Səyahət etmək nəyə lazımdır?

Səyahət etməyə meyillilik sayəsində bəşəriyyət Sibiri, Ayı, Marsı, Amerikanı, Avstraliyanı kəşf etməyə nail olmuşdur. Tükənməz marağa, yenilik kəşfinə, macəra ruhuna görə biz, dünyanın o biri ucunda olmağa, insanları tanımağa, həyatı daha yaxşı öyrənməyə çalışırıq!

Evdə oturmaq – sanki özünü kəşflərdən və sevincdən məhrum etmək, gözü bağlı yaşamaq deməkdir. Gündəlik həyatın və adiliyin əhatəsində olaraq, biz özümüzü məkanı və zamanı qovuşduran yeni emosiyalar və azadlıq hissindən məhrum edirik.

Biz öz gözəl planetimizi dərk etmək, dünya görünüşümüzü genişləndirmək üçün səyahət edirik. Okeanın qüdrətini, insanı həyəcanlandıran gücünü və əzəmətini hiss etmək – gözəldir. Çimərlikdə istirahət edərək evdə qalmış problemlərin kainat qarşısında nə qədər kiçik olduğunu dərk etmək də, gözəldir!

Səyahət – bizim çox şaxəli, maraqlı həyatımızın bir hissəsidir. Hər səfərdə biz yeni nə isə öyrənirik, çətinlikləri fəth edirik. Alışılmamış hərəkətlər edərək, biz bir müddət öz “komfort zonamızdan” çıxırıq. Biz daxilən inkişaf edir və yüksəlirik, hazırcavablıq və inadkarlıq göstəririk, yeni yerdə oriyentasiya etməyə başlayırıq.

Biz şüursuz olaraq öz gözlərimizin qabağındakı mənzərəni dəyişmək üçün yeni yerlərə getmək imkanı axtarırıq. Səyahətdən yenilənmiş, dincəlmiş və evimiz üçün darıxmış əhvalda qayıdırıq.

Biz yeni emosiyalar, təəssüratlar, zamanın və xalqların əlaqəsini axtarırıq. İnsanlar təcrübə mübadiləsi aparır, ünsiyyət qurur, tanış olurlar. Hətta dil bilmədən belə, biz bir-birimizi sözsüz də başa düşürük, çünki hisslərimiz kəskinləşir. Biz yaşayırıq, hərəkət edirik, nəfəs alırıq. Ruhumuz dincəlir!

Biz gözümüzün sevinməsi, ürəyimiz heyran olması üçün səyahət edirik. Bizim yadımıza salmağa, danışmağa, dost tanışa kimlərinsə deyil, öz fotolarımızı göstərməyə imkanımız yaranır.

Səyahət – bu, həyat tərəfindən bizə göndərilən dərsdir, bu öz daxili dünyamızın kəşfidir! Nikolay Rerix yazırdı: “İnsanı səyahət kimi heç nə zənginləşdirmir”!

İnsanlar başqa ölkənin mədəniyyətini dərk etmək, qədim xarabalıqları görmək, zamanın nəbzinə uymayan qiymətli tarix ilə təmasda olmaq üçün səyahət edirlər. Əcdadlarımızdan əsrlərdən gələn əlaqəni hiss etdikcə, insanın ürəyi açılır.

İnsan səyahətdə pozitivlik, yeni emosiyalarla zənginləşir! Odur ki, səyahət edin! Gözəl planetimizi dərk edin! Yaşayın! Zənginləşin! Öz daxili azadlığınızı inkişaf etdirin!