Böyük havalimanı Babil şəhəri kimidir: hər yerdə səslər, hay-küy və sonsuz audiomesajlar: “15-32 reysinin sərnişinləri…” , “ qarşılayanların nəzərinə: təyyarə endi..”, “hörmətli sərnişinlər, ….” .
Hər il uçuşlar artır, aviabiletlər isə daha rahat əldə edilir, bu da sərnişinlərin sayının artması deməkdir. Bu şərtlər altında sərnişinlərə düzgün istiqamət tapmaq çətin olur. İş də həqiqətən ağır gedir. Lakin vəziyyət də dəyişir. Havalimanları daha sakit olurlar.
Necə ola bilər?
Darıxdırıcı bir qonaqlıq təsəvvür edin. Ətrafda demək olar ki, heç kim danışmır, hamı gözlərini telefona dikib. Həmin bezdirici audiomesajları məlumat tabloları və smartfon bildirişləri əvəzləyib . Yalnız təcili məlumatlar səsli çatdırılır: məsələn, eniş üçün çıxış qapısı dəyişdirildi və ya uçuş ləğv edildi.
Heç kim səsli məlumatlar üçün darıxmır və onlar ən əlverişsiz format hesab olunur. Sərnişinlərin yalnız 2% buna üstünlük verir. Qalanları məlumat panelindən və saytdan istifadə edirlər.
“Sakit hava limanlarında” səssizliyin səviyyəsi fərqlidir. Məsələn, “Vnukovo” havalimanı səsli məlumatlardan tamamilə imtina etmədi. Onlar yalnız sərnişinlərin ola biləcəyi yerlərdə səslənir: aviaşirkətlərin növbə zalında, mağazalarda və kafelərdə. Helsinki və Dehlidə yalnız eniş qapısı ərazisi ilə kifayətləndilər. Münhendə isə səsli elanların sayı maksimuma endirildi.
“Sakit hava limanları” hansılardı?
Münhen, Varşava, Helsinki, Dubay, Nur Sultan, Rusiyanın havalimanları artıq “sakit havalimanları” siyahısına daxildir.
Bu nə üçün lazımdır?
- Elanlara diqqət. Uçuşların sayı artdı və sonsuz səsli elanlar çox səs-küyə səbəb oldu. Buna görə böyük şəhərlərin və turizm mərkəzlərinin hava limanlarında bu tendensia təyin edildi.
- Sərnişinləri səsli elanlar narahat etməyəndə onlar böyük həvəslə yerli kafelərdə oturur və rahat Duty free sıralarını gəzə bilirlər. Gəlir isə artır – hamı razı qalır.
- Əsəblər. Hava limanının işçilərinə işləmək daha asan olur. Uçuşların sayı artır – amma səs-küy yoxdur.
- Dil maneəsinin aradan qaldırılması. Mətnin tərcüməsi audio mesajların tərcüməsindən asandır. Çətin tələffüz və ya zəif eşitmə artıq problem yaratmır.
- Gələcəyə addım. Mətn elanları yalnız ilk addımdır. Qarşıda gələn addımlardan biri – özünə xidmətdir: baqaj təhvili, talonun əldə edilməsi, zonalar arasında keçid.
Gələcəkdə nə olacaq?
Münhen hava limanında İnfoGate duracaqları fəaliyyət göstərməyə başladı. Onların köməyi ilə görüntülü şəkildə öz dilinizdə havalimanı dəstəyi ilə danışmaq mümkündür. Burada həmçinin sənədlərin sürətini və skanını çıxardırlar. Bundan əlavə sensor ekranlar vasitəsi ilə giriş-çıxış qapısına səsli elanları dinləmədən yol tapmaq olar.
Digər bir yenilik, rəqəmsal mayak sistemidir. Hava limanında gəzərkən yalnız müəyyən ərazidə faydalı ola biləcək bildirişləri alacaqsız.
Hollandiyada AviaVox havalimanında kompyuteri müxtəlif dillərdə düzgün tələffüz etməyə imkan verən bir sistem hazırladılar. O nadir təcili mesajlar artıq eşidiləcək və başa düşüləcəkdir.
Rusiyada MDG şirkəti yeni identifikasiya sistemini təklif etdi. Qeydiyyat durağında yalnız şəkil çəkmək lazımdır. Üzünüz keçid üçün yetərlidi və heç bir talona ehtiyac yoxdur.
Sakit havalimanında uçuşu qaçırtmamaq üçün məsləhətlər
- Vaxtı dəqiq hesablayın və plana uyğun davranın.
- Qeydiyyatdan dərhal sonra məlumat panelini tapın. Bu çox sadədir: Onlar bir-birindən bir dəqiqəlik məsafədədilər.
- Eniş üçün çıxış nömrəsini öyrənin.
- Kafe və yaxud Duty free-yə gedərkən, uçuşa hazırlığın 40 dəq. əvvəl başladığını yaddan çıxartmayın.