Əvvəla qeyd edək ki, aviabiletinizi aybilet.az –dan axtarırsınızsa heç bir mənfi hal ilə qarşılaşmayacaqsınız. Çünki biz axtarış sistemimizdə mövcud olan hər kəsin dürüstlüyünü, ləyaqətini yoxlayırıq. Digər tərəfdən, əgər siz axtarışı bizə həvalə etməyib, internetdə şəxsən özünüz etmək qərarına gəlmisinizsə, məqaləni diqqətlə oxuyun. Bu halda da mənfi heç bir hal baş verə bilməz.
Fırıldaqçılar necə işləyirlər?
Sxemlər fərqlidir. Çox vaxt fırıldaqçıların tələsinə diqqətsizlikdən düşürlər. Ya da qarğa və pendir haqqında məsəli unutduqlarına görə. Bəzən isə o qədər mürəkkəb sxemlər qurulur ki, çox təcrübəli səyahətçilər də bu saxtakarlıqların qurbanı ola bilirlər.
Saxta Saytlar
Bu saytlar çox inandırıcı yaradılır və həqiqi saytlardan, həmçinin tanıdıqlarınızdan heç də fərqlənmirlər. Dizayn baxımından çox vaxt real axtarış sistemi və ya aviaşirkət saytı ilə tamamilə eyni olur. Bir müddət sonra saytın daha da önə çıxması üçün müxtəlif fəndlərdən istifadə olunur.
Nəyə daha çox diqqət yetirməlisiniz
- Saytın yazılış tərzi, xüsusən də başlıqlarda hansısa hərflər yalnış və ya artıq olarsa.
- Bilet ödənişi kartın 3 rəqəmli kodu qeyd edilən ödəniş cədvəli vasitəsi ilə, və ya 3D təhlükəsizliyi təsdiqi vasitəsi ilə deyil, PayPal, Yandex Denqi və ya Qiwi Cüzdan vasitəsi ilə, bəzən isə hətta başqasının kartına və ya hesabına köçürülərək edilərsə.
- WHOIS verilənlər bazasından istifadə edərək, bilmək olar ki, domen (sayt ünvanı) 1-2 həftə əvvəl qeydə alınıb.
Sosial şəbəkələr və tematik forumlar
Bəzən çox sadə və hiyləsiz göründüyü üçün məsələnin içində bir fırıldaq olacağına inanmaq çətin olur. Məsələn hansısa adam və hətta bir qrup insan guya ucuz aviabiletlərin satışı ilə məşğuldur. Bütün detalları da şəxsi mesajlarda həll olunmasını təklif edirlər. “Nə üçün bu qədər ucuz “ sualına isə əminliklə müxtəlif- ”korporativ tariflərdir”, “daşıyıcılar ilə xüsusi müqavilə şərtlərimiz var” kimi cavablar və yaxud təsadüfən aviaşirkəti olan və yaxınlarına ucuz aviabilet satmağa icazə verən bir qohumu-dayısı, əmisi olduğunu deyirlər. Beləliklə, bu tip insanlardan həqiqi aviabilet alma ehtimalınız işıq sürəti ilə sıfıra enir.
Hər bir saxtakarlıq sxemində iki nəticə variantı var. Sizin pulunuz saxta hesablara köçürüldüyü müddətdə siz dərhal saxta aviabilet əldə edə bilərsiniz. İkinci variant isə real bilet nömrəsi olan real yol qəbzi ala bilərsiniz. Əslində isə, sizin bilet bron olunur, siz bronlaşdırmanın düzgünlüyünü yoxlayıb əmin olduqdan sonra, heç kim bron üçün pul ödəmir və bilet ləğv olunur.
Çox vaxt fırıldaqçılar biletləri oğurlanmış və ya saxta bank kartları ilə alırlar. Bank istənilən vaxt bu kartı blok edə bilər. Ləğv oluna bilən satışlar isə imtina olunur. Yaxşı halda uçuşunuz baş verməyəcək, pis halda isə tətil əvəzinə polisə soyadınızın niyə oğurlanmış kredit kartı ilə alınan aviabiletlərdə olduğunu açıqlayacaqsınız.
Fırıldaqçılardan qorunmağın əsas qaydaları:
- Biletləri tanınmış meta axtarış sistemlərindən və agentliklərindən sifariş edin .
- Hansı saytdan bilet almaq istədiyinizi diqqətlə gözdən keçirin. Saxta şirkətin ünvanı yalnız bir hərflə əsl şirkətin ünvanından fərqlənə bilər .
- Saytımızın ünvanını brauzerinizin yaddaşında saxlayın, rəsmi sosial şəbəkələrə abunə olun. Bütün bunlar “ən ucuz uçuşlar” axtarış sorğusunun sizi səhv ünvana yönləndirməməsi üçündür.
- az, axtarış nəticələrində çıxan şirkətləri diqqətlə izləyir. Şübhəli və yaxud müştərilərlə düzgün davranmayan şirkətlər bu siyahıdan çıxarılır.
- İnanılmaz dərəcədə aşağı qiymətlərə aldanmayın. Uçuşunuzun qiymətini aviaşirkətin saytında yoxlayın: Bu qiymətlər bir-birindən çox fərqlənə bilməz. Yüksək endirimlər olsa belə, çox güman ki, bunu nüfuzlu səyahət xidmətləri vasitəsi ilə öyrənəcəksiniz.
- Bilet aldıqdan sonra hələ də şübhə edirsinizsə, biletinizi aviaşirkətin saytında və ya bron sistemlərindən birində yoxlaya bilərsiniz. Əsas olanlar elə də çox deyil: Amadeus (bronlaşdırmanı checkmytrip vasitəsi ilə yoxlaya bilərsiniz), Saber (virtuallythere vasitəsi ilə), Galileo (viewtrip vasitəsi ilə), Sirena (myairlines vasitəsi ilə). Unutmayın ki, bronlaşdırma dərhal bu sistemlərdə əks olunmaya da bilər.
- Hər ehtimala qarşı bronlaşdırdıqdan bir müddət sonra bileti yenidən yoxlayın: saxta bilet bron edən fırıldaqçılar çox vaxt kiminsə yenidən yoxlayacağını gözləmirlər.