Səfər zamanı xərclərinizi və ümumi büdcənizi nə qədər dəqiq hesablamağınızdan asılı olmayaraq, gözlənilməz xərclərdən qaçmaq mümkün olmur. Sizə bu xərcləri maksimum nəzərə almağın yolları barədə məlumat vermək istərdik.
Qeydiyyat zamanı sürprizlər
- Hava limanı. İlk xərclər sizi səyahətinizin lap əvvəlində gözləyir. Ən geniş yayılmış variant isə – apardığınız yükün çəkisinin artıq gəlməsidir ki, bu zaman da əlavə ödəniş etməsəniz səyahətiniz təhlükə altına düşə bilər.
- Taksi. Əgər siz rəsmi taksi servislərindən istifadə etmirsinizsə, bu zaman yolunuzu maps.me proqramı vasitəsi ilə izləyin ki, sürücünün sizi qısa yoxsa uzun yolnan apardığını biləsiniz.
- Otel. Bəzi ölkələrdə turistlərdən yaşam müddəti üçün turizm vergisi tutulur. Əgər siz Bukinq servisi vasitəsi ilə otel bron edirsinizsə, bu məqam barədə saytda ayrıca məlumat yerləşdirilir. Bundan əlavə, otellərdə otaqların yığışdırılması, avtomobilin park edilməsi və s. xidmət növləri üçün də ayrıca ödənişlər nəzərdə tutulur.
Müvafiq xərclər
Vəsaitin nağdlaşdırılması üçün komissiya xərcləri. İlk olaraq, çalışın ölkə xaricində komissiyasız nağdlaşdırma imkanları olan bank kartları əldə edəsiniz.
Bundan əlavə, vəsaitin nağdlaşdırılması zamanı yerli bankomatların sizdən 2-4 dollar arası komissiya tutacağını da nəzərə alıb, vəsaiti birdəfəlik iri məbləğdə nağdlaşdırmağınız məsləhətdir.
- Rouminq. Əgər səfər zamanı təcili zəngə ehtiyac yaranarsa çalışın daha çox internet üzərindən olan xidmətlərdən istifadə edəsiniz (skype, whatsapp, telegram).
- Yanacaq sərfi. Sadə məqam olmağına baxmayaraq, bəzən səfər zamanı büdcə planlaşdırılmasında “benzinin sərfi” ümumiyyətlə nəzərə alınmır.
Səyahətdən geri qayıdarkən yaranan xərclər.
Bəzi ölkələrdə səfərdən qayıdarkən hava limanında qeydiyyatdan keçdiyiniz zaman sizdən ölkəni tərk edə bilməniz üçün xüsusi vergi ödənişi tələb edilə bilər.
Çox vaxt bu xərc biletin qiymətinə daxil edilir. Lakin buna baxmayaraq, çalışın səyahət zamanı büdcənizi sonuncu qəpiyə qədər xərcləməyəsiniz.