyunuzu götürməməsini xahiş etməkdən yorulmusunuz? Özünüz ilə sadəcə boş butulka götürün, onu sizdən almağa haqları yoxdur. Yoxlanışdan sonra isə su ilə doldurun. Bir çox hava limanlarında içməli su axan kiçik fəvvarələr mövcuddur. Beləliklə bir neçə dollar qənaət etmiş olarsınız.
  7. Uçuş vaxtlarını izləmək üçün FlightBoard proqrmanını yükləyib gediş-gəliş vaxtları tablosuna hər dəfə yaxınlaşmadan, telefon vasitəsi ilə kofe içərək rahat izləyə bilərsiniz.
  8. Krem üçün linza konteynerlərindən istifadə edə bilərsiniz. Beləliklə bütün qablaşdırmanı götürməyə ehtiyac qalmır. Linza qablarını isə hər hansı bir yerə, hətta ən kiçik çantaya belə yerləşdirə bilərsiniz.
  9. Uçuş zamanı üz dərisi tez quruyur. Ən yaxşı nəmləndirici isə xiyardır. Çox ehtimal yemək qabınızda tapmaq olar.
  10. Təyyarə qidalarını sevmirsiniz? O zaman sizə sirr açaq: təyyarə göyərtəsinə özünüz ilə yemək götürmək qadağan deyil.  
  11. Daim qulaqcıqları çantanızda dolaşıq vəziyyətdə tapırsınız? Bu problemin də həlli var. Kağız tutacağını (Binder clip) çantanızın uyğun hissəsinə sancıb, qulaqcıqları üstünə dolaya bilərsiniz.
  12. Özünüzlə uşaq pudrası götürün. Uçuşdan əvvəl ayaqlarınıza vurun ki, uçuş zamanı ayaqqabılarınızı çıxartmalı olsanız ətrafdakıları pis qoxu ilə narahat etməyəsiniz.
  13. Uçuşunuz uzun çəkəcəksə özünüzlə bir neçə golf  və ya stolüstü tennis topu götürün, ayaqlarınızın altına qoyun və diyirləndirin.
  14. Təyyarə üçün yastığınızı unutmusunuzsa adyaldan şarf kimi istifadə edə bilərsiniz və yaxud boynunuza dolaya bilərsiniz. Bu sizə yastığı mükəmməl şəkildə əvəz edə bilər.  İkinci adyal istəyib üstünüzə də ata bilərsiniz.