Şengen vizası müraciətinə imtina cavabının səbəbləri

Şengen vizasına özünüz sərbəst şəkildə müraciət etmək istəyirsinizsə, o zaman məqaləni oxuyun.

Şengen vizası üçün tələb olunanların siyahısı:

  • Xarici pasport;
  • Şəxsiyyət vəsiqəsinin sürəti;
  • Alınmış və ya bron edilmiş gediş-gəliş təyyarə bileti;
  • Otel sifarişi;
  • Tibbi sığorta (siğorta məbləği ən azı 30 min avro olmalı)
  • Iş yerindən arayış;
  • Bank hesabından çıxarış;
  • Nümunəyə uyğun fotoşəkil;
  • Nümunəyə uyğun doldurulmuş müraciət blankı;
  • Şəxsi məlumatların yoxlanılmasına dair razılıq.

Əlavə olaraq 2015-ci ildən etibarən ərizəçilər viza müraciəti üçün hər  beş ildən bir biometrik məlumatlarını, yəni barmaq izlərini təqdim etməlidilər. Bu proseduru keçdikdən sonra viza üzərində xüsusi VİS möhürü vurulur.

Biometriyanın yenilənmə tarixi çatdıqda və ya hər hansı bir sənədin olmadığı halda konsulluq işçiləri bu haqqda məlumatlandırırlar, bəzən isə konsulluğun menecerlərinin razılığı ilə həmin sənədlərin elektron versiyasını qəbul edirlər.

Digər bir halda konsulluğu aldatmaq niyyətiniz varsa, məsələn otel bron etsəniz, lakin vizanı alana qədər bronu ləğv etsəniz, və ya alınmış aviabiletləri qaytarsanız, yaxud iş yerindən saxta arayış gətirsəniz  bu da öz növbəsində viza üçün rədd cavabı almaq ehtimalını çoxaldır. Yoxlama  zamanı yalan aşkarlanır və müraciətinizə imtina cavabı gəlir.

Qeyri-mötəbər məlumat

Turist vizası əldə etmək üçün təqdim olunan sənədlər turistin Şengen ölkəsində qeyri-qanuni yolla işləmək istəmədiyinə və ya yerli sakinlə evlənməyi planlaşdırmadığına Konsulluq işçilərini inandırmalıdırlar. Bu səbəbdən gediş-qayıdış biletləri, bank hesabından çıxarış, bəzən də avtomobil və yaxud mənzil üzərində sahiblik hüququ haqqında çıxarış tələb olunur.

Xarici pasportla yaranan problemlər

Avropaya aviabilet almadan öncə xarici pasportunuzun qaydada olduğundan əmin olun. Onun etibarlılıq müddəti Şengen ölkəsini tərk etdikdən ən azı 3 ay sonra bitməlidir və ən azı 2 boş səhifəsi olmalıdır. Vətəndaş yeni xarici passport aldıqda hər ikisini mütləq şəkildə konsulluğa təqdim etməlidir. Əgər yalnız yeni passport təqdim olunsa bu imtina cavabının ehtimalını artırar.

İstifadə edilməmiş vizalar

Əgər siz bütün sənədləri  toplayıb konsulluğa təqdim etdikdən sonra vizanı əldə edib,  getmək fikrindən daşınsanız, növbəti müraciətinizdə  imtina cavabı ala bilərsiniz .

İmtina cavabı aldıqda bu qərardan şikayət edə bilərsiniz.  Bunun üçün apellyasiyaya müraciət etmək lazımdır. Səbəb əksik sənədlərdə olarsa bunu etmək çətin olmayacaq.

İmtina səbəbləri:

  • Şengen zonasına giriş 3 aylıq qadağandır və bu müddət ərzində konsulluq sənədlərə baxmayacaq;
  • müsahibəyə dəvət;
  • sənədlərdə əskiklik;
  • müddətsiz imtina.

Bununla yanaşı səfirlikdən ətraflı izahat məktubu da göndərilir. İzahat məktubu gəlmədiyi təqdirdə mütləq konsulluğa müraciət edib aydınlaşdırmağı tələb edin. Bu nəyinki sizin yaxın zamanda planlaşdırdığınız səyahətə həmçinin gələcək planlarınıza da təsir edəcək.

İmtina cavabı aldıqda, həmin qərardan şikayət edə bilərsiniz. Bunun üçün apellyasiyaya müraciət etmək lazımdır.

Öncəki imtinalar:

2,3 və 4-cü halların hər birindən şikayət etmək tövsiyə olunur.

Qanun pozuntusu

Bütün Şengen ölkələri Schengen Information System təhlükəsizlik sistemindən istifadə edə bilərlər. Qanunları pozmuş turistlər haqqında məlumat bu sistemdə saxlanılır və hər bir konsulluq işçisi istənilən an bunu yoxlaya bilər. Belə hallarda konsulluq sizin növbəti vizaya müraciətinizə rədd cavabı verəcək.