Şengen sözü Lüksemburqun kiçik bir şəhərinin adından götürülüb. Şengen vizası Şengen bölgəsini ziyarət etmək istəyən insanların yalnız Şengen bölgəsi daxilində səyahət etməsinə icazə verən müvafiq orqan tərəfindən verilmiş bir sənəddir. Şengen bölgəsi Avropa Birliyi və Avropa Sərbəst Ticarət Birliyinə bağlı ölkələr üçün istifadə olunan termindir.
1985-ci ildə Avropa Birliyində imzalanan, 1985-ci ildən etibarən tətbiq edilən Şengen sazişi çərçivəsində bu konvensiyanın iştirakçısı olan ölkələr arasındakı sərhəd nəzarəti ləğv olundu və müqavilənin iştirakçısı olan ölkələrin vətəndaşlarına Şengen bölgəsində sərbəst hərəkət etmək hüququ verildi.
Şengen bölgəsinə daxil olan 26 ölkə hansılardır? Belçika, Avstriya, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenşteyn.
İş, təhsil və ya səyahət səbəbləri ilə Şengenə daxil olan ölkələrə getmək istəyirsinizsə, bir Şengen vizası almalısınız. Şengen vizasının birdəfəli, ikidəfəli və çoxdəfəli növləri mövcuddur. Çoxdəfəli giriş vizasında minimum müddət 6 ay, maksimum müddəti isə 5 il təyin olunub. Avropada ən çox istifadə olunan viza növüdür.
Şengen vizasını almaq üçün hansı sənədlər lazımdır?
- Xarici passport
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
- Bron etdiyiniz otelin vaulçeri və ya sizə göndərilən dəvət məktubu
- Səyahət sığortası
- Şəkil 3.5×4.5 sm
- Hazır ərizə forması
- Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun nüsxəsi
Şengen vizası üçün tələb olunan ödəniş məbləği nə qədərdir?
Şengen vizası üçün konsulluq tərəfindən tələb olunan rüsum miqdarı 35 avro təyin olunub. Bəzi hallarda konsulluq sizə ödənişsiz viza təklif edə bilər, lakin viza mərkəzi vasitəsi ilə vizaya müraciət etdiyiniz zaman 30 avroya qədər əlavə xidmət haqqı sizdən tələb olunur.
Şengen vizası sizə hansı üstünlükləri təklif edir?
Şengen vizası birlik ölkələri daxilində səyahətə icazə verən viza növüdür. Siz bir ölkəyə daxil olaraq bütün Şengen zonasına daxil olan ölkələri rahat şəkildə gəzə bilərsiniz. Daxili sərhədlərin nəzarəti ləğv edilib, gömrük nəzarəti yoxdur. Lakin təhlükəsizliyi təmin etmək üçün müəyyən nəzarət mövcuddur.