Şəmkir

Şəmkir

İndiki Şəmkir ərazisində 1819 – cu ilin soyuq qış günlərində alman kolonistləri tərəfindən salınan kənd 1938-ci ilə qədər belə adlanırdı. Rayon XIX əsrdə çar hökümətinin xüsusi icazəsi ilə alman koloniyalarının yerləşdirildiyi məntəqələrdən biri olub. Yeni qurduqları qəsəbəyə qısaca Anino da deyiblər. Alman memarlıq stilinə uyğun tikilmiş evlər, binalar və səliqəli küçələr buralara xüsusi hava verir.

Planlı surətdə salınmış küçə boyunca armud və çinar ağacları əkilib. Armud ağacı alman inanclarına görə əməyə vicdanlı münasibət, bolluq və məhsuldarlıq rəmzi hesab edilir. II Dünya müharibəsinin başlaması burada yaşayan almanlara da təsir edir. Stalinin əmriylə sürgün edildilər, müharibə sonrasında isə sürgündən geri qayıdan olmadı… Mərkəzi parkin içərisindəki alman kilsəsi(1909) də indiyədək durur və fəaliyyət göstərmir yaşayan 8 alman koloniyasından 3 – ü: Aygenfeld, Annenfeld və Georgsfeld Şəmkir ərazisində yerləşmişdi.

Annenfeld Niderland kraliası Anna Pavlovanın, Georgsfeld ise III Aleksandrın oğlu Gerogi Alekseyeviçin adı ilə bağlı idi. Bunlar əkin sahələrinin çatışmazlığı ucbatından Helenendorfdan (indiki Göygöl rayonu) gələnlər idi. Almanların şərqə köçürülməsinin bir sıra səbəbləri var idi. Ən əsası XIX əsrin əvvəllərində Napoleon müharibələrindən sonra Almaniyanın ağır siyasi – iqtisadi vəziyyəti və ölkənin parçalanması idi. Kolonistlərin öz vətənlərini tərk etmə səbəblərindən digəri dini inanclarla izah edilir. Katolik kilsəsinin bəzi mərasimlərinə qarşı çıxan protestantların aparıcı istiqamətlərindən biri olan lüteranlıq rəsmi din kimi qəbul edildi. Missioner fəaliyyətlər başladı. Bunun parçası olaraq Cənubi Qafqazda yurd yerləri saldılar. Məskunlaşdıqları ilk illərdə kolonistlər yerlilər arasında da xristian – protestant dinini yaymağa cəhd göstərdilər. Çar hökümətinin dəstəklədiyi bu fəallıq Qarabağda özünü daha qabarıq formada büruzə verdi. 120 ildən artıq müddətdə Azərbaycanda yaşamış almanlar öz doğma vətənlərindəki kimi burada da ənənədən yayınmadılar: üzümçülük və şərabçılıqla məşğul olmağa başladılar.

Şərabçılıq

İndiki 2 saylı şərab zavodu 1860 – 1896 – cı illərdə alman Xristo Forer qardaşları tərəfindən təsis edilib. O zaman quraşdırılan avadanlıqların indiyədək çalışması alman keyfiyyətini bir daha sübut edir. Əvvəllər olduğu kimi müxtəlif üzümlərdən çəkilən ağ və qırmızı növ şərablar yaşı bir əsrdən çox olan bir neçə tonluq palıd çəlləklərdə saxlanılır. Zavodun nəhəng zirzəmisi var. Buraya ekskursiya etmək olduqca maraqlıdır. Hər çaxırın dadına baxıb bitirmək, nəticədə zirzəmidən ayıq başla çıxmaq demək olar ki, mümkün deyil. Burada eyni zamanda çox keyfiyyətli konyak da istehsal edilir.

Arayış

Bakıdan 400 km aralıda, Gəncə – Qazax düzənliyindədir. Rayonun şimal – şərq hissəsini, Kürün sol sahilini Ceyrançöl, mərkəzi hissəsini Gəncə – Qazax düzənliyi, cənubu Kiçik Qafqazın şimal – şərq ətəkləri tutur. Ərazidən Kür çayı və onun qolları (Zəyəm, Cəhir) keçir. Böyük su anbarları ilə məşhur olan rayonda Şəmkir SES(380 min kvt-r) və Yenikənd

SES istifadədədir. Bakı – Tiflis dəmir yolunun 42 km-i buradan keçir. Gəncədən bir saatda getmək mümükündür. 1930 –cu ildə, ölkənin şimal – qərbində təşkil edilən rayon 1991 – ci ilə qədər Şamxor adlanıb.

Toponim

Orta əsr ərəb və fars mənbələrində Şəmkir, türk mənbələrində Şəmkür kimi göstərilib. 1924 – cü ildə İstanbulda “Müxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən Zeynaloğlu bu adı “şəms” – günəş, “kür” – tapınan, yəni günəşə tapınanlar yurdu kimi izah edib. Bir qrup dilçi alimlər isə toponimi Şamkür, yəni Kür qırağı kimi izah edirlər. A.Bakıxanov etimologiyanı Təbəristan hökmdarı bin – Ziyadın adı ilə bağlayır. Bu sülalənin 6 hökmdarı 150 il müddətində İranın, Cənubi Qafqazın bir çox əyalətlərini fəth edib. Nəslin ikinci hökmdarı olan və 935- 967 – ci illərdə şahlıq etmish Şəmkir bin – Ziyadın Gəncə yaxınlığında saldırdığı şəhəri öz adı ilə adlandırdığı haqqında yazılı məlumatlar var. Iki girişli qalanın qalıqları, qədim körpü ve minarə indiyədək durur.

Qədim Şəmkir

Bərdə, Gəncə, Tiflisdən keçən ticarət yollarında, Şəmkir çayının sol sahilində 30 ha sahədə V – VI əsrlərdə salınmışdı. Orta əsrlər Azərbaycanında əzəmətli tikililəri, mükəmməl su təchizatı və şaxəli kanalizasiya sistemi, böyük hay-küylü bazarları, əl sənətlərinin inkişaf etdiyi abad şəhərlərdən biri idi. IX əsr tarixçisi Əhməd əl – Bələzuri qeyd edir ki, Salman ibn Rəbiə əl – Bahili qədim şəhər hesab olunan Şəmkiri fəth etdi. Ərəblərin istilasından sonra 854-855 ci ildə sərkərdə böyük Buğa şəhəri bərpa etdi, burada islamı qəbul etmiş xəzərləri yerləşdirdi. Bərdə tacirlərindən buraya köçürtdü və şəhəri xəlifənin şərəfinə Mütəvəkkiliyyə adlandırdı. İlk orta əsrlərdə Böyük İpək Yolunun üzərində təşəkkül tapan bu şəhər IX – X əsrlərdə mühüm mərkəzə çevrilir. XIII əsrdə şəhəri ələ keçirən və müqavimətlə qarşılaşan monqollar buranı viran edirlər. Bu hadisədən sonra şəhər öz əhəmiyyətini itirir. Orta əsrlərdə Samkur adı ilə tanınan şəhər xarici işğalçıların basqınları nəticəsində dəfələrlə talan edilib. Bu dağıntılardan bezən yerli camaat qədim şəhəri tərk edərək oradan 9-10 km aralıda yenidən məskən salıb. IX – XII əsrlərdə intibah dövrünü yaşayan şəhər sonrakı dövrlərdə səlcuqlular tərəfindən, XIX əsrdə Gəncə xanlığının tərkibində olan ərazi Rusiya tərəfindən işğal edildi.

Tarixi abidələr

Bütün Qərb zonasında olduğu kimi bura da tarixi abidələrlə zəngindir. Şəmkir qalası, Koroğlu qalası, tarixi dəqiq məlum olmayan orta əsr körpüləri, Didivan bürcü kimi memarlıq abidələri mövcuddur. IX – XI əsrlərə aid qədim şəhər xarabalığı, XI – XII əsrlərə aid Seyfəli və Tatarlı kəndində Qız qalaları, pirlər mövcuddur. Dəmir dövrünə aid Atabəy kəndindəki qalaça, İrmaşlı mağaraları, İrmaşlı piri və qədim qəbirstanlıq, Yeni Həyat kəndindəki XVII əsrə aid Didivan bürcü ərazidəki nəzərə çarpan və bugünədək qalan abidələrdir. Dağ – Daşbulaq kəndində erkən orta əsrlərə aid Alban məbədi var ki, bura ziyarətgahdır.

[justified_image_grid facebook_id=2222665901206802 facebook_album=2338951636244894]