İsveçrə deyən kimi ilk düşündüklərimiz bahalı saatlar, şokolad və banklar ölkəsidir. Bütün bunlardan başqa bu ölkə rifah halının yüksək səviyyədə olduğu bir yerdir. Ölkədə hökm sürən yüksək tolerantlıq və zəngin mədəniyyət müxtəlif dillərdən və dinlərdən olan insanları sülh şəraitində və mehriban yaşamağa sövq edir.
Məşğulluğa yardım, yüksək təhsil səviyyəsi, sağlam həyat və s. bütün bunlar İsveçrəni Qlobal Sülh İndeksinin hesabatında ilk pillələrdə qərarlaşdırıb.
Hər il Yeni Zelandiya ən sakit, ən təhlükəsiz, ən az kriminal hadisə olan, ən az siyasi və hərbi toqquşmaya sahib, insan hüquq və azadlıqlarına hörmət edən ölkələr siyahsında ilklərdən olur. Yeni Zelandiya miqrantlara qarşı çox tolerant və xoşməramlıdır. 1987-ci ildən Yeni Zelandiya nüvə silahlarından tam imtina etdi və hal-hazırda bütün nüvə əleyhinə olan hərəkatları dəstəkləyir. Ölkənin təbiətinin gözəlliyi və dostcasına yaşayış minlərlə insanı bura cəlb edir. Bundan başqa, Yeni Zelandiya Avstraliya ilə güclü iqtisadi və siyasi əlaqələr saxlayır.
Ən sakit və sülhsevər ölkələr arasında Avstriya da var. Ölkə II Dünya müharibəsindən sonra bütün siyasi və hərbi konfliktlərdən uzaqdır. Bu Avropa ölkəsi daima çevik xarici siyasət və qəti neytral mövqe sərgiləyir. Hal-hazırda ölkənin təhsil və tibb sistemi Avropanın ən öndə gedəni və hörmət olunanıdır. Paytaxt Vienna yaşayış üçün çox komfortlu və sakit şəhərdir.
Danimarka səyahət etmək və yaşamaq üçün dünyanın ən sakit və sülhsevər ölkələr siyahısında 2-cidir. Ölkə hər zaman hərbi toqquşmalardan uzaq dayanır və daha çox iqtisadiyyatını gücləndirməyə köklənir. Danimarkada bu uğurun səbəbi ölkədə keçirilən davamlı islahatlar və çox müdrik dövlət siyasətinin nəticəsidir. Sağlamlıq məsələləri, gender bərabərliyi, sosial dəstək və məsuliyyət əsas prioritet məsələlərdəndir. Danimarkalılar çox köməksevər, optimist və bir-birlərinə yardım edəndirlər. Paytaxt Kopenhagen ən məşhur velo-şəhərdir.
İslandiya dünyanın ən sülsevər, sakit və dinc ölkəsidir. İslandiya 2009-2011ci il bank böhranının öhdəsindən uğurla gəldi və hal-hazırda əhalisinin 100%-nin ali təhsilli olması ilə ən mütərəqqi xalqa sahibdir. Ölkədə zorakılıq səviyyəsi və kriminal durumlar yox dərəcəsindədir. Bu ölkənin ordusu yoxdur. İslandiyanın rəngarən və gözəl təbiəti hər il dünyanın müxtəlif yerlərindən milyonlarla turisti bura cəlb edir. İslandiyalılar digər ölkələrin əhalisi arasında ən xoşbəxt və sağlam əhalisi kimi xarakterizə olunur.